22.12.2025
ƏDV qeydiyyatında olan “A” MMC hüquq-məsləhət xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirir və 16 işçisi var. İşçilərin nahar yeməklərinin təmin edilməsi məqsədilə şirkət tərəfindən onların bir qisminə yemək xərcləri üçün gündəlik 7 manat nağdsız vəsait ödənilir. İşçilərin bir qismi isə ofisin yaxınlığında yerləşən və ƏDV qeydiyyatında olan “Yeməkxana” adlı restoranla müqavilə bağlanılaraq yeməklə təmin edilir. Restorana hər işçi üçün gündəlik ƏDV daxil 7 manat olmaqla aylıq köçürmələr aparılır.
Bu zaman işçilərin yemək xərclərinin qarşılanması ilə əlaqədar çəkilmiş xərclər gəlirdən çıxılacaqmı? İşçilərin yemək xərcləri onların muzdlu gəlirlərinə aid edilməklə vergiyə və sığorta haqlarına cəlb olunacaqmı?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinin 119.2-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə müəyyən olunmuş Qaydada və normada işçilərlə bağlı yemək xərclərinin gəlirdən çıxılmasına yol verilir.
Qaydanın 2.1.3-cü yarımbəndinə əsasən, işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə – 5 (beş) manat, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda – 5 (beş) manat məbləğində müəyyən edilib.
Qaydanın 1.2-ci bəndinə əsasən, bu Qayda ilə vergitutma məqsədləri üçün müəyyən edilmiş gəlirdən çıxılan xərc normalarına əlavə dəyər vergisinin məbləği də daxildir.
Qeyd olunanlara əsasən, işəgötürən tərəfindən ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisindən elektron qaimə-faktura əsasında iaşə xidmətləri alınmaqla işçilərin yemək xərcləri qarşılandığı halda, habelə yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildiyi təqdirdə, çəkilmiş yemək xərcləri qanunla müəyyən olunmuş norma daxilində (birbaşa işçiyə ödənilən 5 manat və ictimai iaşə müəssisəsinə hər işçi üzrə ödənilən ƏDV daxil 5 manat) gəlirdən çıxılır. Bu zaman ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisi tərəfindən təqdim olunmuş elektron-qaimə fakturada, habelə işəgötürən tərəfindən yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə isə ödəmənin təyinatında ödənişin vergi ödəyicisinin işçilərinin yemək xərci ilə bağlı olması qeyd edilməlidir.
MMC-nin ƏDV qeydiyyatında olduğu nəzərə alınmaqla, Cəmiyyət tərəfindən ictimai iaşə müəssisəsinə hər işçi üzrə norma daxilində köçürülən yemək xərci üzrə ödənilmiş ƏDV məbləği (5-5/1,18=0,76) Vergi Məcəlləsinin 175.3-cü maddəsinə uyğun olaraq əvəzləşdirilir. Bununla yanaşı, Vergi Məcəlləsinin 98.5-ci maddəsinə əsasən, işəgötürən tərəfindən bu Məcəllənin 109.3-cü və 119.2-ci maddələrində nəzərdə tutulmuş xərclərin çəkilməsinin nəticəsi kimi əldə olunan gəlir vergitutulan gəlirə aid deyil.
Sorğuda göstərilən halda, MMC tərəfindən norma daxilində birbaşa işçilərə nağdsız qaydada ödənilən yemək xərcləri (5 manat), habelə ictimai iaşə müəssisəsinə hər işçi üzrə yemək xərclərinin (5 manat) ödənilməsinin nəticəsi üzrə əldə olunan gəlir işçilərin muzdlu işlə əlaqədar əldə edilən gəlirlərinə aid edilmədiyindən, gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqına, habelə işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına cəlb olunmur.
