3.08.2026
Azərbaycanda dövlət idarəçiliyində son illər ən çox müzakirə olunan məsələlərdən biri kadr siyasətidir. Xüsusilə strateji əhəmiyyət daşıyan dövlət qurumlarında rəhbər vəzifələrə təyinatların hansı meyarlar əsasında aparılması, peşəkarlığın, təcrübənin və qanunvericiliyin nə dərəcədə əsas götürüldüyü cəmiyyət üçün ciddi maraq doğurur.
DuzXeber.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumatlar göstərir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində uzun müddətdir mübahisə doğuran kadr siyasəti formalaşıb. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, bir sıra vəzifələrə təyinat zamanı peşə hazırlığı və idarəçilik bacarığından daha çox şəxsi yaxınlıq və qohumluq münasibətlərinə üstünlük verildiyi iddia olunur.
Bundan əvvəl də DuzXeber.az tərəfindən yayımlanan araşdırmada İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədr əvəzi Tahir Xəlilovun qohumlarının müxtəlif rəhbər vəzifələrə gətirilməsi ilə bağlı iddialar ictimailəşdirilmişdi. Həmin araşdırmada qeyd olunurdu ki, Tahir Xəlilovun qaynı olduğu bildirilən Ramin Abdurrəhmanov Yasamal Rayon Sukanal İdarəsində qısa müddət çalışdıqdan sonra Gəncə Şəhər Birləşmiş Su Təchizatı Xidmətinə rəis müavini təyin edilib. Eyni zamanda, Tahir Xəlilovun qohumu olduğu bildirilən Sərxan Orucovun da Yasamal Rayon Sukanal İdarəsinə rəhbərlik etdiyi iddia olunurdu.
İndi isə redaksiyamızın əldə etdiyi yeni məlumatlar sözügedən qurumun maliyyə blokunda da ciddi suallar yaradır.
Mənbələrin bildirdiyinə görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İqtisadiyyat və Uçot Şöbəsinin müdiri Yaşar Kəlbiyevin göstərişi ilə Nazirlər Kabinetinin peşəkar mühasib sertifikatı ilə bağlı müəyyən etdiyi tələblərə baxmayaraq, bir sıra struktur bölmələrinin baş mühasibləri müvafiq peşəkar mühasib sertifikatı olmadan vəzifələrini icra edirlər.
İddialara əsasən, söhbət Yasamal, Nəsimi, Səbail, Bağlar rayon sukanal idarələrinin və Sutikinti Müəssisəsinin baş mühasiblərindən gedir.
Əgər bu məlumatlar öz təsdiqini taparsa, ortaya olduqca ciddi hüquqi və institusional suallar çıxır. Çünki dövlət müəssisələrinin maliyyə idarəçiliyinə cavabdeh olan baş mühasiblərin qanunvericiliklə müəyyən edilmiş ixtisas tələblərinə cavab verməsi dövlət vəsaitlərinin şəffaf və qanunauyğun idarə olunmasının əsas təminatlarından biridir.
Daha düşündürücü məqam isə ondan ibarətdir ki, illərlə təhsil almış, peşəkar mühasib sertifikatı əldə etmiş və dövlət sektorunda işləmək istəyən yüzlərlə mütəxəssis mövcud olduğu halda, bu iddialar həqiqəti əks etdirərsə, həmin şəxslərin hüquqlarının hansı əsaslarla ikinci plana keçirildiyi izaha ehtiyac yaradır.
Əldə etdiyimiz məlumatlar ümumilikdə belə bir mənzərə formalaşdırır ki, ADSEA və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində kadr siyasətinin əsasını peşəkarlıq, bilik və idarəçilik bacarığından daha çox yaxınlıq münasibətlərinin təşkil etdiyi barədə iddialar mövcuddur. Belə yanaşma isə təkcə ayrı-ayrı təyinatlarla bağlı mübahisə yaratmır, eyni zamanda dövlət idarəçiliyinə ictimai etimadın zəifləməsinə də səbəb ola bilər.
Dövlət idarəçiliyində vəzifə etimad deməkdir. Bu etimad isə yalnız qanuna, peşəkarlığa və şəffaflığa söykəndiyi halda cəmiyyət tərəfindən qəbul olunur. Əks halda, istənilən qurumun fəaliyyətinə kölgə düşür, peşəkar kadrların motivasiyası azalır və dövlət idarəçiliyinin səmərəliliyi sual altına düşür.
DuzXeber.az məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə hazırdır. Qarşı tərəfin cavab və izah vermək hüququnu tanıyırıq və təqdim ediləcək hər hansı rəsmi mövqeni olduğu kimi dərc etməyə hazır olduğumuzu bildiririk.
Araşdırmamız davam edir.
