Misir kəşfiyyatının rəhbəri Abbas Kamel 2023-cü il sentyabrın 26-da İsrailə səfər edərək HƏMAS-ın irimiqyaslı hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib.

DuzXeber.az xəbər verir ki, "The Atlantic" nəşrinin yazdığına görə, o, İsraili gərginliyi azaltmağa çağırıb və bildirib: "Əgər kursunuzu dəyişməsəniz, Qəzza gözləriniz önündə partlayacaq".


Nəşr qeyd edir ki, bu xəbərdarlıqda qarşıdakı 7 oktyabr hücumunun dəqiq tarixi və ya təfərrüatları göstərilməyib, israilli rəsmilər isə sonradan heç bir birbaşa xəbərdarlıq almadıqlarını bəyan ediblər.

Məlumatda bildirilir ki, bir çox rəsmilər Kamelin səfərinin özünün həyəcan təbili çalmalı olduğunu hesab ediblər və keçmiş israilli rəsmilərdən biri "Elçinin özü mesaj idi" ifadəsini işlədib.

Paylaş