19.08.2026

Cəlilabadda sürücü sükan arxasında öldü

Cəlilabad rayonunda sürücü sükan arxasında ölüb.
DuzXeber.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Cəlilabad şəhər sakini, 1973-cü il təvəllüdlü Sakit Abdinov bu gün şəhər saatlarında idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən qəfil özünü pis hiss edib.
O, sükan arxasında dünyasını dəyişib, idarə etdiyi avtomobil isə yoldan çıxaraq maneəyə çırpılıb.
Faktla bağlı araşdırma aparılır.(oxu.az)

Xəbər lenti