24.08.2026
"14 avqustda Suriya xarici işlər naziri və İsrailin MOSSAD kəşfiyyat xidmətinin rəhbəri telefon danışığı aparıb. Bu zaman Türkiyənin Suriyadakı mövcudluğu müzakirə edilib və Əbu Zuhur bazası da gündəmə gətirilib. Bu danışıqdan dörd gün sonra Əbu Zuhur bombalandı. ABŞ və Suriyaya məlumat verilib. Başqa sözlə, onlar Suriyanı da bombalayacaqlarını deyiblər. Amma nə Suriya, nə də Amerika Türkiyəyə bu barədə məlumat vermədi. Niyə Amerika səfiri Tom Barak heç nə demədi?”
DuzXeber.az xəbər verir ki, bu sözləri ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı GZT-nin baş redaktoru Doğukan Gezerin təqdimatında yayımlanan “Xəritə” proqramında deyib.
“Netanyahunun ofisindən verilən açıqlamada deyilir ki, Türkiyə burada özünü möhkəmləndirmək niyyətində idi və biz bunu Suriya ilə təhlükəsizlik sahəsində qurduğumuz status-kvonun pozulması hesab edirik. Biz buna icazə verməyəcəyik, deyir. Sual oluna bilər, siz kimsiniz ki, buna icazə verməyəcəyinizi deyirsiniz?”
C.Yaycı bildirib ki, Türkiyə-İsrail münasibətləri baxımından gərginliyin azaldılması mexanizmi də mövcud idi:
“Və ilk dəfə olaraq iki ölkə bu qədər isti bir şəkildə yaxınlaşdılar. Əgər Türkiyə burada mövcudluğunu qoruya bilməsə, onun təhlükəsizliyi həqiqətən təhlükə altında olacaq. Lakin burada mövcudluğunu qoruyub saxlasa, İsraillə münaqişəyə girəcək. Kritik bir vəziyyət yaranıb.
Cənubi və cənub-şərqi Suriya hazırda İsrailin nəzarəti altındadır. Onlar Suriyanın inkişaf etməsini, yenidən qurulmasını, gücləndirilməsini və ya güclü silahlı qüvvələrə sahib olmasını qətiyyən istəmirlər. Bunu açıq şəkildə deyirlər. Uzağı əli tüfəngli ordusu ola bilər. Ağır silahlara sahib olan PKK-YPG-dir. S-400-lərin mümkün qədər tez çıxarılmalı olduğu barədə açıqlama çox önəmlidir. Əgər S-400-lər burada olsaydı, İsrail bu qədər yaxınlaşa bilərdimi?”
Ekspert, həmçinin, İsraildə dərc olunmuş bir məqaləyə diqqət çəkib:
“Bu məqalədə Türkiyənin Şimali Kiprdəki hərbi mövcudluğunun NATO-nun 5-ci maddəsi çərçivəsindən kənara çıxdığı deyilir. Onlar iddia edirlər ki, 5-ci maddə milli sərhədlərə şamil edilir və Türkiyənin Şimali Kiprdəki hərbi mövcudluğu Əbu Zuhurdakı mövcudluğuna bənzədilir. Bunun onlar üçün təhlükəsizlik məsələsi olduğunu deyirlər. Bu məqalə çox tənqidi xarakter daşıyır və müəlliflər sıradan insanlar deyil. İsraildə Türkiyə ilə qarşıdurmaya girməməli olduqlarını deyən keçmiş siyasətçilər və hərbçilər də var, lakin onlar təsiretmə imkanına malik deyil”.(mediatvaz.com)
Türkiyə-İsrail müharibəsi başlasa, nələr olacaq? – Kontr-admiraldan sensasion sözlər
"14 avqustda Suriya xarici işlər naziri və İsrailin MOSSAD kəşfiyyat xidmətinin rəhbəri telefon danışığı aparıb. Bu zaman Türkiyənin Suriyadakı mövcudluğu müzakirə edilib və Əbu Zuhur bazası da gündəmə gətirilib. Bu danışıqdan dörd gün sonra Əbu Zuhur bombalandı. ABŞ və Suriyaya məlumat verilib. Başqa sözlə, onlar Suriyanı da bombalayacaqlarını deyiblər. Amma nə Suriya, nə də Amerika Türkiyəyə bu barədə məlumat vermədi. Niyə Amerika səfiri Tom Barak heç nə demədi?”DuzXeber.az xəbər verir ki, bu sözləri ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı GZT-nin baş redaktoru Doğukan Gezerin təqdimatında yayımlanan “Xəritə” proqramında deyib.
“Netanyahunun ofisindən verilən açıqlamada deyilir ki, Türkiyə burada özünü möhkəmləndirmək niyyətində idi və biz bunu Suriya ilə təhlükəsizlik sahəsində qurduğumuz status-kvonun pozulması hesab edirik. Biz buna icazə verməyəcəyik, deyir. Sual oluna bilər, siz kimsiniz ki, buna icazə verməyəcəyinizi deyirsiniz?”
C.Yaycı bildirib ki, Türkiyə-İsrail münasibətləri baxımından gərginliyin azaldılması mexanizmi də mövcud idi:
“Və ilk dəfə olaraq iki ölkə bu qədər isti bir şəkildə yaxınlaşdılar. Əgər Türkiyə burada mövcudluğunu qoruya bilməsə, onun təhlükəsizliyi həqiqətən təhlükə altında olacaq. Lakin burada mövcudluğunu qoruyub saxlasa, İsraillə münaqişəyə girəcək. Kritik bir vəziyyət yaranıb.
Cənubi və cənub-şərqi Suriya hazırda İsrailin nəzarəti altındadır. Onlar Suriyanın inkişaf etməsini, yenidən qurulmasını, gücləndirilməsini və ya güclü silahlı qüvvələrə sahib olmasını qətiyyən istəmirlər. Bunu açıq şəkildə deyirlər. Uzağı əli tüfəngli ordusu ola bilər. Ağır silahlara sahib olan PKK-YPG-dir. S-400-lərin mümkün qədər tez çıxarılmalı olduğu barədə açıqlama çox önəmlidir. Əgər S-400-lər burada olsaydı, İsrail bu qədər yaxınlaşa bilərdimi?”
Ekspert, həmçinin, İsraildə dərc olunmuş bir məqaləyə diqqət çəkib:
“Bu məqalədə Türkiyənin Şimali Kiprdəki hərbi mövcudluğunun NATO-nun 5-ci maddəsi çərçivəsindən kənara çıxdığı deyilir. Onlar iddia edirlər ki, 5-ci maddə milli sərhədlərə şamil edilir və Türkiyənin Şimali Kiprdəki hərbi mövcudluğu Əbu Zuhurdakı mövcudluğuna bənzədilir. Bunun onlar üçün təhlükəsizlik məsələsi olduğunu deyirlər. Bu məqalə çox tənqidi xarakter daşıyır və müəlliflər sıradan insanlar deyil. İsraildə Türkiyə ilə qarşıdurmaya girməməli olduqlarını deyən keçmiş siyasətçilər və hərbçilər də var, lakin onlar təsiretmə imkanına malik deyil”.(mediatvaz.com)
Oxşar xəbərlər
-
15.08.2026Hötenin "FauHötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ -
8.08.2026Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
17.02.2026Sabiq icra başçısı lüks sauna tikdirdi: Fəhlələrin pulunu vermədi - FOTO -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



