20.08.2026
Neftçala rayonunun Xolqaraqaşlı kəndində fermer təsərrüfatının suvarma suyu ilə təmin olunmaması ilə bağlı redaksiyamıza ciddi şikayət daxil olub. Şikayətdə səsləndirilən iddialar təsdiqini taparsa, söhbət sadəcə bir fermerin su problemindən deyil, kənd təsərrüfatı sahəsində insanların əməyinin, çəkdiyi xərcin və aylarla gözlədiyi məhsulun məsuliyyətsiz münasibət nəticəsində təhlükə altına atılmasından gedir.
DuzXeber.az: Xolqaraqaşlı kənd sakini Xuraman Zeynalovanın redaksiyamıza təqdim etdiyi məlumat və ərizəyə görə, atası, fermer Nağıyev Cəmaləddin Həsənağa oğlunun kənd ərazisində təxminən 19 hektar əkin sahəsi var. Ailə uzun illərdir kənd təsərrüfatı ilə məşğul olur. Hazırda həmin təsərrüfatda yonca və pambıq sahələrinin suvarılması ilə bağlı ciddi problem yarandığı bildirilir.
Xuraman Zeynalova şikayətində konkret adlar çəkir. Onun sözlərinə görə, narazılıq Neftçala rayon su idarəsinin rəhbəri kimi təqdim etdiyi Təbriz adlı şəxsin, həmçinin kənd üzrə su təsərrüfatı işçiləri Mübariz və Əfsarağanın fəaliyyəti ilə bağlıdır. Şikayətçi bildirir ki, dəfələrlə müraciət edilməsinə, su veriləcəyinə dair sözlər eşidilməsinə baxmayaraq, fermer təsərrüfatına su vaxtında çatdırılmayıb.
Burada sual yaranır: fermer əkin aparıb, toxum səpib, torpağı becərib, xərc çəkibsə, suvarma növbəsi çatanda onu günlərlə və həftələrlə gözlətmək hansı idarəetmə prinsipinə uyğundur?

Şikayətçinin sözlərinə görə, əvvəlcə yonca sahəsi vaxtında suvarılmayıb və bunun nəticəsində məhsuldarlığın aşağı düşməsi təhlükəsi yaranıb. Daha sonra vəziyyət pambıq sahəsində daha ağır həddə çatıb. Xuraman Zeynalova bildirir ki, torpaq o qədər quruyub ki, kultivator sahəyə daxil olanda bəzi pambıq kolları kökündən çıxıb. Hazırda isə pambığın artıq açmağa başladığı, lakin sahəyə yenə də lazımi suyun verilmədiyi iddia olunur.
Fermer üçün bir gün belə bəzən məhsulun taleyini müəyyən edir. Pambıq və yonca sahəsinin suvarılmasında gecikmənin nəticəsini kabinetdə əyləşən məmur deyil, torpağa pul və zəhmət qoyan fermer çəkir. Məhsul azalanda, sahə quruyanda, çəkilən xərc batanda həmin zərərin məsuliyyətini kim daşıyacaq?
Şikayətdə daha ciddi bir iddia da səsləndirilir. Xuraman Zeynalovanın bildirdiyinə görə, ərazidə suyun fermerlər arasında bərabər və obyektiv bölüşdürülmədiyinə dair şübhələr var. O iddia edir ki, bəzi imkanlı şəxslərin sahələri istədikləri vaxt suvarıldığı halda, onların təsərrüfatı günlərlə gözlədilir. Bu iddia mütləq araşdırılmalıdır. Çünki dövlətin suvarma infrastrukturu hansısa şəxsin şəxsi mülkü deyil və su bölgüsü tanışlıq, nüfuz və yaxud maddi imkan prinsipi ilə həyata keçirilə bilməz.

