20.08.2026
DuzXeber.az: Söhbət 2026-cı il iyunun 5-də CNN-in dərc etdiyi məqalədən gedir. Belə ki, həmin məqalədə Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edildiyi barədə bir sıra təxribat xarakterli iddialar yer alıb.
Məqalədə iddia olunur ki, guya İsrail xüsusi təyinatlıları Azərbaycanın cənubunda, İran sərhədinə yaxın bir neçə ərazidə fəaliyyət göstərir, həmin məntəqələrdən kəşfiyyat və pilotsuz uçuş aparatları əməliyyatlarını həyata keçirir. Həmçinin guya İsrail Azərbaycanda dinləmə cihazları və digər kəşfiyyat avadanlıqlarını əvvəlcədən yerləşdirib və bu, İrana qarşı sonrakı əməliyyatlara hazırlıq məqsədi daşıyıb.
Göründüyü kimi CNN-nin yanaşması açıq şəkildə qərəzli və məkirlidir. İddia isə ümumiyyətlə təhlükəlidir. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan son illərdə regiondakı ən mürəkkəb geosiyasi proseslərin mərkəzindədir. Belə şəraitdə Azərbaycan haqqında yayılan hər bir məlumat yalnız informasiya məhsulu kimi deyil, onun regional təhlükəsizliyə, diplomatik münasibətlərə və beynəlxalq reputasiyasına təsiri baxımından da qiymətləndirilir.
Bundan başqa, CNN ilk dəfə deyil ki, belə bir addım atır. Belə ki, bu media şirkətinin yazarlarından olan Tim Listerin 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə anti-terror tədbirləri zamanı dərc etdiyi materiallarda Azərbaycana qarşı qərəzli iddialarla dolu məqalələr var idi.
Bu səbəbdən Azərbaycan haqlı olaraq ABŞ-ın federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb. Lakin onuda deyim ki, Azərbaycan tərəfi məsələni dərhal məhkəməyə daşımayıb. Əvvəlcə media qurumuna imkan verilib ki, materialı yenidən araşdırsın, təqdim olunan faktları qiymətləndirsin və səhv varsa, onu düzəltsin.
Ümumiyyətlə, CNN materialı dərc etməzdən əvvəl Azərbaycan tərəfinə müraciət edib və Bakının mövqeyini alıb. Azərbaycan tərəfi iddiaları açıq şəkildə rədd edib, ölkə ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyini bildirib. Bakının rəsmi mövqeyinə baxmayaraq, CNN anonim mənbələrə əsaslanan iddiaları yenə də dərc edib.
Bu, peşəkar jurnalistikanın ən mühüm prinsipi olan dəqiqlik və doğruluğun yoxlanılmasının açıq şəkildə pozulmasıdır. Ümumiyyətlə, anonim mənbənin mövcudluğu onun dediklərinin birmənalı şəkildə həqiqət olduğunu göstərmir. Mənbənin anonim olması onun kimliyini qorumaq üçün əsas yarada bilər, amma iddianın özünün sübut yükünü aradan qaldırmır. Xüsusilə də söhbət bir dövlətin ərazisinin başqa dövlətə qarşı hərbi əməliyyatlar üçün istifadə edilməsindən gedirsə.
Bir dövlət haqqında “əraziniz xarici ölkənin qonşu dövlətə qarşı hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə olunur” demək adi informasiya deyil. Bu, konkret fakt iddiasıdır. Konkret fakt iddiasının isə konkret əsaslandırması olmalıdır.
Üstəlik, belə materialların yaratdığı informasiya effekti yalnız məqalənin yayımlandığı günlə məhdudlaşmır. CNN kimi qlobal auditoriyaya malik media qurumunda yayımlanan məlumat başqa media orqanları tərəfindən sitatlaşdırıla, sosial şəbəkələrdə yayıla, siyasi müzakirələrə daşına və nəticədə ilkin mənbədən qoparaq “artıq təsdiqlənmiş fakt” görüntüsü qazana bilər.
Nəticə etibari ilə indiki məqamda əsas sual budur: CNN-in yaydığı iddiaların real, yoxlanılmış və məhkəmə qarşısında müdafiə oluna bilən sübutu varmı?
Cavab varsa, təqdim edilsin.
Yoxdursa, onda Azərbaycanın təkzib və düzəliş tələb etməsinin haqlı olduğunu qəbul etməkdən başqa yol qalmır.
Çünki beynəlxalq medianın məsuliyyəti yalnız məlumatı ilk yayımlayan olmaq deyil. Əsas məsuliyyət yayımladığı məlumatın nəticələrini də daşımaqdır!(axs.az)
Bakı “yox” cavabı verdi, CNN iddia yaydı – Azərbaycan niyə ikinci dəfə hədəfə gətirilir?