İşçilərə normadan artıq birbaşa nağdsız qaydada ödənilən yemək xərclərinin qanunvericiliklə müəyyən edilmiş normadan artıq hissəsi işçinin muzdlu gəlirlərinə aid olunmaqla gəlir vergisinə və sosial sığorta haqqına cəlb edilir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 119-cu və 175-ci maddələri, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlar, Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə tənzimlənir.//Milli.Az
İşçilərin yemək xərcləri vergiyə cəlb olunur? – Rəsmi İZAH
ƏDV qeydiyyatında olan “A” MMC hüquq-məsləhət xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirir və 16 işçisi var. İşçilərin nahar yeməklərinin təmin edilməsi məqsədilə şirkət tərəfindən onların bir qisminə yemək xərcləri üçün gündəlik 7 manat nağdsız vəsait ödənilir. İşçilərin bir qismi isə ofisin yaxınlığında yerləşən və ƏDV qeydiyyatında olan “Yeməkxana” adlı restoranla müqavilə bağlanılaraq yeməklə təmin edilir. Restorana hər işçi üçün gündəlik ƏDV daxil 7 manat olmaqla aylıq köçürmələr aparılır.Bu zaman işçilərin yemək xərclərinin qarşılanması ilə əlaqədar çəkilmiş xərclər gəlirdən çıxılacaqmı? İşçilərin yemək xərcləri onların muzdlu gəlirlərinə aid edilməklə vergiyə və sığorta haqlarına cəlb olunacaqmı?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinin 119.2-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə müəyyən olunmuş Qaydada və normada işçilərlə bağlı yemək xərclərinin gəlirdən çıxılmasına yol verilir.
Qaydanın 2.1.3-cü yarımbəndinə əsasən, işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə – 5 (beş) manat, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda – 5 (beş) manat məbləğində müəyyən edilib.
Qaydanın 1.2-ci bəndinə əsasən, bu Qayda ilə vergitutma məqsədləri üçün müəyyən edilmiş gəlirdən çıxılan xərc normalarına əlavə dəyər vergisinin məbləği də daxildir.
Qeyd olunanlara əsasən, işəgötürən tərəfindən ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisindən elektron qaimə-faktura əsasında iaşə xidmətləri alınmaqla işçilərin yemək xərcləri qarşılandığı halda, habelə yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildiyi təqdirdə, çəkilmiş yemək xərcləri qanunla müəyyən olunmuş norma daxilində (birbaşa işçiyə ödənilən 5 manat və ictimai iaşə müəssisəsinə hər işçi üzrə ödənilən ƏDV daxil 5 manat) gəlirdən çıxılır. Bu zaman ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisi tərəfindən təqdim olunmuş elektron-qaimə fakturada, habelə işəgötürən tərəfindən yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə isə ödəmənin təyinatında ödənişin vergi ödəyicisinin işçilərinin yemək xərci ilə bağlı olması qeyd edilməlidir.
MMC-nin ƏDV qeydiyyatında olduğu nəzərə alınmaqla, Cəmiyyət tərəfindən ictimai iaşə müəssisəsinə hər işçi üzrə norma daxilində köçürülən yemək xərci üzrə ödənilmiş ƏDV məbləği (5-5/1,18=0,76) Vergi Məcəlləsinin 175.3-cü maddəsinə uyğun olaraq əvəzləşdirilir. Bununla yanaşı, Vergi Məcəlləsinin 98.5-ci maddəsinə əsasən, işəgötürən tərəfindən bu Məcəllənin 109.3-cü və 119.2-ci maddələrində nəzərdə tutulmuş xərclərin çəkilməsinin nəticəsi kimi əldə olunan gəlir vergitutulan gəlirə aid deyil.
Sorğuda göstərilən halda, MMC tərəfindən norma daxilində birbaşa işçilərə nağdsız qaydada ödənilən yemək xərcləri (5 manat), habelə ictimai iaşə müəssisəsinə hər işçi üzrə yemək xərclərinin (5 manat) ödənilməsinin nəticəsi üzrə əldə olunan gəlir işçilərin muzdlu işlə əlaqədar əldə edilən gəlirlərinə aid edilmədiyindən, gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqına, habelə işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına cəlb olunmur.
İşçilərə normadan artıq birbaşa nağdsız qaydada ödənilən yemək xərclərinin qanunvericiliklə müəyyən edilmiş normadan artıq hissəsi işçinin muzdlu gəlirlərinə aid olunmaqla gəlir vergisinə və sosial sığorta haqqına cəlb edilir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 119-cu və 175-ci maddələri, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlar, Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə tənzimlənir.//Milli.Az
Oxşar xəbərlər
-
17.12.2025Baytarlıq xidmətinin sabiq rəisi indi də AXA-ya peyvənd satır: Vaxtılə özü də saxta dərmanlar paylayıb - İLGİNC FAKTLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir? -
27.11.202516 manat sığorta ödənişi bütün işsizlərə aid deyil - Deputat açıqladı -
21.11.2025Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



