17.08.2026
Qarabağ Regional Təhsil İdarəsində baş verənlərlə bağlı səslənən iddialar artıq adi narazılıq həddini keçib. Müəllimlərin və təhsil işçilərinin iddiaları, kadr məsələləri, əmək münasibətləri və satınalmalar ciddi araşdırma tələb edir.
DuzXeber.az: Bizə danışan və Sənan Mənsimlini yaxından tanıyan mənbənin sözlərinə görə, məktəblərdə texniki işçilərin, kitabxanaçıların, laborantların və digər əməkdaşların işə qəbulunda idarə rəhbərliyinin razılığı mühüm rol oynayır. Mənbə müəllimlərin müqavilələrinin uzadılması ilə bağlı da qeyri-rəsmi müdaxilələrdən danışır və bu proseslərdə pul tələb edildiyini iddia edir.
İdarənin fəaliyyəti ilə bağlı açıq mənbələrdə də diqqətçəkən faktlar var.
2025-ci ildə Xankəndi şəhər 4 nömrəli məktəbdə müəllimin elektron əmr olmadan işə başladığı və altı ay əməkhaqqı aldığı müəyyənləşib. Məsələ ilə bağlı məktəb direktorunun müavininə 3 min manat cərimə tətbiq edilsə də, məhkəmə sonradan bu cəriməni ləğv edib.
2026-cı ilin iyununda isə Qarabağ Regional Təhsil İdarəsinin fiziki şəxs Sadıqov Hidayət Məcid oğlu ilə 16 min manatlıq bina icarəsi müqaviləsi bağladığı, satınalmanın birmənbə metodu ilə həyata keçirildiyi barədə məlumat yayılıb.
Birmənbəli satınalma öz-özlüyündə qanunsuzluq deyil. Amma dövlət qurumunun belə müqaviləni hansı əsasla bağladığı və qiymətin necə müəyyənləşdirildiyi izaha ehtiyac yaradır.
Sənan Mənsimlinin təhsil sistemində sürətli yüksəlişi də ayrıca suallar doğurur.
Mənsimli Azərbaycan Texnologiya Universitetində “Telekommunikasiya, rabitə qovşaqları və kommunikasiya sistemləri” ixtisası üzrə təhsil alıb. Bu ixtisasa isə minimal keçid balı ilə daxil olmaq mümkündür. Daha sonra 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə rəhbərlik edib, 2022-ci ildə Şirvan-Salyan Regional Təhsil İdarəsinin, 30 oktyabr 2024-cü ildə isə Qarabağ Regional Təhsil İdarəsinin rəhbəri təyin olunub.
Tendensiya.com-a danışan və Mənsimlini yaxından tanıdığını bildirən mənbənin sözlərinə görə, onun Elm və təhsil naziri Emin Əmrullayevlə tanışlığı Biləsuvarla bağlı bir səfər zamanı başlayıb.
Mənbənin iddiasına görə, həmin vaxt Mənsimlinin əmisi Kamil müəllim Biləsuvar Rayon İcra Hakimiyyətində çalışıb. Emin Əmrullayev Biləsuvara səfər edərkən Mənsimli ona bələdçilik edib. Bundan sonra aralarında yaxın münasibət yaranıb və Mənsimli sonrakı mərhələdə təhsil sistemində vəzifələrə gətirilib.
Mənbə bunu belə izah edir: “Özü münasibət yaradıb. Sonra dostlaşıblar, qonaq aparıb. Həmin vaxtdan bunu çəkib irəli”.
Sabiq deputat Etibar Əliyev də onun təyinatını kəskin tənqid edib və Mənsimlinin Emin Əmrullayevlə yaxın münasibətlərinin rol oynadığını iddia edib.
Burada əsas sual sadədir: Mənsimli hansı peşəkar meyarlarla bu vəzifələrə gətirilib?
Əgər Qarabağ Regional Təhsil İdarəsində rüşvət və korrupsiya barədə səslənən iddialar əsassızdırsa, hərtərəfli yoxlama bunu ortaya qoymalıdır.
Əksinə, əgər iddiaların arxasında real mexanizm varsa, kadr təyinatlarından tutmuş müqavilələrə, satınalmalara və pul dövriyyəsinə qədər hər şey araşdırılmalıdır.
Məsələ o həddə çatıb ki, artıq “idarədə hər şey qaydasındadır” tipli ümumi açıqlama kifayət etmir.
İdarədə tam maliyyə və kadr yoxlaması keçirilməlidir.
Əgər hər hansı vəzifəli şəxsin cinayət məsuliyyətinə səbəb ola biləcək əməli müəyyənləşərsə, həmin şəxs vəzifəsindən və əlaqələrindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir. Bu halda heç bir dostluq münasibəti, o cümlədən nazirlə yaxınlıq barədə iddialar heç kimi məsuliyyətdən kənarda saxlaya bilməz.
Çünki söhbət 357 məktəbdən, 18 mindən çox müəllimdən və 84 mindən artıq şagirddən gedir.
Qarabağ təhsil sistemi şəxsi münasibətlərin deyil, qanunun və peşəkarlığın üzərində qurulmalıdır.
