28.08.2026

İran onun başını gətirənə 10 milyon verəcək - ABŞ qərarını verdi, BAŞLAYIR!

DuzXeber.az: Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı və Vaşinqtonla Tehran arasındakı diplomatik körpülərin tamamilə yandığı bir vaxtda həm ABŞ, həm də qlobal miqyasda böyük rezonans doğuracaq həddindən artıq təhlükəli və sensasion insident baş verib. İran dövlət televiziyası — İran Radio və Televiziya Korporasiyasına (IRIB) bağlı Kanal 3 telekanalında yayımlanan şok süjetdə ABŞ prezidenti Donald Trampın ən kiçik oğlu Barron Trampın hədəfə alındığı və onun başına məhz 10 milyon dollarlıq mükafat qoyulduğu açıq şəkildə elan edilib. Yayımlanan videoda Barronun gündəlik həyat tərzi, təhsil aldığı ünvanlar, şəxsi maraqları, cangüdənlərinin hərəkət trayektoriyası və yaşayış yeri ilə bağlı son dərəcə məxfi detallar yer alıb. Süjetdə hətta Barronu tapmaq və ona qarşı təxribat törətmək istəyənlərə xüsusi istiqamətlər təqdim olunub və sui-qəsd edənlərə milyonlarla dollar ödəniləcəyi vurğulanıb. Qərb mətbuatının yaydığı məlumatlara görə, bu məxfi detalların məhz “Trump Tower”in 58-ci mərtəbəsində Barron Trampla şəxsi görüş keçirdiyi iddia edilən sirli bir qadın tərəfindən sızdırıldığı ehtimal edilir. Həmçinin videoda Barronun Nyu-Yorkdakı “Trump Tower”dən Vaşinqtondakı təhsil müəssisəsinə xüsusi təhlükəsizlik karvanı ilə daşındığına dair həssas məlumatlar da nümayiş etdirilib. Xatırladaq ki, ötən ay da İran mediası, o cümlədən Tasnim Xəbər Agentliyi Donald Trampın həyat yoldaşı Melaniya Trampın tez-tez baş çəkdiyi ünvanları və alış-veriş etdiyi mağazaları əks etdirən təhdid xarakterli görüntülər paylaşmışdı. Bütün bunlar Tehranın artıq psixoloji müharibəni ailə üzvlərinə qarşı yönəltdiyini və açıq terror çağırışları etdiyini göstərir. İndi əsas müzakirə mövzusu SEPAH-ın oğul Trampa qarşı real sui-qəsd planını həyata keçirməyə cəsarət edib-etməyəcəyi, bunun sadəcə növbəti İran blefi olub-olmaması və ən əsası, əgər Tehran bu addımı atarsa, ABŞ-nin cavab olaraq mərhum Xameneinin indi ölkənin ali rəhbəri postunu tutan oğlu Müctəba Xameneini hədəf alıb-almayacağı ilə bağlıdır.

Məsələ ilə bağlı nocomment.az-a geniş və ətraflı açıqlama verən tanınmış siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, İran dövlət televiziyasının ABŞ prezidentinin ailə üzvünü, xüsusilə də gənc oğlunu açıq şəkildə hədəf göstərməsi və başına mükafat təyin etməsi beynəlxalq hüququn bütün norma və prinsiplərinin açıq şəkildə tapdalanmasıdır, bu isə sadəcə məişət xarakterli təhdid deyil, dövlət səviyyəsində dəstəklənən klassik terrorçuluq siyasətidir: "Tehran rejimi hiss edir ki, Donald Trampın gələcək sərt siyasəti və Ağ Evin İrana qarşı tətbiq edəcəyi total iqtisadi və hərbi təzyiqlər rejimi məhv edə bilər, məhz buna görə də qorxu yaratmaq, Tramp ailəsini psixoloji təzyiq altında saxlamaq və Vaşinqtonu geri çəkilməyə məcbur etmək üçün bu cür çirkin və qorxunc üsullara əl atırlar."


Onun sözlərinə görə, İran daxilindəki radikal qanadın, xüsusilə də SEPAH-ın bu cür addımları atmaqda əsas məqsədi daxili auditoriyaya "biz güclüyük və ABŞ liderindən intiqam alırıq" mesajını ötürməkdir, lakin bu, son dərəcə təhlükəli və iki səmtli bıçaqdır: "Əgər İran xüsusi xidmət orqanları həqiqətən də Barron Trampın həyatına qəsd etməyə cəhd göstərsələr, bu, Ağ Ev və ABŞ xüsusi xidmətləri üçün sadəcə bəhanə deyil, həm də legitim hərbi əməliyyat üçün əvəzsiz fürsət olacaq və Vaşinqton dərhal İrana qarşı misli görünməmiş dağıdıcı zərbələr endirəcək."
Elçin Xalidbəyli qeyd edib ki, İran mediasının bu addımı Tehranın hərbi-siyasi rəhbərliyinin nə qədər çıxmaz vəziyyətdə olduğunu və adekvat qərarlar qəbul etmək qabiliyyətini itirdiyini nümayiş etdirir: "ABŞ-nin cavab tədbirlərinin necə olacağı məsələsinə gəldikdə isə, birmənalı olaraq demək olar ki, əgər Tramp ailəsinə hər hansı təhlükə yaranarsa, Amerika Birləşmiş Ştatları təkcə hərbi obyektləri deyil, birbaşa İranın ali siyasi elitasını, o cümlədən yeni ali rəhbər olan Müctəba Xameneini və SEPAH-ın başçarlarını şəxsi hədəfə çevirəcək."

Siyasi şərhçinin fikrincə, bu cür təhdidlər tezliklə İrana bumeranq effekti ilə qayıdacaq və Tehranın öz daxilindəki rejim dəyişikliyi prosesini daha da sürətləndirəcək: "İran tərəfi hələ də anlamır ki, supergüclə ailə üzvləri üzərindən şantaj dili ilə danışmaq həm dəstə-qruplaşma üsuludur, həm də intihar deməkdir, çünki ABŞ heç vaxt öz prezidentinin təhlükəsizliyinə və ailəsinə yönələn terror aktlarını cavabsız qoymayacaq və Tehranın bu blefi onların öz başlarında çatlayacaq."//Tunar

Xəbər lenti