27.08.2026
DuzXeber.az: Özünü “Renesans Travel” şirkətinin direktoru kimi təqdim edən Hüseynli Orxan Yusif oğlu ilə bağlı Bakıvaxtı.az-ın redaksiyasına şikayət daxil olub.
Şikayətçinin iddialarına görə, sözügedən şəxs insanlara saxta tur satır və ödənişləri geri qaytarmır.
Şikayətçi bildirib ki, avqust ayı üçün qrup turu almaq məqsədilə Orxan Hüseynliyə ödəniş edib. Onun sözlərinə görə, tura təxminən bir ay qalmış “Renesans Travel”in "Instagram" səhifəsi və "WhatsApp" nömrəsi silinib. Bundan sonra isə Orxan Hüseynli şəxsi nömrədən onunla əlaqə saxlayıb.
Tura bir həftə qalmış səfərin ləğv edildiyini və ödənişin geri qaytarılacağı bildirilib. Lakin indiyədək ödədiyi 1536 manatdan ona cəmi 450 manat qaytarılıb.
“Avqustun 23-də kişi sözü verdi ki, pulun hamısını qaytaracaq. Mən də kişi sözünün ağırlığına inanıb düşündüm ki, yəqin qaytaracaq. Lakin yenə müxtəlif bəhanələr və vədlərlə vaxt qazanır”, – deyə şikayətçi vurğulayıb.
O, həmçinin özünə saxta bilet və müqavilə təqdim edildiyini iddia edib. Şikayətçinin sözlərinə görə, müqavilədə göstərilən VÖEN-in başqa şirkətə məxsus olduğu müəyyənləşib.
Şikayətçi iddia edir ki, Orxan Hüseynli müxtəlif VÖEN-lərdən istifadə etməklə tur satışlarını davam etdirir. O, vətəndaşları diqqətli olmağa və tur alarkən şirkətin hüquqi məlumatlarını, VÖEN-ni, müqaviləni və təqdim olunan sənədləri əvvəlcədən yoxlamağa çağırıb.
Müraciətdə qeyd olunur ki, sözügedən şəxsin fəaliyyəti ilə bağlı 20-dən çox zərərçəkən var və onların aidiyyəti dövlət qurumlarına müraciət etdiyi bildirilir.
Məsələ ilə bağlı “Renesans Travel” şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(axs.az)
“Renesans Travel”dən ŞİKAYƏT: Pulu alır, amma...
DuzXeber.az: Özünü “Renesans Travel” şirkətinin direktoru kimi təqdim edən Hüseynli Orxan Yusif oğlu ilə bağlı Bakıvaxtı.az-ın redaksiyasına şikayət daxil olub. Şikayətçinin iddialarına görə, sözügedən şəxs insanlara saxta tur satır və ödənişləri geri qaytarmır.
Şikayətçi bildirib ki, avqust ayı üçün qrup turu almaq məqsədilə Orxan Hüseynliyə ödəniş edib. Onun sözlərinə görə, tura təxminən bir ay qalmış “Renesans Travel”in "Instagram" səhifəsi və "WhatsApp" nömrəsi silinib. Bundan sonra isə Orxan Hüseynli şəxsi nömrədən onunla əlaqə saxlayıb.
Tura bir həftə qalmış səfərin ləğv edildiyini və ödənişin geri qaytarılacağı bildirilib. Lakin indiyədək ödədiyi 1536 manatdan ona cəmi 450 manat qaytarılıb.
“Avqustun 23-də kişi sözü verdi ki, pulun hamısını qaytaracaq. Mən də kişi sözünün ağırlığına inanıb düşündüm ki, yəqin qaytaracaq. Lakin yenə müxtəlif bəhanələr və vədlərlə vaxt qazanır”, – deyə şikayətçi vurğulayıb.
O, həmçinin özünə saxta bilet və müqavilə təqdim edildiyini iddia edib. Şikayətçinin sözlərinə görə, müqavilədə göstərilən VÖEN-in başqa şirkətə məxsus olduğu müəyyənləşib.
Şikayətçi iddia edir ki, Orxan Hüseynli müxtəlif VÖEN-lərdən istifadə etməklə tur satışlarını davam etdirir. O, vətəndaşları diqqətli olmağa və tur alarkən şirkətin hüquqi məlumatlarını, VÖEN-ni, müqaviləni və təqdim olunan sənədləri əvvəlcədən yoxlamağa çağırıb.
Müraciətdə qeyd olunur ki, sözügedən şəxsin fəaliyyəti ilə bağlı 20-dən çox zərərçəkən var və onların aidiyyəti dövlət qurumlarına müraciət etdiyi bildirilir.
Məsələ ilə bağlı “Renesans Travel” şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(axs.az)
Oxşar xəbərlər
-
15.08.2026Hötenin "FauHötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ -
4.08.2026Turistlər aldadılır? – Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



