28.08.2026
Ədliyyə Nazirliyinin 11 saylı cəzaçəkmə müəssisəsində məhbuslar arasında kütləvi dava baş verdiyi bildirilir.
DuzXeber.az "DİA-AZ"-a istinadən xəbər verir ki, criminal.az-ın məlumatına görə, qarşıdurma kriminal aləmdə “Yeraz Camal” kimi tanınan Camal Həsənovla müəssisədəki “Şamaxı qruplaşması”nın üzvləri arasında yaşanıb.
İddiaya görə, qruplaşma üzvləri C.Həsənovu ağır şəkildə döyüblər. Hadisədə iştirak edən şəxslərin cərimə kamerasına (kars) salındığı bildirilir.
Məlumata görə, bundan sonra kriminal aləmdə “qanuni oğru” kimi tanınan Rufo Gəncinski yaxın adamı hesab edilən “Yeraz Camal”ın döyülməsinə görə qisas alınması barədə “proqon” verib. Ardınca qarşı tərəfin üzvlərinin döyüldüyü və “Yeraz Camal”ın 11 saylı cəzaçəkmə müəssisəsindən başqa müəssisəyə etap edildiyi iddia olunur.
“Yeraz Camal” kimdir?
Camal Həsənov qəsdən adam öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. O, 2021-ci ilin oktyabrında Bakıda saxlanılaraq istintaqa təhvil verilib.
C.Həsənovun adı bundan əvvəl də kriminal aləmdə baş verən səs-küylü hadisələrdə hallanıb. O, Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və “Hacı Beyləqanski” kimi tanınan şəxslə birlikdə 2017-ci ildə İstanbulda “Lotu Quli” ləqəbli Nadir Səlifova qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinərək saxlanılmışdı. Bir müddət sonra onlar məhkəmə tərəfindən sərbəst buraxılmışdılar.
Rusiya mətbuatında yayılan məlumatlara görə, “Lotu Quli”nin adamı kimi təqdim edilən Cabir Həsənovun Rövşən Lənkəranskinin qətlində iştirak etdiyi iddia olunurdu. Camal Həsənovun da qisas məqsədilə Sankt-Peterburqa gedərək Cabir Həsənovu güllələyib öldürdüyü bildirilirdi.
İş üzrə yayılan məlumatlarda Camal Həsənova 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətovun kömək etdiyi, bunun müqabilində 50 min rubl aldığı qeyd olunub. N.Nüsrətov daha sonra saxlanılıb və məhkəmənin hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi Şakir Qəniyevdir. Onun qardaşı Faiq Qəniyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
Hadisə ilə bağlı Penitensiar Xidmətin mövqeyi hələlik məlum deyil.
Bakıda 11 saylı “zon”da kütləvi dava: “Yeraz Camal”ı ölümcül döydülər - TƏFƏRRÜAT
Ədliyyə Nazirliyinin 11 saylı cəzaçəkmə müəssisəsində məhbuslar arasında kütləvi dava baş verdiyi bildirilir.DuzXeber.az "DİA-AZ"-a istinadən xəbər verir ki, criminal.az-ın məlumatına görə, qarşıdurma kriminal aləmdə “Yeraz Camal” kimi tanınan Camal Həsənovla müəssisədəki “Şamaxı qruplaşması”nın üzvləri arasında yaşanıb.
İddiaya görə, qruplaşma üzvləri C.Həsənovu ağır şəkildə döyüblər. Hadisədə iştirak edən şəxslərin cərimə kamerasına (kars) salındığı bildirilir.
Məlumata görə, bundan sonra kriminal aləmdə “qanuni oğru” kimi tanınan Rufo Gəncinski yaxın adamı hesab edilən “Yeraz Camal”ın döyülməsinə görə qisas alınması barədə “proqon” verib. Ardınca qarşı tərəfin üzvlərinin döyüldüyü və “Yeraz Camal”ın 11 saylı cəzaçəkmə müəssisəsindən başqa müəssisəyə etap edildiyi iddia olunur.
“Yeraz Camal” kimdir?
Camal Həsənov qəsdən adam öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. O, 2021-ci ilin oktyabrında Bakıda saxlanılaraq istintaqa təhvil verilib.
C.Həsənovun adı bundan əvvəl də kriminal aləmdə baş verən səs-küylü hadisələrdə hallanıb. O, Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və “Hacı Beyləqanski” kimi tanınan şəxslə birlikdə 2017-ci ildə İstanbulda “Lotu Quli” ləqəbli Nadir Səlifova qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinərək saxlanılmışdı. Bir müddət sonra onlar məhkəmə tərəfindən sərbəst buraxılmışdılar.
Rusiya mətbuatında yayılan məlumatlara görə, “Lotu Quli”nin adamı kimi təqdim edilən Cabir Həsənovun Rövşən Lənkəranskinin qətlində iştirak etdiyi iddia olunurdu. Camal Həsənovun da qisas məqsədilə Sankt-Peterburqa gedərək Cabir Həsənovu güllələyib öldürdüyü bildirilirdi.
İş üzrə yayılan məlumatlarda Camal Həsənova 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətovun kömək etdiyi, bunun müqabilində 50 min rubl aldığı qeyd olunub. N.Nüsrətov daha sonra saxlanılıb və məhkəmənin hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi Şakir Qəniyevdir. Onun qardaşı Faiq Qəniyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
Hadisə ilə bağlı Penitensiar Xidmətin mövqeyi hələlik məlum deyil.
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
6.02.2026Neftçala bələdiyyəsinin keçmiş sədri kimdən rüşvət alıb? – İTTİHAM AKTI -
29.01.2026Tarixi sərvətləri məhv etməyə görə cəzalar sərtləşdirildi -
26.01.2026“Tovuzdakı sifarişli “YANĞININ” və qətnamənin arxasında BAZARKOM DAYANIR” - MƏMMƏD Tağıyev // VİDEO -
3.01.2026İşçisini evində öldürməkdə ittiham edilən biznesmen – Cəza almaya bilər…
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



