13.08.2026
DuzXeber.az: ABŞ-də daimi yaşayış hüququ verən “Green Card” lotereyasının növbəti mərhələsi – DV-2027 proqramı ilə bağlı yeni qaydalar açıqlanıb. Lotereyanın (DV-2027) qeydiyyat tarixinin sentyabrın sonu və ya oktyabrın əvvəlində açıqlanacağı ehtimal edilir. Lakin bu tarix hələ ABŞ Dövlət Departamenti tərəfindən rəsmən təsdiqlənməyib.
ABŞ Dövlət Departamenti DV-2027 proqramı üzrə qeydiyyat müddətinin əvvəlki illərdən fərqli olaraq dəyişdiriləcəyini və yeni qeydiyyat tarixinin ayrıca açıqlanacağını bildirib.
DV-2027 üçün əsas yeniliklərdən biri müraciət zamanı etibarlı xarici pasportun məlumatlarının təqdim edilməsi və pasportun bioqrafik məlumatlar olan səhifəsinin skanının yüklənməsi ilə bağlı tələblərdir.
Bundan başqa, yeni qaydalara əsasən lotereyada iştirak üçün 1 ABŞ dolları məbləğində qeydiyyat rüsumunun tətbiqi nəzərdə tutulur.
Azərbaycanlılar lotereyada iştirak edə biləcək?
Azərbaycanın DV-2027 proqramında iştirak edib-etməyəcəyi ilə bağlı yekun siyahı hələ açıqlanmayıb. Son rəsmi DV proqramlarında Azərbaycan iştirak hüququ olan ölkələr sırasında olub. Məsələn, ABŞ Dövlət Departamentinin DV-2026 üzrə açıqladığı siyahıda iştirakına icazə verilməyən ölkələr arasında Azərbaycan göstərilməyib.
Lakin DV-2027 üçün ölkələrin yekun siyahısı proqramın rəsmi təlimatları dərc edildikdən sonra dəqiq məlum olacaq.
Neçə nəfər Green Card qazana bilər?
“Diversity Visa” proqramı qanunvericilik əsasında hər il dünyada 55 minədək immiqrant vizasının verilməsini nəzərdə tutur. Vizalar müxtəlif regionlar arasında bölüşdürülür və bir ölkənin həmin il bütün vizaların 7 faizindən çoxunu almasına icazə verilmir.
Azərbaycanlılar üçün mühüm məqam
Hazırda ən vacib məsələ qeydiyyatın rəsmi başlanma tarixinin açıqlanmasını gözləməkdir. ABŞ Dövlət Departamentinin rəsmi məlumatlarında DV-2027 qeydiyyat tarixinin ayrıca elan ediləcəyi bildirilir.
Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan vətəndaşları üçün immiqrant vizalarının verilməsi ilə bağlı 2026-cı ilin yanvarından tətbiq edilən ayrıca məhdudiyyət mövcuddur. ABŞ Dövlət Departamenti Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin vətəndaşlarına immiqrant vizalarının verilməsinin müvəqqəti dayandırıldığını açıqlayıb. Bu məsələ DV proqramı üzrə seçilən şəxslərin gələcək viza prosesinə də təsir göstərə biləcək mühüm amildir.
Buna görə DV-2027 üzrə seçilmək avtomatik olaraq ABŞ-yə köçmək hüququnun təmin edilməsi demək deyil. Seçilən şəxslər əlavə tələblərə cavab verməli və viza prosesindən keçməlidirlər.
ABŞ Dövlət Departamenti vətəndaşları lotereya ilə bağlı yalnız rəsmi mənbələrə müraciət etməyə çağırır. Departament saxta “Green Card” bildirişləri və ödəniş tələb edən fırıldaqçılıq sxemləri barədə də xəbərdarlıq edib./Sfera.az
“Green Card” lotereyası nə vaxt başlayır?
