Canlı yayım
30.12.2025

İcra başçısı psixoloqu işdən çıxardı, yeni vəzifə verdi

Qusar Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Duzxeber.az-ın  İqtisadiyyat.az-dan  əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Sahir Məmmədxanov əmrlər imzalayıb.

Məlumata görə, RİH-in Aparıcı məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kamran Sədullayev vəzifəsindən azad olunub.

O, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı vəzifəsinə təyin edilib.



Xəbər lenti