26.08.2026
Avqustun 15-dən etibarən Bakı metropoliteninin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması ilə bağlı işlərə başlanılıb. Bu məqsədlə "Nizami" və "28 May" stansiyaları arasında qatarların gediş-gəlişi dayandırılıb.
DuzXeber.az xəbər verir ki, sözügedən dəyişiklik metrodan istifadə edən sərnişinlərin gündəlik sayına da təsirsiz ötüşməyib.
Belə ki, prosesə start verildikdən sonra, hətta günün pik saatlarında belə, xüsusən də "Nizami" - "Dərnəgül" stansiyaları istiqamətində sərnişin sıxlığının əvvəlki dövrlə müqayisədə nəzərəçarpacaq dərəcədə azaldığı müşahidə olunur.
Apardığımız müşahidələrdən ortaya belə bir sual çıxır: "Nizami" - "28 May" stansiyaları istiqamətində hərəkətin dayandırılmasından sonra metroda sərnişindaşımalarının həcmi nə qədər dəyişib? Ötən müddət ərzində sərnişin sayında hansı dinamika qeydə alınıb?
Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, təkcə "yaşıl" xəttin "Dərnəgül" - "Nizami" sahəsində 49 faiz azalma müşahidə olunub.
"Xətlərin ayrılması layihəsinin sərnişindaşımaya təsirinin qiymətləndirilməsi məqsədilə müvafiq statistik məlumatların müqayisəli təhlili aparılır. Təhlil zamanı sərnişin axınının dinamikası, o cümlədən pik və qeyri-pik saatlar üzrə göstəricilər, həmçinin sərnişindaşımaya təsir göstərə biləcək digər amillər nəzərə alınır.
Mövcud məlumatlar əsasında 2026-cı ilin 1-9 avqust tarixləri ilə xətlərin ayrılmasına başlanıldıqdan sonrakı 15-23 avqust 2026-cı il tarixlərinin müqayisəsinə əsasən, "qırmızı" xəttin "28 May" - "Əhmədli" sahəsində sərnişin gedişlərinin sayında 14.9 faiz, "yaşıl" xəttin "Dərnəgül" - "Nizami" sahəsində isə 49 faiz azalma müşahidə olunub", - deyə məlumatda vurğulanır.
Məlumatda o da qeyd olunub ki, qeyd olunan göstəricilər yalnız müqayisə edilən dövrlər üzrə müşahidə olunan dəyişməni əks etdirir və bu azalma yalnız xətlərin ayrılması ilə əlaqələndirilməməlidir.
"Sərnişindaşımada mövsümi amillər əsas rol oynayır. Xüsusilə iyul-avqust aylarında Bakı metropolitenində sərnişin axınının əvvəlki aylara nisbətən azalan tendensiya ilə davam etməsi hər il müşahidə olunan mövsümi tendensiyadır.
Obyektiv müqayisəli təhlilə görə qeyd edilməlidir ki, 2025-ci ildə metropoliten üzrə orta aylıq sərnişin gedişlərinin sayı 18.36 milyon təşkil edib. Avqust ayında bu göstəricidən təxminən 21 faiz aşağı nəticə qeydə alınıb. Bu isə xətlərin ayrılması layihəsinin təsiri də nəzərə alınmaqla hazırı dövrdə maksimal müşahidə olunan azalma hesab edilə bilər.
Bununla belə, Bakı metropoliteninin sərnişindaşıma proqnozları və müvafiq fəaliyyət planları hazırlanarkən xətlərin ayrılması layihəsinin icrası ilə əlaqədar sərnişin axınında baş verə biləcək dəyişikliklər də nəzərə alınıb", - deyə məlumatda bildirilib.
Metroda sərnişin axını KƏSKİN AZALIB: Rəqəmlər nə deyir? - FOTO
Avqustun 15-dən etibarən Bakı metropoliteninin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması ilə bağlı işlərə başlanılıb. Bu məqsədlə "Nizami" və "28 May" stansiyaları arasında qatarların gediş-gəlişi dayandırılıb.DuzXeber.az xəbər verir ki, sözügedən dəyişiklik metrodan istifadə edən sərnişinlərin gündəlik sayına da təsirsiz ötüşməyib.
Belə ki, prosesə start verildikdən sonra, hətta günün pik saatlarında belə, xüsusən də "Nizami" - "Dərnəgül" stansiyaları istiqamətində sərnişin sıxlığının əvvəlki dövrlə müqayisədə nəzərəçarpacaq dərəcədə azaldığı müşahidə olunur.
Apardığımız müşahidələrdən ortaya belə bir sual çıxır: "Nizami" - "28 May" stansiyaları istiqamətində hərəkətin dayandırılmasından sonra metroda sərnişindaşımalarının həcmi nə qədər dəyişib? Ötən müddət ərzində sərnişin sayında hansı dinamika qeydə alınıb?
Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, təkcə "yaşıl" xəttin "Dərnəgül" - "Nizami" sahəsində 49 faiz azalma müşahidə olunub.
"Xətlərin ayrılması layihəsinin sərnişindaşımaya təsirinin qiymətləndirilməsi məqsədilə müvafiq statistik məlumatların müqayisəli təhlili aparılır. Təhlil zamanı sərnişin axınının dinamikası, o cümlədən pik və qeyri-pik saatlar üzrə göstəricilər, həmçinin sərnişindaşımaya təsir göstərə biləcək digər amillər nəzərə alınır.
Mövcud məlumatlar əsasında 2026-cı ilin 1-9 avqust tarixləri ilə xətlərin ayrılmasına başlanıldıqdan sonrakı 15-23 avqust 2026-cı il tarixlərinin müqayisəsinə əsasən, "qırmızı" xəttin "28 May" - "Əhmədli" sahəsində sərnişin gedişlərinin sayında 14.9 faiz, "yaşıl" xəttin "Dərnəgül" - "Nizami" sahəsində isə 49 faiz azalma müşahidə olunub", - deyə məlumatda vurğulanır.
Məlumatda o da qeyd olunub ki, qeyd olunan göstəricilər yalnız müqayisə edilən dövrlər üzrə müşahidə olunan dəyişməni əks etdirir və bu azalma yalnız xətlərin ayrılması ilə əlaqələndirilməməlidir.
"Sərnişindaşımada mövsümi amillər əsas rol oynayır. Xüsusilə iyul-avqust aylarında Bakı metropolitenində sərnişin axınının əvvəlki aylara nisbətən azalan tendensiya ilə davam etməsi hər il müşahidə olunan mövsümi tendensiyadır.
Obyektiv müqayisəli təhlilə görə qeyd edilməlidir ki, 2025-ci ildə metropoliten üzrə orta aylıq sərnişin gedişlərinin sayı 18.36 milyon təşkil edib. Avqust ayında bu göstəricidən təxminən 21 faiz aşağı nəticə qeydə alınıb. Bu isə xətlərin ayrılması layihəsinin təsiri də nəzərə alınmaqla hazırı dövrdə maksimal müşahidə olunan azalma hesab edilə bilər.
Bununla belə, Bakı metropoliteninin sərnişindaşıma proqnozları və müvafiq fəaliyyət planları hazırlanarkən xətlərin ayrılması layihəsinin icrası ilə əlaqədar sərnişin axınında baş verə biləcək dəyişikliklər də nəzərə alınıb", - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
-
24.08.2026Bakı metrosunda interval azalacaq? - Rəsmi -
14.08.2026Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır -
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



