27.12.2025
Duzxeber.az: Xəbər verdiyimiz kimi, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil olan şirkətlərdən biri – “İmprotex Industries” MMC-nin Azərbaycan dövlətinə 2 223 740,24 manat vergi borcu olduğu məlum olub.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli “Facebook” səhifəsində paylaşdığı məlumatda bildirir ki, sözügedən şirkətin qanuni təmsilçisi kimi sabiq nazirin qardaşı oğlu Ruslan Ələkbərov (Nizami oğlu) göstərilir.
Cavanşir Həsənli qeyd edir ki, qısa araşdırma apararaq, Ruslan Ələkbərovun haradasa borca düşüb-düşmədiyini yoxlamağa çalışıb. Onun sözlərinə görə, nəticə tam əksini göstərib: Ruslan Ələkbərovun fəaliyyəti Lüksemburqdan İspaniyaya, oradan isə Panamaya qədər uzanır. Araşdırmaçı jurnalist ironiya ilə vurğulayır ki, Azərbaycanda 2 milyon manatdan artıq vergi borcu “nə puldur ki”.
Paylaşımda bildirilir ki, Ruslan Ələkbərov vaxtilə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) Daşınmaz Əmlak Departamentinin rəhbəri olub və 2018-ci ilə qədər bu vəzifədə çalışıb. O, eyni zamanda fondun müavin CIO-su və Daşınmaz Əmlak Şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.
Cavanşir Həsənlinin araşdırmasına görə, Ruslan Ələkbərovun adı ölkə xaricində çoxsaylı daşınmaz əmlak şirkətlərində də keçir. Belə ki, ofisi Lüksemburqda, Grand Rue 70 ünvanında yerləşən RA CAPITAL SÀRL beynəlxalq daşınmaz əmlak şirkətinin səhmdarları sırasında onun adı yer alır. Şirkətin rəsmi saytında Ruslan Ələkbərov “daşınmaz əmlak investisiyaları sahəsində veteran” kimi təqdim olunur. Saytda qeyd olunur ki, o, Dövlət Neft Fondunda 10 ildən artıq müddətdə çalışaraq fondun qlobal daşınmaz əmlak platformasını qurub, fond-of-fondlar proqramını işə salıb və Avropa, Asiya–Sakit Okean regionu və ABŞ-də təxminən 3 milyard ABŞ dolları daşınmaz əmlaka, 1 milyard ABŞ dolları isə özəl kapitala investisiya yatırıb.
Bildirilir ki, Ruslan Ələkbərov Lancaster Universitetində bakalavr, Bocconi Universitetində magistr təhsili alıb və CFA sertifikatına malikdir.
Araşdırmada onun adının Panamada, 2008-ci ildə qeydiyyatdan keçmiş FABRUS CONSULT A.G. adlı anonim şirkətin direktorları sırasında da yer aldığı qeyd olunur. Hüquqi baxımdan aktiv olan bu tip strukturların adətən konsaltinq, holdinq, beynəlxalq ticarət və ya ofşor planlaşdırma məqsədləri üçün istifadə edildiyi vurğulanır.
Cavanşir Həsənli yazır ki, Azərbaycanda 2 milyon manatdan artıq vergi borcu olan şirkətin direktorunun adı İspaniyada azı 5 şirkətdə keçir. Bu şirkətlərdən üçü daşınmaz əmlak, biri klinika, digəri isə gözəllik və sağlamlıq mərkəzi sahəsində fəaliyyət göstərir. İspaniyanın məşhur Malaqa vilayətinin Marbella şəhərində Ruslan Ələkbərovun təsis etdiyi NORDIC HILL ALOHA 471 SL və NORDIC HILL ALOHA 472 SL şirkətləri artıq dörd ildir fəaliyyət göstərir. Bundan əvvəl isə, 2019-cu ildə, o, DEDALERA REAL ESTATE INVESTMENTS SL şirkətini təsis edib. Hər üç şirkət Marbella, C/ Sierra Blanca 1-8 ünvanında qeydiyyatdadır və Málaga Ticarət Reyestrində “daşınmaz əmlak və oxşar fəaliyyətlər” sektorunda təsnifləşdirilib.
Paylaşımda qeyd olunur ki, Ruslan Ələkbərov bu şirkətlərdə “Administrador Único” – yeganə administrator kimi göstərilir. Bu isə şirkətlərin bütün hüquqi və idarəetmə səlahiyyətlərinin birbaşa onun üzərində cəmləndiyini göstərir.
Bundan başqa, 2019-cu ildən Malaqada fəaliyyət göstərən OTIUM HEALTH & BEAUTY SL və OTIUM CLINICS SL şirkətlərinin də hüquqi sahibinin Ruslan Ələkbərov olduğu bildirilir.
Cavanşir Həsənli yazır ki, Ruslan Ələkbərov 2015-ci ildə İsmayıllı hadisələri ilə əlaqədar vəzifəsindən azad edilmiş sabiq icra başçısı Nizami Ələkbərovun oğludur. Həmin hadisələr zamanı sabiq nazir Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun İsmayıllı sakinlərini təhqir etməsi əhalinin etirazlarına səbəb olmuş, etirazçılar rayonda Ələkbərovlara məxsus “Çıraq” hotelini və bir neçə bahalı avtomobili yandırmışdılar.
Paylaşımda o da xatırladılır ki, Nizami Ələkbərov həmin hadisələrdən sonra vəzifəsini itirsə də, 2013-cü ilin oktyabrında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov tərəfindən nazirlikdə şöbə müdiri vəzifəsinə təyin edilib.
Hazırda isə Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov “İmprotex” şirkətlər qrupunun vitse-prezidenti, digər övladı Günel Ələkbərova isə Azərbaycan Turizm Bürosunda MDB və Asiya regionu üzrə sektor müdiri vəzifəsində çalışır.
ƏLƏKBƏROVLARIN DÜNYAYA YAYILAN BİZNEZİ - Azərbaycanda milyonlarla vergi borcu, Avropda isə...

Oxşar xəbərlər
-
18.12.2025FHN-nin “kiçik” satınalması və illərdir dəyişməyən ünvan: “CBS-PP” MMC köhnə iddiaların fonunda yenidən gündəmdə -
18.12.20252025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI) -
17.12.2025Baytarlıq xidmətinin sabiq rəisi indi də AXA-ya peyvənd satır: Vaxtılə özü də saxta dərmanlar paylayıb - İLGİNC FAKTLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...