24.08.2026
Azercell abunəçilərinə yeni “Steam Top-Up” xidmətini təqdim edir. Yeni xidmət istifadəçilərə “Steam” hesablarının balansını birbaşa Azercell tətbiqindən, mobil nömrələrinin balansı hesabına 18% ƏDV ödəmədən artırmağa imkan verir. Azercell Azərbaycanda bu imkanı təqdim edən yeganə mobil operatordur.
“Steam Top-Up” xidməti sayəsində istifadəçilər bank kartı və ya digər ödəniş vasitələrindən istifadə etmədən “Steam” hesablarının balansını rahat şəkildə artıra bilərlər. Bunun üçün Azercell tətbiqində müvafiq bölməyə daxil olmaq, “Steam” hesabının adını və balans artımı üçün nəzərdə tutulan məbləği qeyd etmək kifayətdir.
Yeni xidmət oyun həvəskarlarına “Steam” platformasında oyun və digər rəqəmsal məzmunların alınması üçün hesablarını daha sərfəli və rahat şəkildə artırmaq imkanı yaradır. Ödənişin birbaşa mobil nömrənin balansından həyata keçirilməsi isə prosesi daha sadə və əlçatan edir.
Steam dünyanın ən böyük rəqəmsal oyun platformalarından biridir və milyonlarla istifadəçiyə minlərlə oyun və rəqəmsal məzmun təklif edir. Platformada Counter-Strike 2, Dota 2, PUBG: Battlegrounds, EA SPORTS FC 26, Elden Ring, Baldur’s Gate 3 və populyarlıq qazanan digər oyunlar geniş auditoriya tərəfindən istifadə olunur.
“Steam Top-Up” xidmətinin istifadəyə verilməsi Azercell-in abunəçilərinə beynəlxalq rəqəmsal platformalara daha rahat çıxış imkanları yaratmaq və rəqəmsal xidmətlər portfelini genişləndirmək istiqamətində həyata keçirdiyi təşəbbüslərin davamıdır.
Xidmət haqqında ətraflı məlumatı Azercell tətbiqini yeniləyərək və ya şirkətin rəsmi internet səhifəsində əldə etmək mümkündür.
Azercell “Steam” ilə eksklüziv əməkdaşlığa başlayır
Azercell abunəçilərinə yeni “Steam Top-Up” xidmətini təqdim edir. Yeni xidmət istifadəçilərə “Steam” hesablarının balansını birbaşa Azercell tətbiqindən, mobil nömrələrinin balansı hesabına 18% ƏDV ödəmədən artırmağa imkan verir. Azercell Azərbaycanda bu imkanı təqdim edən yeganə mobil operatordur.“Steam Top-Up” xidməti sayəsində istifadəçilər bank kartı və ya digər ödəniş vasitələrindən istifadə etmədən “Steam” hesablarının balansını rahat şəkildə artıra bilərlər. Bunun üçün Azercell tətbiqində müvafiq bölməyə daxil olmaq, “Steam” hesabının adını və balans artımı üçün nəzərdə tutulan məbləği qeyd etmək kifayətdir.
Yeni xidmət oyun həvəskarlarına “Steam” platformasında oyun və digər rəqəmsal məzmunların alınması üçün hesablarını daha sərfəli və rahat şəkildə artırmaq imkanı yaradır. Ödənişin birbaşa mobil nömrənin balansından həyata keçirilməsi isə prosesi daha sadə və əlçatan edir.
Steam dünyanın ən böyük rəqəmsal oyun platformalarından biridir və milyonlarla istifadəçiyə minlərlə oyun və rəqəmsal məzmun təklif edir. Platformada Counter-Strike 2, Dota 2, PUBG: Battlegrounds, EA SPORTS FC 26, Elden Ring, Baldur’s Gate 3 və populyarlıq qazanan digər oyunlar geniş auditoriya tərəfindən istifadə olunur.
“Steam Top-Up” xidmətinin istifadəyə verilməsi Azercell-in abunəçilərinə beynəlxalq rəqəmsal platformalara daha rahat çıxış imkanları yaratmaq və rəqəmsal xidmətlər portfelini genişləndirmək istiqamətində həyata keçirdiyi təşəbbüslərin davamıdır.
Xidmət haqqında ətraflı məlumatı Azercell tətbiqini yeniləyərək və ya şirkətin rəsmi internet səhifəsində əldə etmək mümkündür.
Oxşar xəbərlər
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər... -
7.04.2026Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir -
18.03.2026Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ -
16.03.2026Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



