21.08.2026

ABŞ-da təyyarə qəzaya uğradı: Ölənlər var

ABŞ-ın Alyaska ştatında çarter təyyarəsinin qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib.
DuzXeber.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Security Aviation” şirkətinə məxsus Cessna 441 təyyarəsi Keyp-Nyuenham hava limanının qərbində, ucqar hərbi radar obyektinin yaxınlığında qəzaya uğrayıb. Təyyarə Ankoric beynəlxalq hava limanından havaya qalxaraq Keyp-Nyuenham istiqamətində uçurmuş.
Qəzanın səbəbləri hələlik məlum deyil. Hadisə yerində xilasedici və fövqəladə xidmət əməkdaşları çalışır, qəzanın başvermə şəraiti araşdırılır.

Xəbər lenti