24.08.2026

70 gəminin İrana və ya İrandan hərəkətinin qarşısı alınıb

İran dəniz limanlarının blokadası bərpa olunandan bəri ABŞ ordusu ümumilikdə 70 gəminin İrana, yaxud İrandan hərəkətinin qarşısını alıb.

DuzXeber.az xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) özünə məxsus X səhifəsində açıqlayıb: "23 avqust tarixinə olan məlumata görə, ABŞ qüvvələri 70 kommersiya gəmisini yönləndirib, üçünü sıradan çıxarıb və daha iki gəmiyə qüvvə çıxarıb".

Qeyd edək ki, ABŞ İranın dəniz blokadasını iyulun 14-də bərpa edib. (Musavat.com)

Xəbər lenti