DuzXeber.az: Söhbət 2026-cı il iyunun 5-də CNN-in dərc etdiyi məqalədən gedir. Belə ki, həmin məqalədə Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edildiyi barədə bir sıra təxribat xarakterli iddialar yer alıb.Məqalədə iddia olunur ki, guya İsrail xüsusi təyinatlıları Azərbaycanın cənubunda, İran sərhədinə yaxın bir neçə ərazidə fəaliyyət göstərir, həmin məntəqələrdən kəşfiyyat və pilotsuz uçuş aparatları əməliyyatlarını həyata keçirir. Həmçinin guya İsrail Azərbaycanda dinləmə cihazları və digər kəşfiyyat avadanlıqlarını əvvəlcədən yerləşdirib və bu, İrana qarşı sonrakı əməliyyatlara hazırlıq məqsədi daşıyıb.
Göründüyü kimi CNN-nin yanaşması açıq şəkildə qərəzli və məkirlidir. İddia isə ümumiyyətlə təhlükəlidir. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan son illərdə regiondakı ən mürəkkəb geosiyasi proseslərin mərkəzindədir. Belə şəraitdə Azərbaycan haqqında yayılan hər bir məlumat yalnız informasiya məhsulu kimi deyil, onun regional təhlükəsizliyə, diplomatik münasibətlərə və beynəlxalq reputasiyasına təsiri baxımından da qiymətləndirilir.
Bundan başqa, CNN ilk dəfə deyil ki, belə bir addım atır. Belə ki, bu media şirkətinin yazarlarından olan Tim Listerin 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə anti-terror tədbirləri zamanı dərc etdiyi materiallarda Azərbaycana qarşı qərəzli iddialarla dolu məqalələr var idi.
Bu səbəbdən Azərbaycan haqlı olaraq ABŞ-ın federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb. Lakin onuda deyim ki, Azərbaycan tərəfi məsələni dərhal məhkəməyə daşımayıb. Əvvəlcə media qurumuna imkan verilib ki, materialı yenidən araşdırsın, təqdim olunan faktları qiymətləndirsin və səhv varsa, onu düzəltsin.
Ümumiyyətlə, CNN materialı dərc etməzdən əvvəl Azərbaycan tərəfinə müraciət edib və Bakının mövqeyini alıb. Azərbaycan tərəfi iddiaları açıq şəkildə rədd edib, ölkə ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyini bildirib. Bakının rəsmi mövqeyinə baxmayaraq, CNN anonim mənbələrə əsaslanan iddiaları yenə də dərc edib.
Bu, peşəkar jurnalistikanın ən mühüm prinsipi olan dəqiqlik və doğruluğun yoxlanılmasının açıq şəkildə pozulmasıdır. Ümumiyyətlə, anonim mənbənin mövcudluğu onun dediklərinin birmənalı şəkildə həqiqət olduğunu göstərmir. Mənbənin anonim olması onun kimliyini qorumaq üçün əsas yarada bilər, amma iddianın özünün sübut yükünü aradan qaldırmır. Xüsusilə də söhbət bir dövlətin ərazisinin başqa dövlətə qarşı hərbi əməliyyatlar üçün istifadə edilməsindən gedirsə.
Bir dövlət haqqında “əraziniz xarici ölkənin qonşu dövlətə qarşı hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə olunur” demək adi informasiya deyil. Bu, konkret fakt iddiasıdır. Konkret fakt iddiasının isə konkret əsaslandırması olmalıdır.
Üstəlik, belə materialların yaratdığı informasiya effekti yalnız məqalənin yayımlandığı günlə məhdudlaşmır. CNN kimi qlobal auditoriyaya malik media qurumunda yayımlanan məlumat başqa media orqanları tərəfindən sitatlaşdırıla, sosial şəbəkələrdə yayıla, siyasi müzakirələrə daşına və nəticədə ilkin mənbədən qoparaq “artıq təsdiqlənmiş fakt” görüntüsü qazana bilər.
Nəticə etibari ilə indiki məqamda əsas sual budur: CNN-in yaydığı iddiaların real, yoxlanılmış və məhkəmə qarşısında müdafiə oluna bilən sübutu varmı?
Cavab varsa, təqdim edilsin.
Yoxdursa, onda Azərbaycanın təkzib və düzəliş tələb etməsinin haqlı olduğunu qəbul etməkdən başqa yol qalmır.
Çünki beynəlxalq medianın məsuliyyəti yalnız məlumatı ilk yayımlayan olmaq deyil. Əsas məsuliyyət yayımladığı məlumatın nəticələrini də daşımaqdır!(axs.az)
Oxşar xəbərlər
-
8.08.2026Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix -
29.07.2026Azərbaycanla əlaqəli orqan mafiyası araşdırılır - SENSASİON detallar -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
24.12.2025Elm və Təhsil Nazirliyi 2 milyona aldığı odun yanacağını 1,5 milyona daşıtdırır – Analoqu olmayan işdi -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