Sertifikatsız baş mühasiblər, qohum təyinatları və su təsərrüfatında mübahisəli kadr siyasəti
Azərbaycanda dövlət idarəçiliyində son illər ən çox müzakirə olunan məsələlərdən biri kadr siyasətidir. Xüsusilə strateji əhəmiyyət daşıyan dövlət qurumlarında rəhbər vəzifələrə təyinatların hansı meyarlar əsasında aparılması, peşəkarlığın, təcrübənin və qanunvericiliyin nə dərəcədə əsas götürüldüyü cəmiyyət üçün ciddi maraq doğurur.DuzXeber.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumatlar göstərir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində uzun müddətdir mübahisə doğuran kadr siyasəti formalaşıb. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, bir sıra vəzifələrə təyinat zamanı peşə hazırlığı və idarəçilik bacarığından daha çox şəxsi yaxınlıq və qohumluq münasibətlərinə üstünlük verildiyi iddia olunur.
Bundan əvvəl də DuzXeber.az tərəfindən yayımlanan araşdırmada İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədr əvəzi Tahir Xəlilovun qohumlarının müxtəlif rəhbər vəzifələrə gətirilməsi ilə bağlı iddialar ictimailəşdirilmişdi. Həmin araşdırmada qeyd olunurdu ki, Tahir Xəlilovun qaynı olduğu bildirilən Ramin Abdurrəhmanov Yasamal Rayon Sukanal İdarəsində qısa müddət çalışdıqdan sonra Gəncə Şəhər Birləşmiş Su Təchizatı Xidmətinə rəis müavini təyin edilib. Eyni zamanda, Tahir Xəlilovun qohumu olduğu bildirilən Sərxan Orucovun da Yasamal Rayon Sukanal İdarəsinə rəhbərlik etdiyi iddia olunurdu.
İndi isə redaksiyamızın əldə etdiyi yeni məlumatlar sözügedən qurumun maliyyə blokunda da ciddi suallar yaradır.
Mənbələrin bildirdiyinə görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İqtisadiyyat və Uçot Şöbəsinin müdiri Yaşar Kəlbiyevin göstərişi ilə Nazirlər Kabinetinin peşəkar mühasib sertifikatı ilə bağlı müəyyən etdiyi tələblərə baxmayaraq, bir sıra struktur bölmələrinin baş mühasibləri müvafiq peşəkar mühasib sertifikatı olmadan vəzifələrini icra edirlər.
İddialara əsasən, söhbət Yasamal, Nəsimi, Səbail, Bağlar rayon sukanal idarələrinin və Sutikinti Müəssisəsinin baş mühasiblərindən gedir.
Əgər bu məlumatlar öz təsdiqini taparsa, ortaya olduqca ciddi hüquqi və institusional suallar çıxır. Çünki dövlət müəssisələrinin maliyyə idarəçiliyinə cavabdeh olan baş mühasiblərin qanunvericiliklə müəyyən edilmiş ixtisas tələblərinə cavab verməsi dövlət vəsaitlərinin şəffaf və qanunauyğun idarə olunmasının əsas təminatlarından biridir.
Daha düşündürücü məqam isə ondan ibarətdir ki, illərlə təhsil almış, peşəkar mühasib sertifikatı əldə etmiş və dövlət sektorunda işləmək istəyən yüzlərlə mütəxəssis mövcud olduğu halda, bu iddialar həqiqəti əks etdirərsə, həmin şəxslərin hüquqlarının hansı əsaslarla ikinci plana keçirildiyi izaha ehtiyac yaradır.
Əldə etdiyimiz məlumatlar ümumilikdə belə bir mənzərə formalaşdırır ki, ADSEA və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində kadr siyasətinin əsasını peşəkarlıq, bilik və idarəçilik bacarığından daha çox yaxınlıq münasibətlərinin təşkil etdiyi barədə iddialar mövcuddur. Belə yanaşma isə təkcə ayrı-ayrı təyinatlarla bağlı mübahisə yaratmır, eyni zamanda dövlət idarəçiliyinə ictimai etimadın zəifləməsinə də səbəb ola bilər.
Dövlət idarəçiliyində vəzifə etimad deməkdir. Bu etimad isə yalnız qanuna, peşəkarlığa və şəffaflığa söykəndiyi halda cəmiyyət tərəfindən qəbul olunur. Əks halda, istənilən qurumun fəaliyyətinə kölgə düşür, peşəkar kadrların motivasiyası azalır və dövlət idarəçiliyinin səmərəliliyi sual altına düşür.
DuzXeber.az məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə hazırdır. Qarşı tərəfin cavab və izah vermək hüququnu tanıyırıq və təqdim ediləcək hər hansı rəsmi mövqeni olduğu kimi dərc etməyə hazır olduğumuzu bildiririk.
Araşdırmamız davam edir.
Oxşar xəbərlər
-
22.06.2026Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri -
17.06.2026Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video -
11.05.2026Xətainin mərkəzində səssiz mübarizə: Yaşıllıq ərazilər kimlərin maraq dairəsinə daxil olub? -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
5.02.2026Məcnun Məmmədovun "toxunulmaz" kadrları: "Azəraqrar"ı kimlər və necə iflic edib?
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