Xuraman Zeynalova həmçinin bildirir ki, Neftçala rayon su idarəsinin rəhbəri Təbriz, eləcə də Mübariz və Əfsarağa adlı əməkdaşlarla əlaqə saxlamağa çalışsa da, problemin həlli istiqamətində nəticə əldə edə bilməyib. Onun sözlərinə görə, verilən vədlər də faktiki su təminatına çevrilməyib.
Əgər bu şəxslərlə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmirsə, ictimaiyyət qarşısında çox sadə suallara cavab verilməlidir: Cəmaləddin Nağıyevin 19 hektarlıq təsərrüfatına hansı tarixlərdə və nə qədər su ayrılıb? Suvarma növbəsi hansı sənəd əsasında müəyyən edilir? Fermerə su verilməməsinin texniki və ya hüquqi səbəbi olubmu? Eyni ərazidə digər fermerlərin sahələrinə hansı ardıcıllıqla su verilib? Su bölgüsünə kim nəzarət edir?
Əgər fermerə su ayrılıbsa, bunu sənədlə göstərmək çətin olmamalıdır. Əgər ayrılmayıbsa, səbəbi izah edilməlidir. Əgər su mövcud olduğu halda bir təsərrüfat susuz saxlanılıb, digər sahələr suvarılıbsa, onda məsələ artıq adi texniki nasazlıq kimi təqdim edilə bilməz.
Kənd təsərrüfatının inkişafından danışılan bir ölkədə fermeri su üçün qapı-qapı salmaq, telefon zənglərinə cavab verməmək və əkin sahəsini qurumağa buraxmaq qəbuledilən idarəetmə modeli deyil. Fermer dövlət qurumundan xüsusi imtiyaz istəmir. O, sadəcə təsərrüfatının vaxtında suvarılmasını və hamıya tətbiq edilən qaydanın ona da şamil olunmasını tələb edir.
Xüsusilə diqqət çəkən məqam budur ki, Cəmaləddin Nağıyev yaşlı fermerdir, ailənin bildirdiyinə görə həyat yoldaşı da Parkinson xəstəliyindən əziyyət çəkir. Belə bir ailənin dolanışıq mənbələrindən biri olan təsərrüfatın su problemi səbəbindən zərərə düşməsi məsələyə daha həssas yanaşılmasını tələb edir.
İndi cavab verməli olan tərəf fermer deyil. Neftçala rayonunda su təsərrüfatına cavabdeh qurumlar, Təbriz adlı rəhbər şəxs, Mübariz və Əfsarağa adlı əməkdaşlar ictimaiyyətə izah etməlidirlər: Xolqaraqaşlı kəndində Cəmaləddin Nağıyevin sahəsi niyə vaxtında suvarılmayıb?
Qeyd edək ki, redaksiyaya təqdim olunan ərizədə Təbriz, Mübariz və Əfsarağa adlı şəxslərin soyadları göstərilməyib. Aidiyyəti qurumun həmin şəxslərin tam kimliyini və tutduqları vəzifələri açıqlaması məqsədəuyğun olardı.
Redaksiya olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Neftçala Rayon İcra Hakimiyyətinin və ərazidə suvarma suyunun bölüşdürülməsinə cavabdeh strukturun məsələyə dərhal münasibət bildirməsini gözləyirik. Şikayətdə adı çəkilən şəxslərin də mövqeyini olduğu kimi dərc etməyə hazırıq.
