22.08.2026

DuzXeber.az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev ətrafında son günlər səsləndirilən iddialar artıq sadəcə bir məmurun fəaliyyəti ilə bağlı tənqidi müzakirə çərçivəsindən çıxaraq ciddi ictimai maraq doğuran məsələyə çevrilib.
Əsas diqqət isə iki istiqamətə yönəlir: Elxan Allahverdiyevin vəzifə təyinatı müqabilində 200 min manat rüşvət alması barədə yayılan iddia və onun rəhbərlik etdiyi Binəqədi rayonunda çoxsaylı qanunsuz tikintilərin aparılması ilə bağlı uzun müddətdir səsləndirilən məlumatlar.
Təbii ki, 200 min manatlıq rüşvət iddiası təsdiqlənməyib və bunu fakt kimi təqdim etmək doğru olmaz. Lakin belə ağır ittihamın ictimaiyyətə açıq şəkildə çıxarılması, xüsusilə də dövlət vəzifəsi ilə əlaqələndirilməsi hüquqi qiymətləndirmə tələb edir.
Eyni zamanda Binəqədidə qanunsuz tikintilərlə bağlı səslənən çoxsaylı məlumatlar da təsadüfi məsələ kimi qiymətləndirilə bilməz. Rayon rəhbərliyinin ərazidə baş verən tikinti proseslərindən nə dərəcədə xəbərdar olduğu və qanunsuzluqların qarşısının alınması istiqamətində hansı tədbirlərin görüldüyü də ictimai nəzarətin predmetidir.
Amma məsələnin daha düşündürücü tərəfi ötən gün baş verən hadisədir.
Manset.az-ın baş redaktoru tərəfindən DuzXeber.az-ın baş redaktoru Kamal Əsgərova telefonla müraciət edilərək, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevlə telefon danışığının səs yazısından hazırlanmış və DuzXeber.az-ın TikTok səhifəsində yayımlanan videoçarxın silinməsi xahiş olunub.
Maraqlıdır ki, həmin video cəmi bir saat ərzində 120 mindən artıq baxış toplamış, baxış sayı isə artmaqda davam edirdi.
Belə geniş ictimai maraq doğuran materialın müəllifinin qəfil şəkildə onun yayımının dayandırılmasını istəməsi isə təbii olaraq diqqət çəkir.
Telefon danışığı zamanı müəllifin ifadə və davranışından yaranan təəssürat belə idi ki, onun üzərində müəyyən basqı və ya başqa maraqlardan doğan narahatlıq mövcud ola bilər. Əlbəttə, bunun konkret səbəbini yalnız həmin şəxsin özü açıqlaya bilər.
Lakin burada mühüm bir prinsip var: əgər yayılan səs yazısında həqiqətə uyğun olmayan məlumat varsa, bunun hüquqi və jurnalist yolu materialı sildirmək deyil, onu təkzib etməkdir.
Xüsusilə də söhbət dövlət qurumunun rəhbəri ilə jurnalist arasında baş verdiyi bildirilən danışıqdan gedirsə, məsələyə açıq münasibət bildirilməsi daha doğru və sağlam mövqedir.
Çünki ictimai maraq doğuran materialı aradan qaldırmaq onun yaratdığı sualları aradan qaldırmır.
Əksinə, bəzən səsin kəsilməsi sualları daha da ucaldır.
Bu gün Binəqədidə söhbət yalnız bir icra başçısından və ya bir videoçarxdan getmir. Söhbət dövlət vəzifəsi ətrafında səsləndirilən ağır rüşvət iddiasından, rayonda qanunsuz tikintilərlə bağlı narazılıqlardan və medianın yaydığı materiala münasibətdən gedir.
Bu məsələlərə ən düzgün cavab susmaq və ya materialların yayımını dayandırmağa çalışmaq deyil.
Əgər iddia yalandırsa — təkzib edilməlidir.
Əgər məlumat yanlışdırsa — faktlarla cavab verilməlidir.
Əgər qanun pozuntusu varsa — araşdırılmalıdır.
Çünki dövlət idarəçiliyində şəffaflıq təkcə hesabat vermək deyil, həm də ictimai tənqid qarşısında açıq dayanmaqdır.
DuzXeber.az olaraq məsələni diqqətdə saxlayırıq.
Binəqədidə rüşvət iddiası, qanunsuz tikililər və susdurulan səs

Oxşar xəbərlər
-
11.05.2026Xətainin mərkəzində səssiz mübarizə: Yaşıllıq ərazilər kimlərin maraq dairəsinə daxil olub? -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
21.01.2026Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR -
9.01.2026Binəqədidə daha bir mənzil obyektə çevrildi - İcazəni Elxan Allahverdiyev verib -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi