25.12.2025
Duzxeber.az Teleqraf-a istinadən xəbər verir ki, “BakuBus” Xırdalan şəhərində avtobus yuma stansiyası üçün avadanlığın satın alınması məqsədilə müsabiqə keçirir.
Qeyd edək ki, “BakuBus”-a məxsus avtobuslarda təmizlik uzun müddətdir müzakirə mövzusudur. Xüsusilə yağışlı havalardan sonra avtobusların pəncərələrindən ətrafı görmək mümkün olmur. Avtobusların ənənəvi rəngləri dəyişir. Halbuki “Bakubus” cəmiyyətə ekoloji cəhətdən təmiz, komfortlu avtobuslarla təchiz olunmuş ictimai nəqliyyat sistemi kimi təqdim edilir.
Beynəlxalq stanartlara cavab vermək üçün bu ildən qollarını çırmalayan “BakuBus” rəhbərliyinin atdığı addımlara sadəcə yeni avtobusların alınması, parkların yenilənməsi və elektrik nəqliyyatına keçid istiqamətində layihələrin icrası üçün iri həcmli satınalmalar keçirərək tender qalibləri ilə milyon manatlıq müqavilələr bağlamaq daxildir.
Götürək Buzovna qəsəbəsi Albalılıq ərazisində tikiləcək yeni avtobus parkının tikinti işlərini. Bu ilin əvvəlindən MMC milyonlar xərcləyir. Hələ də avtobus parkını ərsəyə gətirə bilmir. Tender şərtlərinə əsasən Albalılıqdakı yeni avtobus parkı üzrə işlər bu ilin dekabrının 18-də bitməli idi. Lakin ortada ancaq yeni tender elanları və bağlanan müqavilələr var.
Onu da qeyd edək ki, tikinti işlərinin satınalınması ilə bağlı “Bakıyaşayıştikinti” MMC ilə bu ilin iyul ayında 12.922.360,36 manat dəyərində müqavilə imzalanıb.İşlərin başlama tarixi də müqavilədə elə iyul ayı göstərilib. Bunun ardınca “BakuBus” MMCAlbalılıq ərazisində yerləşən avtobus parkınının təmir mərkəzi üçün tələb olunan alət və avadanlıqların satın alınması və quraşdırılması üçün “Toptul.Az” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 738.504,14 AZN, Albalılıq qarajı üzrə elektrik təchizatı işlərinin satın alınması ilə bağlı “Bakelektro” Açıq Səhmdar Cəmiyyəti ilə 12.255.098,48 AZN, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin elektrik enerjisi ilə işləyən avtobusları (BYD) üçün elektrik dolum stansiyalarının satın alınması və Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq ərazisində yerləşən avtobus parkına quraşdırılması üçün “Electrify Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.193.451 AZN dəyərində müqavilələr imzalayıb.
Eləcə də Albalılıq avtobus parkında yerləşən yuma məntəqəsi üçün portal tipli yuyucu avadanlığın alınması və quraşdırılmasının satın alınması üçün “Karcher” Məhdud Məsuliyyətli Cəmiyyətinə 436.000 AZN ödəyib.
Avtobus parkının “yenilənməsi istiqamətində keçirilən müzabiqələr bununla yekunlaşmayıb. “BakuBus” işğaldan azad edilmiş rayonlar üzrə elektrik mühərrikli avtobusların satın alınması ilə bağlı Azerbaijan Energy Automotive Factory” MMC ilə 16.675.640 AZN, Bakı şəhəri üçün 160 ədəd elektrik avtobusu və onun şarj aparatlarının satın alınması üçün BYD Auto İndustry Co., Ltd-yə 86.962.437 AZN, Suraxanı rayonu Zığ yolu 95 ünvanında yerləşən avtobus parkında 0.4 kv daxili elektrik sisteminin qurulması işləri üçün “Bakelektro” ASC-yə 15.067.184,86 AZN, 200 ədəd elektrik şəhər avtobuslarının və əlaqəli xidmətlərin təchizatı və çatdırılması üçün “Azerbaijan Energy Automotive Factory” MMC-yə 101.973.616 AZN ödəyib.
