29.08.2026

Ermənistanın bu addımı birmənalı qarşılanmadı: "Azərbaycana təşəkkür edirik"

Ermənistanda növbəti absurd iddia gündəm yaradıb. Belə ki, erməni nazirin "erməni əlifbası" ilə bağlı açıqlaması geniş müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev DuzXeber.az-a açıqlamasında bildirib ki, hər an dünyanı öz “tarixi” ilə təəccübləndirməyi bacaran Ermənistanın təhsil naziri Janna Andreasyan guya eramızın 405-ci ilində Mesrop Maştots tərəfindən oğurlanmış erməni əlifbasının hərflərini təntənəli şəkildə Efiopiyaya qaytarıb.

Ekspert bu məlumatla bağlı haqlı suallar ortaya çıxdığını vurğulayıb:

"Kimsə soruşmur ki, erməni əlifbasını Maştots kimdən oğurlayıb? Eramızın 405-ci ilində erməni xalqının mövcudluğunu təsdiqləyən qeyri-erməni mənbəyi hansıdır? Əgər həqiqətən oğurlanmış əlifba ermənilərə aiddirsə, onu Efiopiyaya niyə qaytarırlar? Nə isə, bu xəbərdə bircə “oğurlanmış” sözünə inandım."

Məlumata görə, Ermənistanın təhsil naziri Janna Andreasyanın həmkarı – Efiopiyanın təhsil naziri Berhanu Neqa əlifbanı minnətdarlıqla qəbul edib. Lakin efiopiyalı nazirin açıqlamasında Azərbaycanla bağlı diqqətçəkən ifadələr də yer alıb.

Berhanu Neqanın sözlərinə görə, əlifbanın Efiopiyaya qaytarılması üçün uzun illər mübarizə aparan Azərbaycana təşəkkür edilməlidir:

"Ermənilərin oğurladığı əlifba hərflərini Efiopiyaya qaytarmaları üçün uzun illər mübarizə aparan Azərbaycana təşəkkür edirik. Bu gün, yüz illər sonra, nəhayət, bu, Azərbaycanın əzmkarlığı sayəsində mümkün oldu."

Hərbi ekspert əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev regionun lideridir və onun siyasi iradəsi regionda gedən proseslərdə mühüm rol oynayır:

"Bunu Efiopiya, Ermənistan və bir çox başqa ölkələr anlayır. Təəssüf ki, sapı özümüzdən olan bəzi boşboğazlar bunu anlamaqda çətinlik çəkirlər."(nocomment.az)

Xəbər lenti