Hazırda beynəlxalq maliyyə institutlarının iştirakı ilə mütəxəssislər cəlb edilərək müvafiq qiymətləndirmə işləri aparılır.
DuzXeber.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakibaku saytına müsahibəsində əsas magistral xəttin tam bərpası ilə bağlı sualı cavablandırarkən deyib.
O vurğulayıb ki, gələn il ərzində müvafiq tender prosedurlarının həyata keçirilməsi nəzərdə tutulur:
"Magistral su xətlərinin bərpası yalnız Oğuz–Qəbələ–Bakı kəmərini deyil, həmçinin Bakı şəhərinin içməli su ilə təmin edilməsində iştirak edən bütün mənbə qurğularını əhatə edəcək. Bu bərpa işləri nəticəsində Bakı şəhərinə daxil olan suyun keyfiyyətinin yaxşılaşdırılması, eləcə də su təchizatı sisteminin məhsuldarlığının artırılması təmin olunacaq".


