27.08.2026

Sabah 10 kənd qazsız qalacaq

Sabah Sabirabad rayonunun 10 kəndində qaz təchizatı dayandırılacaq.
DuzXeber.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 28-də saat 10:00-dan işlər yekunlaşanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti