23.12.2025
Duzxeber.az: - Market vitrinlərin qablaşdırması və təqdimat üslubu göz oxşayan qidalarla doludur. Təəssüf ki, bir çoxumuz alış-veriş zamanı məhz bu məhsulları qablaşdırması və təqdimatına baxaraq seçim edirik. Ancaq qida mütəxəssisləri hesab edir ki, məhsulun qablaşdırmasından daha çox onun etiketinə diqqət etməli, orada yazılanları oxumalı və başa düşməliyik. Etiketdə qeyd edilən məlumatlar bizə əslində o məhsulun nə qədər xeyirli, nə qədər zərərli olduğu barədə məlumat verir.
Tribuna.az bu gündən qida məhsullarının etiketində yer alan, bir çoxumuzun nə məna verdiyini bilmədiyimiz yazıları oxucular daha aydın dildə izah edəcək.
Başlayaq ət məhsulları olan kolbasa və sosislərdən:
“Sevimli Dad” brendinə məxsus “İveriya” sosisləri – bu sosislərin etiketinə əsasən məhsul təbi tərkibə malikdir. Lakin məhlusun istehsalında natrium nitrit var. E250 qida əlavəsi hesab edilir. Bu maddə əsasən ət məhsullarında rəngi sabitləşdirmək, dadı gücləndirmək, konservant kimi bakteriya artımını əngəlləmək üçün istifadə olunur, lakin yüksək miqdarda olduqca zərərlidir. Bu kimi səbəblərə görə bu məhsul gündəlik istifadə üçün tövsiyyə olunmur.
“Sab” brendinə məxsus “Döymə” sosislərinin də etiketindəki məlumatlar bir o qədər ürəkaçan deyil. Belə ki, üzərindəki məlumata görə, bu məhsulu qismən təbii tərkibli hesab etmək olar. Ancaq bu sosislərin də tərkibində natrium nitrit, nişasta var. Həmçinin bitki yağı da var ki, onun da növü qeyd edilməyib. Bu məhsul da mütəxəssislərin fikrincə, etiket məlumatlarına əsasən gündəlik istifadəyə tövsiyyə olunmur.
“Halal nemət, min bərəkət” markasına məxsus “Manqalüstü” sosislərinin də etiketindəki məlumatlar oxşardır. Etiketə əsasən məhsulu qismən təbii tərkibli hesab edə bilərik. Ancaq məhsulun tərkibi natrium nitritlə yanaşı bir neçə qida əlavəsi ilə zəngindir. Etiketdə qeyd edilib ki, məhsulun tərkibində E450, E621, E250 qida əlavələri var. Bu məhsulu da qida mütəxəssisləri gündəlik istifadə üçün tövsiyyə etmir.
“Hacı Turqay” brendinə məxsus “Közləmə” sosislərinin etiketindən də məlum olur ki, tərkib qismən təbiidir. Ancaq məhsulda nitrit, nişasta var. bu tərkibli məhsulları qida mütəxəssisləri gündəlik istifadə üçün məsləhət görmürlər.
Qda mütəxəssisəri hesab edir ki, bu tərkibli məhsullar qadağan deyil. Qəbulu zamanı da ciddi və xoşagəlməz fəsadlar yaranmır. Lakin mütəmadə qəbulu, gündəlik istifadə edilməsi məsləhət deyil. Xüsusilə azyaşlılara və uşaqlara hər gün belə qidaların verilməsi heç bir halda məsləhət görülmür.
Yazıda adı keçən bütün qida məhsulları markalarının mövqeyini işıqlandırmağa hazırıq.
Etiket məlumatlarına ALDANMAYIN! – Yediyimiz sosislərin tərkibində nə var? – Araşdırma
Duzxeber.az: - Market vitrinlərin qablaşdırması və təqdimat üslubu göz oxşayan qidalarla doludur. Təəssüf ki, bir çoxumuz alış-veriş zamanı məhz bu məhsulları qablaşdırması və təqdimatına baxaraq seçim edirik. Ancaq qida mütəxəssisləri hesab edir ki, məhsulun qablaşdırmasından daha çox onun etiketinə diqqət etməli, orada yazılanları oxumalı və başa düşməliyik. Etiketdə qeyd edilən məlumatlar bizə əslində o məhsulun nə qədər xeyirli, nə qədər zərərli olduğu barədə məlumat verir.Tribuna.az bu gündən qida məhsullarının etiketində yer alan, bir çoxumuzun nə məna verdiyini bilmədiyimiz yazıları oxucular daha aydın dildə izah edəcək.
Başlayaq ət məhsulları olan kolbasa və sosislərdən:
“Sevimli Dad” brendinə məxsus “İveriya” sosisləri – bu sosislərin etiketinə əsasən məhsul təbi tərkibə malikdir. Lakin məhlusun istehsalında natrium nitrit var. E250 qida əlavəsi hesab edilir. Bu maddə əsasən ət məhsullarında rəngi sabitləşdirmək, dadı gücləndirmək, konservant kimi bakteriya artımını əngəlləmək üçün istifadə olunur, lakin yüksək miqdarda olduqca zərərlidir. Bu kimi səbəblərə görə bu məhsul gündəlik istifadə üçün tövsiyyə olunmur.
“Sab” brendinə məxsus “Döymə” sosislərinin də etiketindəki məlumatlar bir o qədər ürəkaçan deyil. Belə ki, üzərindəki məlumata görə, bu məhsulu qismən təbii tərkibli hesab etmək olar. Ancaq bu sosislərin də tərkibində natrium nitrit, nişasta var. Həmçinin bitki yağı da var ki, onun da növü qeyd edilməyib. Bu məhsul da mütəxəssislərin fikrincə, etiket məlumatlarına əsasən gündəlik istifadəyə tövsiyyə olunmur.
“Halal nemət, min bərəkət” markasına məxsus “Manqalüstü” sosislərinin də etiketindəki məlumatlar oxşardır. Etiketə əsasən məhsulu qismən təbii tərkibli hesab edə bilərik. Ancaq məhsulun tərkibi natrium nitritlə yanaşı bir neçə qida əlavəsi ilə zəngindir. Etiketdə qeyd edilib ki, məhsulun tərkibində E450, E621, E250 qida əlavələri var. Bu məhsulu da qida mütəxəssisləri gündəlik istifadə üçün tövsiyyə etmir.
“Hacı Turqay” brendinə məxsus “Közləmə” sosislərinin etiketindən də məlum olur ki, tərkib qismən təbiidir. Ancaq məhsulda nitrit, nişasta var. bu tərkibli məhsulları qida mütəxəssisləri gündəlik istifadə üçün məsləhət görmürlər.
Qda mütəxəssisəri hesab edir ki, bu tərkibli məhsullar qadağan deyil. Qəbulu zamanı da ciddi və xoşagəlməz fəsadlar yaranmır. Lakin mütəmadə qəbulu, gündəlik istifadə edilməsi məsləhət deyil. Xüsusilə azyaşlılara və uşaqlara hər gün belə qidaların verilməsi heç bir halda məsləhət görülmür.
Yazıda adı keçən bütün qida məhsulları markalarının mövqeyini işıqlandırmağa hazırıq.
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



