30.12.2025
Duzxeber.az; - "MTN işi" üzrə zərərçəkən Əfsəl Həsənəliyev keçmiş MTN generalı Mövlam Şıxəliyevin cəzaçəkmə müəssisəsində xüsusi imtiyazlarla yaşadığını iddia edir.
“Mövlam Şıxəliyev 15 il öncə bizi şərləyib həbsə göndərdiyi günlərdə də kef içində yaşayırdı. Bu gün də "içəridə" həmin kefdədir. Mən 75 yaşına çatmışam, hələ də bir gün görmədim. Məndən aldıqları pulu hələ də qaytarmayıb. Bu yaşımda kirayələrdə yaşayıram. Mövlam Şıxəliyev isə 9 saylı Cəzaçəkmə Müəssisəsində ayrıca kotecdə yaşayır, hələ qulluqçusu da var. Eldar Mahmudovun əli ona türmədə də çatır”, – bu fikirlər “MTN işi” üzrə zərərçəkmiş Əfsəl Həsənəliyevin ölkə rəhbərliyinə ünvanladığı məktubda yer alıb.
Onun sözlərinə görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev 9 saylı Cəzaçəkmə Müəssisəsində komfort içində həyat sürür. Mövlam Şıxəliyevə müəssisədə xüsusi şərait yaradılıb:
“Mövlam Şıxəliyev hər ay orada 20 min manat xərcləyir. Müəssisə rəhbərliyi tərəfindən ona və dəstə üzvlərinə xüsusi komfort şəraiti yaradılıb. Onlar ayrıca kotecdə yaşayır, istədikləri vaxt istədikləri şəxslərlə əlaqə saxlayır, telefonla limitsiz danışır, qeyri-rəsmi görüşlər keçirirlər. Cəzaçəkmə müəssisəsini öz rahat həyatlarına uyğunlaşdırıblar".
Zərərçəkmişin sözlərinə görə, “MTN işi”ndə onlara qarşı ən ağır cinayətləri törətmiş şəxslər bu gün də rahat şəraitdə yaşayırlar:
"Ədalət yalnız hökm oxunmaqla bitmir. Bu adamlar Eldar Mahmudovun dəstəsinin üzvləridir deyə imtiyazlı məhkumlar kimi yaşamalı, kef çəkməlidirlər, biz də zülm-zillət içində yaşamalıyıq? Mövlam Şıxəliyev ümumi barakda qara dustaqlarla yaşasaydı, mənə və digər zərərçəkmiş şəxslərə vurulmuş ziyanı çoxdan ödəmişdi. İndi ki, rahat həyatlarını yaşayırlar, bizə vurulmuş ziyan ödəmək yadlarına belə düşmür".
Xatırladaq ki, Mövlam Şıxəliyev Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə təqsirli bilinib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 12 il azadlıqdan məhrum edilib.//musavat.com
Mövlam Şıxəliyev həbsxanada kef içində yaşayır

Oxşar xəbərlər
-
24.12.2025Elm və Təhsil Nazirliyi 2 milyona aldığı odun yanacağını 1,5 milyona daşıtdırır – Analoqu olmayan işdi -
19.12.2025Bu əməlləri törədənlər 30 min manat cərimə ediləcək -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
13.12.2025“Klinikaya 4300 manat ödədim, resept verib yola saldılar...” -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...