3.07.2026
Azərbaycanda sosial şəbəkələrlə bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər əsasən qoruyucu məqsəd daşıyır və əsas hədəfi uşaqları rəqəmsal mühitin potensial təhlükələrindən qorumaqdır.
DuzXeber.az xəbər verir ki, bunu psixoloq, EMDR (Göz Hərəkətləri ilə Desensitizasiya və Yenidən Emal) terapevt Nərgiz Hüseynova deyib.
Onun sözlərinə görə, sosial mediada bu cür tənzimləmələrin psixoloji baxımdan həm müsbət nəticələri, həm də düzgün tətbiq olunmadığı halda müəyyən riskləri ola bilər:
"Xüsusilə, 10-16 yaş dövrü beynin inkişafı baxımından ən həssas mərhələlərdən biridir. Bu yaşlarda beynin qərarvermə, impulsların idarə olunması, diqqət və emosiyaların tənzimlənməsi ilə bağlı sahələri hələ tam formalaşmır. Eyni zamanda, yeniyetmələrin sosial təsirlərə həssaslığı daha yüksək olur. Buna görə də sosial şəbəkələrin mənfi təsirlərindən qorunmaq uşaqların psixi sağlamlığı üçün faydalı ola bilər. Məsələn, sosial şəbəkələrdə başqalarının həyatı ilə davamlı müqayisə aparmaq uşaqlarda aşağı özgüvən, özündən narazılıq və özünə inamsızlıq yarada bilər. Onlar sosial mediada təqdim olunan həyat tərzini reallıq kimi qəbul etdikdə özlərinin uğursuz və ya kifayət qədər yaxşı olmadıqlarını düşünə bilərlər. Bu isə emosional gərginliyin artmasına, bədən görüntüsü ilə bağlı narahatlıqlara və özünüdəyərləndirmənin zəifləməsinə səbəb olur".
Psixoloq qeyd edib ki, kiberbullinqə məruz qalmaq, yaşlarına uyğun olmayan məzmunla qarşılaşmaq və ya müxtəlif platformalara, o cümlədən mərc və qumar xarakterli saytlara maraq göstərmək kimi risklər də mövcuddur:
"Rəqəmsal mühitdə uşaqlar bəzən manipulyativ məzmunun, zorakılığı təşviq edən paylaşımların və müxtəlif təhlükəli çağırışların təsiri altına düşə bilirlər. Bu baxımdan, tənzimləmə uşaqları həmin təhlükələrdən qoruyan bir mexanizm rolunu oynaya bilər və onların psixi sağlamlığına müsbət təsir göstərər. Eyni zamanda, sosial şəbəkələrə sərf olunan vaxtın azalması uşaqların real həyatda ünsiyyətə, təhsilə, idmana və yaradıcılıq fəaliyyətlərinə daha çox vaxt ayırmasına şərait yarada bilər. Bu isə onların sosial bacarıqlarının inkişafına, ailə üzvləri və dostları ilə canlı ünsiyyətinin güclənməsinə, özünəinamın artmasına, diqqətin yaxşılaşmasına və emosional sabitliyin formalaşmasına kömək edə bilər. Rəqəmsal ekran qarşısında keçirilən vaxtın azalması yuxu keyfiyyətinə və ümumi psixoloji rifaha da müsbət təsir göstərə bilər".

N.Hüseynova vurğulayıb ki, 16-18 yaş arasında isə valideyn nəzarəti ilə sosial şəbəkələrdən istifadə uşaqların rəqəmsal mühitə daha məsuliyyətli və tədricən uyğunlaşmasına, yetkinləşmə prosesini daha sağlam şəkildə keçməsinə dəstək verə bilər:"Bu yaş dövründə gənclərə tam sərbəstlik vermək əvəzinə, valideyn nəzarəti altında mərhələli şəkildə rəqəmsal mühitdən istifadə etmələri gələcəkdə daha sağlam rəqəmsal davranış vərdişlərinin formalaşmasına kömək edə bilər. Digər tərəfdən, belə qadağaların müəyyən psixoloji riskləri də nəzərə alınmalıdır. Yeniyetməlik dövrü müstəqillik hissinin formalaşdığı, sərhədlərin yoxlanıldığı və bəzən etiraz davranışlarının müşahidə edildiyi bir mərhələdir. Bu səbəbdən sərt qadağalar bəzi uşaqlarda "üsyan effekti" yarada bilər. Xüsusilə, valideyn-övlad münasibətləri əvvəlcədən sağlam qurulmayıbsa, qarşılıqlı etimad zəifdirsə və ünsiyyət problemləri mövcuddursa, yeniyetmə bunu nəzarət və ya təzyiq kimi qəbul edə bilər".
