Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

DuzXeber.az Report-a istinadən xəbər verir ki, şəhər ərazisində “BYD” və “Ford” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “Ford” aşıb, xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.

Paylaş