30.12.2025
Duzxeber.az Haqqin.az-a istinadən xəbər verir ki, işlərin həyata keçirilməsi üçün üç əsas namizəd arasında “Azərenerji”nin keçmiş baş direktoru Etibar Pirverdiyevlə əlaqələndirilən “Azenco” şirkətinin də yer aldığı konsorsium var.
Rumıniya mediası layihə üzrə investisiyaların ilkin dəyərinin 106 milyon avro həcmində qiymətləndirildiyini yazıb.
SES-in modernləşdirilməsi ilə bağlı ilk tender 2022-ci ildə elan olunmuşdu. Həmin vaxt layihənin dəyəri 36 milyon avro olaraq qiymətləndirilsə də, bu məbləğə bərpa işlərini həyata keçirməyə hazır olan podratçı tapılmadığından müsabiqə ləğv edilmişdi. 2023-cü ildə isə Rumıniya şirkəti smetanı yenidən nəzərdən keçirib və məbləği 86 milyon avroya qaldırıb. Lakin bu məbləğ də icraçıların marağına səbəb olmayıb. 2024-cü ilin payızında üçüncü tender elan edilib və burada layihənin dəyəri artıq 106 milyon avronu (təxminən 212 milyon manat) ötüb.
Modernləşdirilmə işləri çərçivəsində “Bredişor” SES-in istismar müddətinin azı 30 il uzadılması planlaşdırılır.
Qeyd olunub ki, tenderdə iştirakla bağlı üç müraciət daxil olub. Onlardan biri İsrailin nəhəng mühəndislik şirkəti “Baran group”un tərkibinə daxil olan “Baran Israel Ltd” şirkətinin rəhbərlik etdiyi konsorsiumdur. İkinci təklif Rumıniyanın “Electromontaj” assosiasiyası və Xorvatiyanın “Koncar Electrical Industry” şirkətindən daxil olub.
Üçüncü müraciət edən isə Rumıniyanın “Best Achiziții SRL” konsaltinq şirkəti tərəfindən yaradılan konsorsium və Azərbaycanın tikinti şirkəti “Azenco” olub.
Bu təklifdə subpodratçı olaraq isə Ukraynanın “Ukrainian Energy Machines” şirkəti, “Ukrhydroproject” layihə təşkilatı, Türkiyənin “Balikesir Elektromekanik” transformator istehsalçı şirkəti, eləcə də Rumıniyanın “SSG Fire & Rescue”, “Metabet CF” və “Forest Electro Grup 2002” şirkətləri göstərilib.
Bildirilib ki, Etibar Pirverdiyev “Azərenerji”yə rəhbərlik etdiyi dövrdə “Azenco” şirkəti Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə fəal iştirak edib. Burada söhbət elektrik stansiyalarının, hidrotexniki qurğuların və digər obyektlərin inşasından gedir. Bundan əlavə, “Azenco” Bakıda yaşayış komplekslərinin inşası üzrə layihələr icra edib.
Qeyd olunub ki, lakin 2018-ci ildə E.Pirverdiyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra “Azenco”ya daxil olan büdcə vəsaitlərinin həcmi əhəmiyyətli dərəcədə azalıb. Bununla yanaşı, şirkətin maliyyə göstəriciləri sabit qaydada enmə nümayiş etdirsə də, mənfəətlə işləməyə davam edir.
Belə ki, 2024-cü ilin nəticələrinə əsasən, “Azenco”nun xalis gəliri 1 milyon 850 min manat təşkil edib, 2023-cü ildə isə bu göstərici 3 milyon 530 min manata çatıb.
Sabiq məmur 212 milyonluq tenderə qatılıb?
Rumıniyanın “Hidroelectrica” dövlət şirkəti 1982-ci ildə istismara verilmiş “Bredişor” Su Elektrik Stansiyasının (SES) genişmiqyaslı modernləşdirilməsi üçün tender elan edib.

Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...