Terapevt bildirilib ki, belə hallarda uşaqlar sosial şəbəkələrə gizli yollarla daxil olmağa cəhd göstərə, müxtəlif texniki vasitələrdən istifadə edərək qadağaları aşmağa çalışa bilərlər:
"Bu isə valideynlə övlad arasında güvən problemlərinin yaranmasına, qarşılıqlı stressin artmasına və ailədaxili gərginliyə səbəb ola bilər. Tənzimləmələrin izah edilmədən tətbiq olunması bəzi yeniyetmələrdə narazılıq və aqressiv reaksiyalar da formalaşdıra bilər. Bundan başqa, sosial mühitdə bütün yaşıdlarının istifadə etdiyi platformalara daxil ola bilməyən uşaqlar müəyyən hallarda sosial izolyasiya hiss edə bilərlər. Onlar dostlarının müzakirə etdiyi mövzulardan kənarda qaldıqlarını düşünə, sosial qruplara aidiyyət hissində zəifləmə yaşaya bilərlər. Bu baxımdan, qadağalar tətbiq edilərkən uşağın sosial ehtiyacları da nəzərə alınmalıdır".
Psixoloq uşaqların yetkinlik yaşına çatdıqdan sonra sosial mediadan azad istifadəsinin nəticələrindən də danışıb.
"Yetkinlik yaşına çatdıqdan sonra sosial mediaya birdən-birə tam sərbəst giriş imkanı əldə etmələri də müəyyən risklər yarada bilər. Əgər bu mərhələyə qədər uşaqda rəqəmsal savadlılıq, özünənəzarət və vaxtın idarə olunması bacarıqları formalaşdırılmayıbsa, anidən əldə olunan sərbəstlik sosial media asılılığını daha da gücləndirə bilər. Hazırlıq prosesi kifayət qədər aparılmazsa, onların öz davranışlarını idarə etmək bacarıqları zəifləyə bilər. Eyni zamanda, bu proses yalnız qadağalarla məhdudlaşmamalıdır. Valideyn-övlad münasibətlərinin sağlam şəkildə qurulması bu siyasətin uğurlu olmasının əsas şərtlərindən biridir. Ailədə açıq dialoqların qurulması, uşağın fikirlərinin dinlənilməsi, birlikdə oyunların oynanılması, ortaq fəaliyyətlərin təşkili və qarşılıqlı etimadın gücləndirilməsi uşağın psixoloji inkişafına müsbət təsir göstərir. Valideyn nəzarəti cəzalandırıcı deyil, istiqamətləndirici və dəstəkləyici xarakter daşıdıqda uşağın məsuliyyət hissi də artır", - o əlavə edib.
N.Hüseynova onu da deyib ki, qanunvericilikdə nəzərdə tutulan qadağalar tətbiq ediləcəksə, paralel olaraq hazırlıq mexanizmləri də qurulmalıdır:
"Sözügedən yaş aralığında sosial şəbəkələrdən nəzarətsiz istifadə uşağın psixoloji inkişafına, emosional sabitliyinə və beyin inkişafına mənfi təsir göstərə bilər. Lakin qanunvericilikdə nəzərdə tutulan qadağalar tətbiq ediləcəksə, paralel olaraq hazırlıq mexanizmləri də qurulmalıdır. Valideynlə uşaq arasında düzgün ünsiyyət qaydalarının təbliği, məktəblərdə rəqəmsal savadlılıq proqramlarının həyata keçirilməsi, psixoloq məsləhətlərinin əlçatan olması və valideynlərin maarifləndirilməsi bu prosesin uğurlu nəticə verməsində mühüm rol oynayacaq. Belə olduqda həm uşaqların təhlükəsizliyi təmin edilə, həm də onların sağlam psixoloji və sosial inkişafı dəstəklənə bilər".
Sosial şəbəkələrdə nəzərdə tutulan tənzimləmə uşaqların psixi sağlamlığını qoruya bilər - RƏY
Azərbaycanda sosial şəbəkələrlə bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər əsasən qoruyucu məqsəd daşıyır və əsas hədəfi uşaqları rəqəmsal mühitin potensial təhlükələrindən qorumaqdır.DuzXeber.az xəbər verir ki, bunu psixoloq, EMDR (Göz Hərəkətləri ilə Desensitizasiya və Yenidən Emal) terapevt Nərgiz Hüseynova deyib.

Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
27.02.2026Azərbaycanda sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq ediləcək -
25.02.2026İlham Pirməmmədov qardaşı oğlunu qoruya bildimi? – Anar və model Çelsi qalmaqalı…. -
21.01.2026Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...