DuzXeber.az: ABŞ-də daimi yaşayış hüququ verən “Green Card” lotereyasının növbəti mərhələsi – DV-2027 proqramı ilə bağlı yeni qaydalar açıqlanıb. Lotereyanın (DV-2027) qeydiyyat tarixinin sentyabrın sonu və ya oktyabrın əvvəlində açıqlanacağı ehtimal edilir. Lakin bu tarix hələ ABŞ Dövlət Departamenti tərəfindən rəsmən təsdiqlənməyib.ABŞ Dövlət Departamenti DV-2027 proqramı üzrə qeydiyyat müddətinin əvvəlki illərdən fərqli olaraq dəyişdiriləcəyini və yeni qeydiyyat tarixinin ayrıca açıqlanacağını bildirib.
DV-2027 üçün əsas yeniliklərdən biri müraciət zamanı etibarlı xarici pasportun məlumatlarının təqdim edilməsi və pasportun bioqrafik məlumatlar olan səhifəsinin skanının yüklənməsi ilə bağlı tələblərdir.
Bundan başqa, yeni qaydalara əsasən lotereyada iştirak üçün 1 ABŞ dolları məbləğində qeydiyyat rüsumunun tətbiqi nəzərdə tutulur.
Azərbaycanlılar lotereyada iştirak edə biləcək?
Azərbaycanın DV-2027 proqramında iştirak edib-etməyəcəyi ilə bağlı yekun siyahı hələ açıqlanmayıb. Son rəsmi DV proqramlarında Azərbaycan iştirak hüququ olan ölkələr sırasında olub. Məsələn, ABŞ Dövlət Departamentinin DV-2026 üzrə açıqladığı siyahıda iştirakına icazə verilməyən ölkələr arasında Azərbaycan göstərilməyib.
Lakin DV-2027 üçün ölkələrin yekun siyahısı proqramın rəsmi təlimatları dərc edildikdən sonra dəqiq məlum olacaq.
Neçə nəfər Green Card qazana bilər?
“Diversity Visa” proqramı qanunvericilik əsasında hər il dünyada 55 minədək immiqrant vizasının verilməsini nəzərdə tutur. Vizalar müxtəlif regionlar arasında bölüşdürülür və bir ölkənin həmin il bütün vizaların 7 faizindən çoxunu almasına icazə verilmir.
Azərbaycanlılar üçün mühüm məqam
Hazırda ən vacib məsələ qeydiyyatın rəsmi başlanma tarixinin açıqlanmasını gözləməkdir. ABŞ Dövlət Departamentinin rəsmi məlumatlarında DV-2027 qeydiyyat tarixinin ayrıca elan ediləcəyi bildirilir.
Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan vətəndaşları üçün immiqrant vizalarının verilməsi ilə bağlı 2026-cı ilin yanvarından tətbiq edilən ayrıca məhdudiyyət mövcuddur. ABŞ Dövlət Departamenti Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin vətəndaşlarına immiqrant vizalarının verilməsinin müvəqqəti dayandırıldığını açıqlayıb. Bu məsələ DV proqramı üzrə seçilən şəxslərin gələcək viza prosesinə də təsir göstərə biləcək mühüm amildir.
Buna görə DV-2027 üzrə seçilmək avtomatik olaraq ABŞ-yə köçmək hüququnun təmin edilməsi demək deyil. Seçilən şəxslər əlavə tələblərə cavab verməli və viza prosesindən keçməlidirlər.
ABŞ Dövlət Departamenti vətəndaşları lotereya ilə bağlı yalnız rəsmi mənbələrə müraciət etməyə çağırır. Departament saxta “Green Card” bildirişləri və ödəniş tələb edən fırıldaqçılıq sxemləri barədə də xəbərdarlıq edib./Sfera.az
Oxşar xəbərlər
-
24.07.2026Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR -
23.05.2026“Green card” arzusunda olanların nəzərinə - ABŞ bu addımı atdı -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
5.12.2025Azərbaycanda bu şəxslər 30 min manat cərimələnəcək
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



