26.08.2026
DuzXeber.az: "Real Azərbaycan" redaksiyasına Qazax rayonu Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbinin 40 illik pedaqoji staja malik ingilis dili müəllimi Mansurova Nəzakət Bilal qızı tərəfindən geniş şikayət müraciəti daxil olub. Şikayətçi öz müraciətində məktəbin direktoru Rasimə Çarçıyevanın qanunsuz əməllərindən, təhsil ocağında yaranmış biabırçı idarəçilik mühitindən və aidiyyəti qurumların məsələyə göstərdiyi laqeydlikdən detalına qədər bəhs edir.
Nəzakət Mansurovanın redaksiyamıza ünvanladığı müraciətini olduğu kimi təqdim edirik:
"Mən, 40 il pedaqoji stajı olan bir müəllim kimi bildirirəm ki, 2020-ci ildə Rasimə Çarçıyeva məktəbimizə direktor təyin edildiyi gündən bu yana təhsil müəssisəsində qalmaqalların və qanunsuzluqların ardı-arası kəsilmir.
Məktəbdə tədris prosesi tamamilə iflic vəziyyətindədir. Xüsusilə yuxarı siniflərdə (9, 10 və 11-ci siniflər) davamiyyət sıfır dərəcəsindədir. Şagirdlər saat 3-dən (3-cü saatdan) sonra dərslərə qatılmayaraq məktəbi tərk edirlər. Müəllimlər isə məktəb binasında açıq-aşkar repititorluqla məşğul olurlar. Tədris proqramında nəzərdə tutulan dərnək və fakültativ məşğələlər isə ümumiyyətlə keçirilmir.
Bununla yanaşı, məktəbdə ciddi maliyyə pozuntuları və qanunsuz pul yığımları mövcuddur. Məktəbə gələn yoxlama heyətlərini 'yola salmaq' və ziyafət süfrələri təşkil etmək məqsədilə müəllimlərdən (o cümlədən şəxsən məndən) 20 AZN məbləğində məcburi pul toplanıb.
Direktor Rasimə Çarçıyeva sertifikasiyadan keçmədiyi, eləcə də müəllim əmri olmadığı halda özünə qanunsuz olaraq 12 saat dərs yükü götürüb. O, saat 9:00-dan 16:00-dək jurnalları yoxlamaq adı altında digər məktəblərə gedərək öz dərslərini başsız qoyur. Analıq məzuniyyətinə çıxan müəllimlərin vacib dərs saatlarının bölüşdürülməsində də gizli və şübhəli maliyyə əməliyyatlarına yol verilir.
Direktor kollektiv arasında mənəvi-psixoloji gərginlik yaradır. Hətta məktəbin musiqi müəllimi Samirə xanım haqqında ortaq wp-qrupunda xoşagəlməz, etikadan kənar sözlər yazaraq onu hamının gözü qarşısında danlayıb, müzakirəyə çıxarıb və digər müəllimlərdən də onun əleyhinə fikir bildirmələrini tələb edib.
Məktəbdə daxili intizam qaydaları tamamilə pozulub. Direktor və rəhbər heyət (müavinlər) arasında şagirdlərin və müəllim kollektivinin gözü qarşısında dəfələrlə biabırçı münaqişələr və dəhşətli davalar yaşanıb, dərslər təxirə düşüb. Hətta mənim 40 illik pedaqoji fəaliyyətimdən sonra təqaüdə yola salınma mərasimimdə belə məktəb rəhbərliyi və təhsil sektoru ibtidai etika qaydalarına zidd olaraq laqeydlik nümayiş etdirərək iştirak etməyiblər.
Bütün bu qanunsuzluqlarla bağlı dəfələrlə Elm və Təhsil Nazirliyinə, Maliyyə Nazirliyinə və Qazax-Tovuz Regional Təhsil İdarəsinə rəsmi şikayətlər ünvanlasam da, problemlər obyektiv araşdırılmayıb, mənə yalnız normativ aktların kopyasından ibarət şablon və laqeyd cavablar verilib."
Qeyd:
Şikayətçi Nəzakət Mansurova məktəb daxilində rəhbərlik və müəllimlər arasında baş verən qalmaqalları, etikadan kənar münaqişələri, musiqi müəlliminə və digər kollektiv üzvlərinə olunan təzyiqləri sübut edən səs yazılarını (audioyazıları) da redaksiyamıza təqdim etmişdir.
Qeyd edək ki, Nəzakət müəllimə redaksiyamıza bildirişində məktəbdə baş verən növbəti münaqişələrdən birində gərginlik fonunda iki müəllimin səhhətinin kəskin pisləşdiyini və ürəklərinin getdiyini, lakin məsələnin böyüyüb ictimailəşməməsi üçün direktor tərəfindən təcili tibbi yardımın çağırılmasına belə mane olunduğunu iddia etmişdir.
Lakin həmin səs yazılarında işlədilən bəzi ifadə və sözlər mətbuat etikasına və cəmiyyət normalarına uyğun olmadığı üçün yayımlanmasını məqsədəuyğun hesab etmirik.
"Real Azərbaycan" redaksiyası olaraq qərəzsizlik və media etikası prinsiplərinə sadıq qalaraq, məsələdə adı çəkilən qarşı tərəfin — məktəb direktoru Rasimə Çarçıyevanın və aidiyyəti təhsil qurumlarının (Qazax-Tovuz Regional Təhsil İdarəsinin) mövqeyini dinləməyə, onların da cavab haqqını dərc etməyə hazır olduğumuzu bildiririk.(Xalqxeber.az)
AĞKÖYNƏKDƏ QARA İŞLƏR... - İTTİHAM VAR...
