3.08.2026
Bu il Azərbaycanda yay istiləri əvvəlki illərlə müqayisədə daha gec hiss olundu. Hətta iyun ayı, demək olar, sərin və yağışlı keçdi. Bildirilir ki, belə olduğu halda yay mövsümü oktyabra qədər uzana bilər.
Yay mövsümü uzanacaqmı? Yaxın aylarda hava durumu necə olacaq?
DuzXeber.az xəbər verir ki, Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, adətən iyun ayından etibarən müşahidə olunan güclü istilər bu dəfə gecikib:
“Ayrı-ayrı aylarda havanın qeyri-adi keçməsi iqlim sistemində baş verən dəyişikliklərlə bağlıdır. Son illərdə qlobal iqlim dəyişikliyi nəticəsində fəsillərin başlanğıc və bitmə tarixlərində müəyyən sürüşmələr sezilir. Bu isə yay mövsümünün bəzi illərdə daha gec başlayaraq sentyabrın sonu, hətta oktyabrın ilk günlərinə qədər davam etməsi ehtimalını artırır. Lakin bunu indidən dəqiq proqnoz kimi qəbul etmək düzgün olmaz.
Avqust ayının ən isti dövr olması gözlənilir. Xüsusilə Aran rayonlarında və Abşeron yarımadasında havanın temperaturunun iqlim normasından yüksək olacağı, bəzi günlərdə 40 dərəcəyə yaxınlaşa biləcəyi ehtimal edilir. Bununla yanaşı, dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağışları, şimşək, eləcə də dolu halları istisna edilmir”.
Ekoloq bildirib ki, sentyabr ayında da havanın temperaturu normadan yüksək qala bilər:
“Bu səbəbdən isti hava şəraitinin payızın ilk həftələrində də davam etməsi mümkündür. Lakin oktyabr ayının necə keçəcəyini indidən yüksək dəqiqliklə söyləmək elmi baxımdan mümkün deyil”.
Ekspertin sözlərinə görə, son illərdə təkcə temperatur deyil, yağıntıların paylanması da dəyişib:
“Bir neçə həftə quraqlıq müşahidə olunduqdan sonra qısa müddətdə intensiv yağışların yağması, dolu və sel hadisələrinin baş verməsi artıq daha tez-tez rast gəlinən hallardandır. Bu dəyişikliklər kənd təsərrüfatına, su ehtiyatlarına və insanların gündəlik həyatına da təsir göstərir. Belə nəticəyə gəlmək olar ki, bu il yayın gec hiss olunması onun müəyyən qədər uzanacağı ehtimalını artırsa da, “yay mütləq oktyabra qədər davam edəcək” demək hələlik elmi əsaslandırılmış proqnoz deyil. Qarşıdakı aylarda isti hava dalğalarının davam etməsi mümkündür və vətəndaşların rəsmi meteoroloji proqnozları mütəmadi izləmələri tövsiyə olunur”.
Azərbaycanda sürpriz: bu fəsil uzanacaq – 5 ay davam edə bilər
Bu il Azərbaycanda yay istiləri əvvəlki illərlə müqayisədə daha gec hiss olundu. Hətta iyun ayı, demək olar, sərin və yağışlı keçdi. Bildirilir ki, belə olduğu halda yay mövsümü oktyabra qədər uzana bilər.Yay mövsümü uzanacaqmı? Yaxın aylarda hava durumu necə olacaq?
DuzXeber.az xəbər verir ki, Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, adətən iyun ayından etibarən müşahidə olunan güclü istilər bu dəfə gecikib:
“Ayrı-ayrı aylarda havanın qeyri-adi keçməsi iqlim sistemində baş verən dəyişikliklərlə bağlıdır. Son illərdə qlobal iqlim dəyişikliyi nəticəsində fəsillərin başlanğıc və bitmə tarixlərində müəyyən sürüşmələr sezilir. Bu isə yay mövsümünün bəzi illərdə daha gec başlayaraq sentyabrın sonu, hətta oktyabrın ilk günlərinə qədər davam etməsi ehtimalını artırır. Lakin bunu indidən dəqiq proqnoz kimi qəbul etmək düzgün olmaz.
Avqust ayının ən isti dövr olması gözlənilir. Xüsusilə Aran rayonlarında və Abşeron yarımadasında havanın temperaturunun iqlim normasından yüksək olacağı, bəzi günlərdə 40 dərəcəyə yaxınlaşa biləcəyi ehtimal edilir. Bununla yanaşı, dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağışları, şimşək, eləcə də dolu halları istisna edilmir”.
Ekoloq bildirib ki, sentyabr ayında da havanın temperaturu normadan yüksək qala bilər:
“Bu səbəbdən isti hava şəraitinin payızın ilk həftələrində də davam etməsi mümkündür. Lakin oktyabr ayının necə keçəcəyini indidən yüksək dəqiqliklə söyləmək elmi baxımdan mümkün deyil”.
Ekspertin sözlərinə görə, son illərdə təkcə temperatur deyil, yağıntıların paylanması da dəyişib:
“Bir neçə həftə quraqlıq müşahidə olunduqdan sonra qısa müddətdə intensiv yağışların yağması, dolu və sel hadisələrinin baş verməsi artıq daha tez-tez rast gəlinən hallardandır. Bu dəyişikliklər kənd təsərrüfatına, su ehtiyatlarına və insanların gündəlik həyatına da təsir göstərir. Belə nəticəyə gəlmək olar ki, bu il yayın gec hiss olunması onun müəyyən qədər uzanacağı ehtimalını artırsa da, “yay mütləq oktyabra qədər davam edəcək” demək hələlik elmi əsaslandırılmış proqnoz deyil. Qarşıdakı aylarda isti hava dalğalarının davam etməsi mümkündür və vətəndaşların rəsmi meteoroloji proqnozları mütəmadi izləmələri tövsiyə olunur”.
Oxşar xəbərlər
-
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
12.03.2026Elmina Həsənova pasiyent ovunda: Saxta ”Dr.SevdaEliyeva” qanunsuz estetik əməliyyatlar icra edir? - Fotofakt -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
27.02.2026Anar Seyfullayev: "Səhnə mənim həyatımdır" - Səmimi söhbət -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



