İsrailin Baş naziri Binyamin Netanyahunun srağagün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər etdiyi üzə çıxıb.

DuzXeber.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahunun xüsusi təyyarə ilə Əbu-Dabiyə getdiyi və BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşdüyü bildirilib.

Təxminən altı saat davam edən səfər zamanı Netanyahunu İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri Roman Qofman da müşayiət edib.

Paylaş