29.08.2026
Ətin qiymətində növbəti bahalaşma istehlakçıların diqqətini yenidən bu məsələyə yönəldib. Son bir ildə ətin qiymətinin bir neçə dəfə artması artıq ciddi müzakirələrə səbəb olur.
DuzXeber.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Emin Qəriblinin sözlərinə görə, qiymət artımına bir neçə amil təsir edir:
“Ölkəmizdə qoyun və mal ətinə tələbatın müəyyən hissəsi idxal hesabına qarşılanır. Artıq qoyun və iri buynuzlu heyvan ətinin istehsalında müəyyən qədər artım müşahidə olunur. Ancaq bu artım mövcud tələbatı tam ödəməyə kifayət etmir. Tələb durmadan artır. Yanvar-iyun aylarında da tələbatın artdığını müşahidə edirik. İstehsalın artımı isə bu tələbatı tam qarşılamağa imkan vermir. Yəni bazarda tələb daha çox, təklif isə məhduddur”.
İqtisadçı bildirib ki, qiymət artımına təsir edən amillərdən biri də yemin bahalaşmasıdır:
“Belə ki, heyvanların yem təminatında istifadə olunan məhsulların qiymətində müəyyən artım qeydə alınıb. Bəzi məhsullarda bu artım 3 faizə qədərdir. Bu da təbii olaraq ümumi istehsal xərclərinə və nəticə etibarilə ətin qiymətinə təsir göstərir. Digər tərəfdən, iqlim dəyişiklikləri və ötən il müşahidə olunan quraqlıq da müəyyən təsirlər yaradıb. Bu amillərin hamısı birlikdə heyvandarlıqda istehsal imkanlarına təsir göstərir və bazarda yaranan tələbatın tam qarşılanmasını çətinləşdirir”.
E.Qəribli deyib ki, qarşıdakı bir-iki ayda toy mövsümünün başlaması ilə ətə olan tələbatın daha da artacağını gözlənilir:
“Bu da öz növbəsində qiymətlərə əlavə təzyiq yarada bilər. Bunun qarşısını almaq üçün müəyyən hallarda idxalın artırılması da mümkün variantlardan biridir. Amma əsas məsələ daxili istehsalın artırılmasıdır. Biz quşçuluğun inkişafı nəticəsində özümüzü quş əti ilə tam təmin edə bildiyimizi, hətta ixrac etdiyimizi görürük. Hesab edirəm ki, eyni yanaşmanı qoyunçuluq və iribuynuzlu heyvandarlığın inkişafında da tətbiq etmək mümkündür. Bu istiqamətdə əlavə tədbirlər görülərsə, daxili istehsalı artırmaq və gələcəkdə qiymət artımının qarşısını müəyyən qədər almaq olar”.(DİA-AZ)
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Ətin qiymətində növbəti bahalaşma istehlakçıların diqqətini yenidən bu məsələyə yönəldib. Son bir ildə ətin qiymətinin bir neçə dəfə artması artıq ciddi müzakirələrə səbəb olur.DuzXeber.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Emin Qəriblinin sözlərinə görə, qiymət artımına bir neçə amil təsir edir:
“Ölkəmizdə qoyun və mal ətinə tələbatın müəyyən hissəsi idxal hesabına qarşılanır. Artıq qoyun və iri buynuzlu heyvan ətinin istehsalında müəyyən qədər artım müşahidə olunur. Ancaq bu artım mövcud tələbatı tam ödəməyə kifayət etmir. Tələb durmadan artır. Yanvar-iyun aylarında da tələbatın artdığını müşahidə edirik. İstehsalın artımı isə bu tələbatı tam qarşılamağa imkan vermir. Yəni bazarda tələb daha çox, təklif isə məhduddur”.
İqtisadçı bildirib ki, qiymət artımına təsir edən amillərdən biri də yemin bahalaşmasıdır:
“Belə ki, heyvanların yem təminatında istifadə olunan məhsulların qiymətində müəyyən artım qeydə alınıb. Bəzi məhsullarda bu artım 3 faizə qədərdir. Bu da təbii olaraq ümumi istehsal xərclərinə və nəticə etibarilə ətin qiymətinə təsir göstərir. Digər tərəfdən, iqlim dəyişiklikləri və ötən il müşahidə olunan quraqlıq da müəyyən təsirlər yaradıb. Bu amillərin hamısı birlikdə heyvandarlıqda istehsal imkanlarına təsir göstərir və bazarda yaranan tələbatın tam qarşılanmasını çətinləşdirir”.
E.Qəribli deyib ki, qarşıdakı bir-iki ayda toy mövsümünün başlaması ilə ətə olan tələbatın daha da artacağını gözlənilir:
“Bu da öz növbəsində qiymətlərə əlavə təzyiq yarada bilər. Bunun qarşısını almaq üçün müəyyən hallarda idxalın artırılması da mümkün variantlardan biridir. Amma əsas məsələ daxili istehsalın artırılmasıdır. Biz quşçuluğun inkişafı nəticəsində özümüzü quş əti ilə tam təmin edə bildiyimizi, hətta ixrac etdiyimizi görürük. Hesab edirəm ki, eyni yanaşmanı qoyunçuluq və iribuynuzlu heyvandarlığın inkişafında da tətbiq etmək mümkündür. Bu istiqamətdə əlavə tədbirlər görülərsə, daxili istehsalı artırmaq və gələcəkdə qiymət artımının qarşısını müəyyən qədər almaq olar”.(DİA-AZ)
Oxşar xəbərlər
-
15.08.2026Benzin və dizellə bağlı SON DƏQİQƏ: Bahalaşır? -
11.07.2026Heyvanlarla bağlı yeni tələblər daxili daşımalara şamil edilir? -
3.06.2026Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



