Bakıda şüşə sındıran oğlan ölüb.

DuzXeber.az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib.

Qəsəbə sakini 1996-cı il təvəllüdlü İlkin Baxışov yaşadığı evdə əsəbiləşərək şüşəni yumruqla sındırıb. Hadisə nəticəsində sınan şüşə onun qolunu doğrayıb. İ.Baxışov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov "Qafqazinfo"ya bildirib ki, ölən şəxs Vətən müharibəsi qazisi, gənc aşpaz olub. İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərib və 2 ay əvvəl Vətənə qayıdıbmış.(oxu.az)

Paylaş