Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, "Ford" və "Changan" markalı avtomobillərin iştirakı ilə qəzanın baş verdiyi və "Changan" markalı minik avtomobilinin sürücüsünün müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə 1982-ci il təvəllüdlü Ramil Məmməd oğlu Məmmədov xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.