Fermerin pambığı artıq açır. Burada aylarla aparılan yazışmaya deyil, təcili suya və konkret tədbirə ehtiyac var. Əks halda sabah qurumuş sahənin qarşısında “araşdırma aparılır” demək fermerin itirdiyi məhsulu geri qaytarmayacaq.(Aknews.az)
Neftçalada fermerin 19 hektarı susuzluqdan məhv olur - NARAZILIQ
Neftçala rayonunun Xolqaraqaşlı kəndində fermer təsərrüfatının suvarma suyu ilə təmin olunmaması ilə bağlı redaksiyamıza ciddi şikayət daxil olub. Şikayətdə səsləndirilən iddialar təsdiqini taparsa, söhbət sadəcə bir fermerin su problemindən deyil, kənd təsərrüfatı sahəsində insanların əməyinin, çəkdiyi xərcin və aylarla gözlədiyi məhsulun məsuliyyətsiz münasibət nəticəsində təhlükə altına atılmasından gedir.DuzXeber.az: Xolqaraqaşlı kənd sakini Xuraman Zeynalovanın redaksiyamıza təqdim etdiyi məlumat və ərizəyə görə, atası, fermer Nağıyev Cəmaləddin Həsənağa oğlunun kənd ərazisində təxminən 19 hektar əkin sahəsi var. Ailə uzun illərdir kənd təsərrüfatı ilə məşğul olur. Hazırda həmin təsərrüfatda yonca və pambıq sahələrinin suvarılması ilə bağlı ciddi problem yarandığı bildirilir.
Xuraman Zeynalova şikayətində konkret adlar çəkir. Onun sözlərinə görə, narazılıq Neftçala rayon su idarəsinin rəhbəri kimi təqdim etdiyi Təbriz adlı şəxsin, həmçinin kənd üzrə su təsərrüfatı işçiləri Mübariz və Əfsarağanın fəaliyyəti ilə bağlıdır. Şikayətçi bildirir ki, dəfələrlə müraciət edilməsinə, su veriləcəyinə dair sözlər eşidilməsinə baxmayaraq, fermer təsərrüfatına su vaxtında çatdırılmayıb.
Burada sual yaranır: fermer əkin aparıb, toxum səpib, torpağı becərib, xərc çəkibsə, suvarma növbəsi çatanda onu günlərlə və həftələrlə gözlətmək hansı idarəetmə prinsipinə uyğundur?

Şikayətçinin sözlərinə görə, əvvəlcə yonca sahəsi vaxtında suvarılmayıb və bunun nəticəsində məhsuldarlığın aşağı düşməsi təhlükəsi yaranıb. Daha sonra vəziyyət pambıq sahəsində daha ağır həddə çatıb. Xuraman Zeynalova bildirir ki, torpaq o qədər quruyub ki, kultivator sahəyə daxil olanda bəzi pambıq kolları kökündən çıxıb. Hazırda isə pambığın artıq açmağa başladığı, lakin sahəyə yenə də lazımi suyun verilmədiyi iddia olunur.
Fermer üçün bir gün belə bəzən məhsulun taleyini müəyyən edir. Pambıq və yonca sahəsinin suvarılmasında gecikmənin nəticəsini kabinetdə əyləşən məmur deyil, torpağa pul və zəhmət qoyan fermer çəkir. Məhsul azalanda, sahə quruyanda, çəkilən xərc batanda həmin zərərin məsuliyyətini kim daşıyacaq?
Şikayətdə daha ciddi bir iddia da səsləndirilir. Xuraman Zeynalovanın bildirdiyinə görə, ərazidə suyun fermerlər arasında bərabər və obyektiv bölüşdürülmədiyinə dair şübhələr var. O iddia edir ki, bəzi imkanlı şəxslərin sahələri istədikləri vaxt suvarıldığı halda, onların təsərrüfatı günlərlə gözlədilir. Bu iddia mütləq araşdırılmalıdır. Çünki dövlətin suvarma infrastrukturu hansısa şəxsin şəxsi mülkü deyil və su bölgüsü tanışlıq, nüfuz və yaxud maddi imkan prinsipi ilə həyata keçirilə bilməz.

Xuraman Zeynalova həmçinin bildirir ki, Neftçala rayon su idarəsinin rəhbəri Təbriz, eləcə də Mübariz və Əfsarağa adlı əməkdaşlarla əlaqə saxlamağa çalışsa da, problemin həlli istiqamətində nəticə əldə edə bilməyib. Onun sözlərinə görə, verilən vədlər də faktiki su təminatına çevrilməyib.
