13.08.2026
Samux rayonunun Alıuşağı kəndində qeydə alınan hadisə cəmiyyətdə ciddi narahatlıq yaradıb, belə ki, ilkin müayinələr nəticəsində 5 nəfərdə qarayara xəstəliyinin əlamətləri müəyyən olunub və onlar dərhal Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər.
Baş verən bu hadisə fonunda vətəndaşlar arasında haqlı olaraq "bu, pandemiya halını ala bilərmi və ölkədə karantin elan ediləcəkmi?" sualları aktuallaşıb. Qarayaranın xarakteri, yoluxma yolları və mövcud epidemioloji vəziyyət göstərir ki, bu cür təhlükəli infeksiyalar zamanı əhali arasında təşvişə düşmək yersizdir, lakin maksimum diqqət və profilaktik tədbirlərin görülməsi zəruridir.
Məsələ ilə bağlı DuzXeber.az-a danışan tanınmış həkim, professor Adil Qeybulla qeyd edib ki, qarayara və ya tibbi ədəbiyyatda gedən adı ilə Sibir xorası əsasən heyvanlardan insanlara keçən xüsusi təhlükəli zoonoz infeksiyadır və bu xəstəliyin bioloji xüsusiyyətləri onun kütləvi pandemiya yaratmasına imkan vermir: "Qarayara birbaşa insandan insana ötürülən infeksion xəstəlik deyil. Bu səbəbdən də onun COVID-19 kimi qlobal miqyasda sürətlə yayılması və ölkədə ümumi karantin rejiminin elan olunması üçün heç bir elmi əsas və ya epidemioloji təhlükə mövcud deyil. Yoluxma adətən xəstə heyvanlarla birbaşa təmas, onların qulluğu, kəsimi və ya baytar nəzarətindən keçməmiş, kifayət qədər termiki işlənməmiş yoluxmuş ət məhsullarının istehlakı zamanı baş verir. Xəstəliyin əsas forması olan dəri formasında bakteriyalar dəridəki mikrozədələr vasitəsilə bədənə daxil olur və xarakterik qara qartmaca səbəb olur. Karantin tədbirləri yalnız xəstəliyin aşkar olunduğu lokal ocaqlarda, heyvandarlıq təsərrüfatlarında və müvafiq sanitar-epidemioloji məhdudiyyətlər çərçivəsində tətbiq oluna bilər, lakin ümumi ölkə miqyasında hər hansı karantin rejimindən söhbət gedə bilməz".
Onun sözlərinə görə, bu cür lokal halların qarşısının alınması üçün operativ şəkildə mənbə müəyyənləşdirilməli, xəstə heyvanlar və onların təmasda olduğu obyektlər dərhal zərərsizləşdirilməlidir: "Samuxdakı 5 nəfərin yoluxma mənbəyi dərindən araşdırılmalı, hansı heyvandan və ya hansı məhsuldan yoluxmanın baş verdiyi dəqiq təspit olunmalıdır. Əgər hər hansı təsərrüfatda qarayara faktı təsdiqini tapırsa, həmin ərazidə baytar-sanitar qaydalarına sərt şəkildə əməl olunmalı, dezinfeksiya işləri aparılmalı və təhlükəli ət məhsullarının satışının qarşısı qətiyyətlə alınmalıdır. Vətəndaşlarımız da öz növbəsində yalnız rəsmi baytar nəzarətindən keçmiş, saxlanma şəraiti məlum olan və sertifikatlaşdırılmış ət məhsullarından istifadə etməlidirlər. Vaxtında aparılan tibbi müdaxilə və antibiotikoterapiya qarayara xəstəliyinin müalicəsində yüksək nəticə verir, buna görə də xəstələrin nəzarət altında olması və vaxtında xəstəxanaya müraciət etməsi ən mühüm amildir"./Tunar(nocomment.az)
Azərbaycanda bu qorxulu xəstəlik yayıldı - Karantin rejimi tətbiq ediləcək?