İndi əsas sual budur: Qarabağ Regional Təhsil İdarəsində hərtərəfli yoxlama nə vaxt keçiriləcək?(Yenixeberorg.com)
Nazir dostunu həbsdən qoruya bilərmi? –“Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları
Qarabağ Regional Təhsil İdarəsində baş verənlərlə bağlı səslənən iddialar artıq adi narazılıq həddini keçib. Müəllimlərin və təhsil işçilərinin iddiaları, kadr məsələləri, əmək münasibətləri və satınalmalar ciddi araşdırma tələb edir.DuzXeber.az: Bizə danışan və Sənan Mənsimlini yaxından tanıyan mənbənin sözlərinə görə, məktəblərdə texniki işçilərin, kitabxanaçıların, laborantların və digər əməkdaşların işə qəbulunda idarə rəhbərliyinin razılığı mühüm rol oynayır. Mənbə müəllimlərin müqavilələrinin uzadılması ilə bağlı da qeyri-rəsmi müdaxilələrdən danışır və bu proseslərdə pul tələb edildiyini iddia edir.
İdarənin fəaliyyəti ilə bağlı açıq mənbələrdə də diqqətçəkən faktlar var.
2025-ci ildə Xankəndi şəhər 4 nömrəli məktəbdə müəllimin elektron əmr olmadan işə başladığı və altı ay əməkhaqqı aldığı müəyyənləşib. Məsələ ilə bağlı məktəb direktorunun müavininə 3 min manat cərimə tətbiq edilsə də, məhkəmə sonradan bu cəriməni ləğv edib.
2026-cı ilin iyununda isə Qarabağ Regional Təhsil İdarəsinin fiziki şəxs Sadıqov Hidayət Məcid oğlu ilə 16 min manatlıq bina icarəsi müqaviləsi bağladığı, satınalmanın birmənbə metodu ilə həyata keçirildiyi barədə məlumat yayılıb.
Birmənbəli satınalma öz-özlüyündə qanunsuzluq deyil. Amma dövlət qurumunun belə müqaviləni hansı əsasla bağladığı və qiymətin necə müəyyənləşdirildiyi izaha ehtiyac yaradır.
Sənan Mənsimlinin təhsil sistemində sürətli yüksəlişi də ayrıca suallar doğurur.
Mənsimli Azərbaycan Texnologiya Universitetində “Telekommunikasiya, rabitə qovşaqları və kommunikasiya sistemləri” ixtisası üzrə təhsil alıb. Bu ixtisasa isə minimal keçid balı ilə daxil olmaq mümkündür. Daha sonra 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə rəhbərlik edib, 2022-ci ildə Şirvan-Salyan Regional Təhsil İdarəsinin, 30 oktyabr 2024-cü ildə isə Qarabağ Regional Təhsil İdarəsinin rəhbəri təyin olunub.
Tendensiya.com-a danışan və Mənsimlini yaxından tanıdığını bildirən mənbənin sözlərinə görə, onun Elm və təhsil naziri Emin Əmrullayevlə tanışlığı Biləsuvarla bağlı bir səfər zamanı başlayıb.
Mənbənin iddiasına görə, həmin vaxt Mənsimlinin əmisi Kamil müəllim Biləsuvar Rayon İcra Hakimiyyətində çalışıb. Emin Əmrullayev Biləsuvara səfər edərkən Mənsimli ona bələdçilik edib. Bundan sonra aralarında yaxın münasibət yaranıb və Mənsimli sonrakı mərhələdə təhsil sistemində vəzifələrə gətirilib.
Mənbə bunu belə izah edir: “Özü münasibət yaradıb. Sonra dostlaşıblar, qonaq aparıb. Həmin vaxtdan bunu çəkib irəli”.
Sabiq deputat Etibar Əliyev də onun təyinatını kəskin tənqid edib və Mənsimlinin Emin Əmrullayevlə yaxın münasibətlərinin rol oynadığını iddia edib.
Burada əsas sual sadədir: Mənsimli hansı peşəkar meyarlarla bu vəzifələrə gətirilib?
Əgər Qarabağ Regional Təhsil İdarəsində rüşvət və korrupsiya barədə səslənən iddialar əsassızdırsa, hərtərəfli yoxlama bunu ortaya qoymalıdır.
Əksinə, əgər iddiaların arxasında real mexanizm varsa, kadr təyinatlarından tutmuş müqavilələrə, satınalmalara və pul dövriyyəsinə qədər hər şey araşdırılmalıdır.
Məsələ o həddə çatıb ki, artıq “idarədə hər şey qaydasındadır” tipli ümumi açıqlama kifayət etmir.
İdarədə tam maliyyə və kadr yoxlaması keçirilməlidir.
Əgər hər hansı vəzifəli şəxsin cinayət məsuliyyətinə səbəb ola biləcək əməli müəyyənləşərsə, həmin şəxs vəzifəsindən və əlaqələrindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir. Bu halda heç bir dostluq münasibəti, o cümlədən nazirlə yaxınlıq barədə iddialar heç kimi məsuliyyətdən kənarda saxlaya bilməz.
Çünki söhbət 357 məktəbdən, 18 mindən çox müəllimdən və 84 mindən artıq şagirddən gedir.
Qarabağ təhsil sistemi şəxsi münasibətlərin deyil, qanunun və peşəkarlığın üzərində qurulmalıdır.
İndi əsas sual budur: Qarabağ Regional Təhsil İdarəsində hərtərəfli yoxlama nə vaxt keçiriləcək?(Yenixeberorg.com)
Oxşar xəbərlər
-
19.06.2026Ən yaxşı məktəblərin adları AÇIQLANDI -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
25.02.2026İlham Pirməmmədov qardaşı oğlunu qoruya bildimi? – Anar və model Çelsi qalmaqalı…. -
21.01.2026Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