Əgər bu şəxslərlə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmirsə, ictimaiyyət qarşısında çox sadə suallara cavab verilməlidir: Cəmaləddin Nağıyevin 19 hektarlıq təsərrüfatına hansı tarixlərdə və nə qədər su ayrılıb? Suvarma növbəsi hansı sənəd əsasında müəyyən edilir? Fermerə su verilməməsinin texniki və ya hüquqi səbəbi olubmu? Eyni ərazidə digər fermerlərin sahələrinə hansı ardıcıllıqla su verilib? Su bölgüsünə kim nəzarət edir?
Əgər fermerə su ayrılıbsa, bunu sənədlə göstərmək çətin olmamalıdır. Əgər ayrılmayıbsa, səbəbi izah edilməlidir. Əgər su mövcud olduğu halda bir təsərrüfat susuz saxlanılıb, digər sahələr suvarılıbsa, onda məsələ artıq adi texniki nasazlıq kimi təqdim edilə bilməz.
Kənd təsərrüfatının inkişafından danışılan bir ölkədə fermeri su üçün qapı-qapı salmaq, telefon zənglərinə cavab verməmək və əkin sahəsini qurumağa buraxmaq qəbuledilən idarəetmə modeli deyil. Fermer dövlət qurumundan xüsusi imtiyaz istəmir. O, sadəcə təsərrüfatının vaxtında suvarılmasını və hamıya tətbiq edilən qaydanın ona da şamil olunmasını tələb edir.
Xüsusilə diqqət çəkən məqam budur ki, Cəmaləddin Nağıyev yaşlı fermerdir, ailənin bildirdiyinə görə həyat yoldaşı da Parkinson xəstəliyindən əziyyət çəkir. Belə bir ailənin dolanışıq mənbələrindən biri olan təsərrüfatın su problemi səbəbindən zərərə düşməsi məsələyə daha həssas yanaşılmasını tələb edir.
İndi cavab verməli olan tərəf fermer deyil. Neftçala rayonunda su təsərrüfatına cavabdeh qurumlar, Təbriz adlı rəhbər şəxs, Mübariz və Əfsarağa adlı əməkdaşlar ictimaiyyətə izah etməlidirlər: Xolqaraqaşlı kəndində Cəmaləddin Nağıyevin sahəsi niyə vaxtında suvarılmayıb?
Qeyd edək ki, redaksiyaya təqdim olunan ərizədə Təbriz, Mübariz və Əfsarağa adlı şəxslərin soyadları göstərilməyib. Aidiyyəti qurumun həmin şəxslərin tam kimliyini və tutduqları vəzifələri açıqlaması məqsədəuyğun olardı.
Redaksiya olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Neftçala Rayon İcra Hakimiyyətinin və ərazidə suvarma suyunun bölüşdürülməsinə cavabdeh strukturun məsələyə dərhal münasibət bildirməsini gözləyirik. Şikayətdə adı çəkilən şəxslərin də mövqeyini olduğu kimi dərc etməyə hazırıq.
Fermerin pambığı artıq açır. Burada aylarla aparılan yazışmaya deyil, təcili suya və konkret tədbirə ehtiyac var. Əks halda sabah qurumuş sahənin qarşısında “araşdırma aparılır” demək fermerin itirdiyi məhsulu geri qaytarmayacaq.(Aknews.az)
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
24.02.2026Başçının əsas qazanc yeri: Neftçalanın qış otlaq torpaqları... - İLGİNC FAKTLAR... -
23.02.2026Pambıqçılıqda böhran: Fermer niyə “qul əməyinə” məhkum edilir? - DE-FAKTO -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
12.01.2026Nazirin başı DOMİNO OYNAMAĞA qarışıb, fermerlər “QAN AĞLAYIR”
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