Samux rayonunun Alıuşağı kəndində qeydə alınan hadisə cəmiyyətdə ciddi narahatlıq yaradıb, belə ki, ilkin müayinələr nəticəsində 5 nəfərdə qarayara xəstəliyinin əlamətləri müəyyən olunub və onlar dərhal Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər.Baş verən bu hadisə fonunda vətəndaşlar arasında haqlı olaraq "bu, pandemiya halını ala bilərmi və ölkədə karantin elan ediləcəkmi?" sualları aktuallaşıb. Qarayaranın xarakteri, yoluxma yolları və mövcud epidemioloji vəziyyət göstərir ki, bu cür təhlükəli infeksiyalar zamanı əhali arasında təşvişə düşmək yersizdir, lakin maksimum diqqət və profilaktik tədbirlərin görülməsi zəruridir.
Məsələ ilə bağlı DuzXeber.az-a danışan tanınmış həkim, professor Adil Qeybulla qeyd edib ki, qarayara və ya tibbi ədəbiyyatda gedən adı ilə Sibir xorası əsasən heyvanlardan insanlara keçən xüsusi təhlükəli zoonoz infeksiyadır və bu xəstəliyin bioloji xüsusiyyətləri onun kütləvi pandemiya yaratmasına imkan vermir: "Qarayara birbaşa insandan insana ötürülən infeksion xəstəlik deyil. Bu səbəbdən də onun COVID-19 kimi qlobal miqyasda sürətlə yayılması və ölkədə ümumi karantin rejiminin elan olunması üçün heç bir elmi əsas və ya epidemioloji təhlükə mövcud deyil. Yoluxma adətən xəstə heyvanlarla birbaşa təmas, onların qulluğu, kəsimi və ya baytar nəzarətindən keçməmiş, kifayət qədər termiki işlənməmiş yoluxmuş ət məhsullarının istehlakı zamanı baş verir. Xəstəliyin əsas forması olan dəri formasında bakteriyalar dəridəki mikrozədələr vasitəsilə bədənə daxil olur və xarakterik qara qartmaca səbəb olur. Karantin tədbirləri yalnız xəstəliyin aşkar olunduğu lokal ocaqlarda, heyvandarlıq təsərrüfatlarında və müvafiq sanitar-epidemioloji məhdudiyyətlər çərçivəsində tətbiq oluna bilər, lakin ümumi ölkə miqyasında hər hansı karantin rejimindən söhbət gedə bilməz".
Onun sözlərinə görə, bu cür lokal halların qarşısının alınması üçün operativ şəkildə mənbə müəyyənləşdirilməli, xəstə heyvanlar və onların təmasda olduğu obyektlər dərhal zərərsizləşdirilməlidir: "Samuxdakı 5 nəfərin yoluxma mənbəyi dərindən araşdırılmalı, hansı heyvandan və ya hansı məhsuldan yoluxmanın baş verdiyi dəqiq təspit olunmalıdır. Əgər hər hansı təsərrüfatda qarayara faktı təsdiqini tapırsa, həmin ərazidə baytar-sanitar qaydalarına sərt şəkildə əməl olunmalı, dezinfeksiya işləri aparılmalı və təhlükəli ət məhsullarının satışının qarşısı qətiyyətlə alınmalıdır. Vətəndaşlarımız da öz növbəsində yalnız rəsmi baytar nəzarətindən keçmiş, saxlanma şəraiti məlum olan və sertifikatlaşdırılmış ət məhsullarından istifadə etməlidirlər. Vaxtında aparılan tibbi müdaxilə və antibiotikoterapiya qarayara xəstəliyinin müalicəsində yüksək nəticə verir, buna görə də xəstələrin nəzarət altında olması və vaxtında xəstəxanaya müraciət etməsi ən mühüm amildir"./Tunar(nocomment.az)
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
5.03.2026Son səkkiz ildə Gəncədə yolların təmirinə ayrılan milyonlar haralara sərf edilib -
16.02.2026Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
23.01.2026Mahir Əliyev “QLOBUS-23” MMC-ni Samuxda hansı üsullarla qalib seçib – Antiinhisar hara baxır? -
14.01.2026Samuxda Mahir Əliyevin müqavilə bağladığı şirkətlərin arxasında əslində kim durur -
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