DuzXeber.az: "Real Azərbaycan" redaksiyasına Qazax rayonu Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbinin 40 illik pedaqoji staja malik ingilis dili müəllimi Mansurova Nəzakət Bilal qızı tərəfindən geniş şikayət müraciəti daxil olub. Şikayətçi öz müraciətində məktəbin direktoru Rasimə Çarçıyevanın qanunsuz əməllərindən, təhsil ocağında yaranmış biabırçı idarəçilik mühitindən və aidiyyəti qurumların məsələyə göstərdiyi laqeydlikdən detalına qədər bəhs edir.Nəzakət Mansurovanın redaksiyamıza ünvanladığı müraciətini olduğu kimi təqdim edirik:
"Mən, 40 il pedaqoji stajı olan bir müəllim kimi bildirirəm ki, 2020-ci ildə Rasimə Çarçıyeva məktəbimizə direktor təyin edildiyi gündən bu yana təhsil müəssisəsində qalmaqalların və qanunsuzluqların ardı-arası kəsilmir.
Məktəbdə tədris prosesi tamamilə iflic vəziyyətindədir. Xüsusilə yuxarı siniflərdə (9, 10 və 11-ci siniflər) davamiyyət sıfır dərəcəsindədir. Şagirdlər saat 3-dən (3-cü saatdan) sonra dərslərə qatılmayaraq məktəbi tərk edirlər. Müəllimlər isə məktəb binasında açıq-aşkar repititorluqla məşğul olurlar. Tədris proqramında nəzərdə tutulan dərnək və fakültativ məşğələlər isə ümumiyyətlə keçirilmir.
Bununla yanaşı, məktəbdə ciddi maliyyə pozuntuları və qanunsuz pul yığımları mövcuddur. Məktəbə gələn yoxlama heyətlərini 'yola salmaq' və ziyafət süfrələri təşkil etmək məqsədilə müəllimlərdən (o cümlədən şəxsən məndən) 20 AZN məbləğində məcburi pul toplanıb.
Direktor Rasimə Çarçıyeva sertifikasiyadan keçmədiyi, eləcə də müəllim əmri olmadığı halda özünə qanunsuz olaraq 12 saat dərs yükü götürüb. O, saat 9:00-dan 16:00-dək jurnalları yoxlamaq adı altında digər məktəblərə gedərək öz dərslərini başsız qoyur. Analıq məzuniyyətinə çıxan müəllimlərin vacib dərs saatlarının bölüşdürülməsində də gizli və şübhəli maliyyə əməliyyatlarına yol verilir.
Direktor kollektiv arasında mənəvi-psixoloji gərginlik yaradır. Hətta məktəbin musiqi müəllimi Samirə xanım haqqında ortaq wp-qrupunda xoşagəlməz, etikadan kənar sözlər yazaraq onu hamının gözü qarşısında danlayıb, müzakirəyə çıxarıb və digər müəllimlərdən də onun əleyhinə fikir bildirmələrini tələb edib.
Məktəbdə daxili intizam qaydaları tamamilə pozulub. Direktor və rəhbər heyət (müavinlər) arasında şagirdlərin və müəllim kollektivinin gözü qarşısında dəfələrlə biabırçı münaqişələr və dəhşətli davalar yaşanıb, dərslər təxirə düşüb. Hətta mənim 40 illik pedaqoji fəaliyyətimdən sonra təqaüdə yola salınma mərasimimdə belə məktəb rəhbərliyi və təhsil sektoru ibtidai etika qaydalarına zidd olaraq laqeydlik nümayiş etdirərək iştirak etməyiblər.
Bütün bu qanunsuzluqlarla bağlı dəfələrlə Elm və Təhsil Nazirliyinə, Maliyyə Nazirliyinə və Qazax-Tovuz Regional Təhsil İdarəsinə rəsmi şikayətlər ünvanlasam da, problemlər obyektiv araşdırılmayıb, mənə yalnız normativ aktların kopyasından ibarət şablon və laqeyd cavablar verilib."
Qeyd:
Şikayətçi Nəzakət Mansurova məktəb daxilində rəhbərlik və müəllimlər arasında baş verən qalmaqalları, etikadan kənar münaqişələri, musiqi müəlliminə və digər kollektiv üzvlərinə olunan təzyiqləri sübut edən səs yazılarını (audioyazıları) da redaksiyamıza təqdim etmişdir.
Qeyd edək ki, Nəzakət müəllimə redaksiyamıza bildirişində məktəbdə baş verən növbəti münaqişələrdən birində gərginlik fonunda iki müəllimin səhhətinin kəskin pisləşdiyini və ürəklərinin getdiyini, lakin məsələnin böyüyüb ictimailəşməməsi üçün direktor tərəfindən təcili tibbi yardımın çağırılmasına belə mane olunduğunu iddia etmişdir.
Lakin həmin səs yazılarında işlədilən bəzi ifadə və sözlər mətbuat etikasına və cəmiyyət normalarına uyğun olmadığı üçün yayımlanmasını məqsədəuyğun hesab etmirik.
"Real Azərbaycan" redaksiyası olaraq qərəzsizlik və media etikası prinsiplərinə sadıq qalaraq, məsələdə adı çəkilən qarşı tərəfin — məktəb direktoru Rasimə Çarçıyevanın və aidiyyəti təhsil qurumlarının (Qazax-Tovuz Regional Təhsil İdarəsinin) mövqeyini dinləməyə, onların da cavab haqqını dərc etməyə hazır olduğumuzu bildiririk.(Xalqxeber.az)
Oxşar xəbərlər
-
9.04.2026Hansı rayonlarda ailələr daha çox dağılır? – RƏSMİ STATİSTİKA -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
21.01.2026Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