“BakuBus” avtobusların yuyulmasına 1 milyon manat ayırdı
“BakuBus” MMC avtobus yuma stansiyasına 4 dəst avadanlığa 1.192.170,05 manat xərcləməyə hazırlaşır.

Oxşar xəbərlər
-
23.12.2025Goranboyun büdcəsinin “ORTAĞI”: “Star Təmir Construction”– 20 manatlıq şirkətə axıdılan milyonlar… - FOTOFAKT -
18.12.2025FHN-nin “kiçik” satınalması və illərdir dəyişməyən ünvan: “CBS-PP” MMC köhnə iddiaların fonunda yenidən gündəmdə -
17.12.2025Baytarlıq xidmətinin sabiq rəisi indi də AXA-ya peyvənd satır: Vaxtılə özü də saxta dərmanlar paylayıb - İLGİNC FAKTLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.202590-RB-009 nömrəli “Gelandewagen” görün kimin imiş: Biznes, siyasət və qalmaqallarla bağlı mediada geniş əks-səda doğuran şəxs (FOTO-VİDEO)
Xəbər lenti
-
29.05.2026ABŞ Kastronu ekstradisiya etmək istəyir
-
29.05.2026İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb
-
29.05.2026İntensiv yağış, şimşək, dolu və QAR - Sabahın HAVASI
-
29.05.2026Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb
-
29.05.2026Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
-
29.05.2026Hökməli evləri su basıb sakinlər evlərini tərk edib
-
29.05.2026Putin və Lukaşenko Ermənistan məsələsini müzakirə etdi - Detallar
-
29.05.2026Rusiya Ukraynada dörd yaşayış məntəqəsini nəzarətə götürdü
-
29.05.2026Çexiyanın Baş naziri: Azərbaycan ölkəmizə xam neftin ən böyük təchizatçısıdır
-
29.05.2026“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvan şəhərində fermer və sahibkarlarla görüş keçirib
-
29.05.2026Həbsdən qaçan şəxsi qatar vurub öldürdü
-
29.05.2026Avropa çempionatı: Azərbaycan millisi bu gün İtaliya ilə qarşılaşacaq
-
29.05.2026MMA döyüşçüsünü ayı parçaladı
-
29.05.2026Qəzzanın 70%-nin tutulması üçün əmr verildi
-
28.05.2026"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
28.05.2026Belçika klubunun futbolçusu millimizdə
-
28.05.2026Saleh Məmmədovun adamları dindirilir - Korrupsiya araşdırması başladı
-
28.05.2026Azərbaycandan Ermənistana un göndəriləcək
-
28.05.2026Qəhvə qocalmağın qarşısını alırmış - Yeni araşdırma
-
28.05.2026Azərbaycan İƏT-ə sədrlik dövründə iqtisadiyyat və iqlimə diqqət yetirməyi planlaşdırır
-
28.05.2026"İdeal"ın bank hesablarına həbs qoyuldu
-
28.05.2026Niyə smartfon üzlükləri istidə təhlükəli ola bilər?
-
28.05.2026BMT-dən ciddi xəbərdarlıq: Asiyada su qıtlığı təhlükəsi artır
-
28.05.2026DTX onu axtarışa verib:Nuriyev nə edib?— FOTO
-
28.05.2026Rusiya həbsxanasında dəhşət iddiası: ukraynalı jurnalistin kəllə sümüyü sındırılıb
-
28.05.2026İki avtobus dayanacaqda yanıb
-
28.05.2026Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Rəssamlar Birliyinin sədri seçilib
-
28.05.2026Macarıstanda Orban dövrünə ilk zərbə: Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ləğv edildi.
-
28.05.2026Ermənistan Rusiyadan qaz sazişinin ləğvi ehtimalı ilə bağlı məktub aldığını təsdiqləyib
-
28.05.2026"Qara günlər" başlayır - Yay ayları ilə bağlı xəbərdarlıq edilib