31.12.2025
Duzxeber.az: - 32gun.az cari il üzrə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Publik Hüquqi Şəxsin bağladığı satınalma müqavilələrini araşdırıb. Açıq mənbələrdə yer alan rəsmi məlumatlara əsasən, qurum il ərzində yerli və xarici şirkətlər, beynəlxalq təşkilatlar və xidmət təminatçıları ilə çoxsaylı tender müqavilələri imzalayıb.
Aparılan araşdırma göstərir ki, AMADA-nın cari il ərzində bağladığı tender müqavilələrinin ümumi maliyyə həcmi 1.962.770,03 AZN təşkil edir.
Dövlət vəsaiti hansı istiqamətlərə yönəlib?
Araşdırma zamanı müəyyən edilib ki, Azərbaycan Milli Antidopinq Agentliyinin cari il üzrə xərcləri təkcə dopinq nəzarətinin icrası və bioloji nümunələrin analizinə deyil, eyni zamanda geniş spektrli xidmət və satınalmalara yönəlib. Dövlət vəsaitinin əhəmiyyətli hissəsi xarici laboratoriyalar və beynəlxalq antidopinq qurumları ilə əməkdaşlığa, eləcə də ofis və anbar sahələrinin yüksək məbləğlərlə icarəsinə sərf olunub. Bununla paralel olaraq, qurumun fəaliyyətinin rəqəmsallaşdırılması adı altında informasiya-kommunikasiya texnologiyaları avadanlıqları və proqram təminatlarının alınmasına, müxtəlif təlim, seminar və audit xidmətlərinə də xeyli vəsait xərclənib. Bundan başqa, media qurumlarında materialların dərcinə, çap və promo məhsullarına, xidməti nəqliyyat vasitələrinin alınması və yanacaq təminatına, həmçinin tibbi avadanlıqların əldə edilməsi və tibbi tullantıların utilizasiyasına dövlət büdcəsindən maliyyə ayrıldığı diqqət çəkir.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, xərclərin böyük hissəsi xarici laboratoriyalar və beynəlxalq antidopinq strukturları ilə bağlı xidmətlərin payına düşür.
32gun.az bağlanmış tender müqavilələrinin bəzilərini təqdim edir:
Turkish Doping Control Center – 550.000 AZN
Institute of Biochemistry – German Sport University Cologne Laboratoriyası – 350.000 AZN
Nümunə Toplama Heyəti – 220.000 AZN
“Bakı Hotel Kompani” QSC – 210.560 AZN
“Berlinger & Co AG” – 90.000 AZN
“SMARTEXPO” MMC (tədbirlər üzrə) – 88.618 AZN
“YENİMOTOR” MMC – 75.000 AZN
“Professional Worldwide Controls” (PWC) – 60.000 AZN
“NIMPEX” MMC – 58.284,92 AZN
“VIVA MEDICAL GROUP” MMC – 36.580 AZN
“OCE SOLUTION” MMC – 15.664,5 AZN
“SOFTRICK SOLUTIONS” MMC – 17.022,62 AZN
Azərkosmos PHŞ – 17.200 AZN
“LINGUA TRANSLATION COMPANY” MMC – 10.200 AZN
“Clip TV” MMC – 10.422,18 AZN
“SMARTEXPO” MMC (mətbəə və çap) – 10.000 AZN
Professor Dr. Edvard Kolar – 11.620 AZN
Professional Worldwide Controls (PWC) – təlim xidməti – 11.736 AZN
“ABACUS AUDIT AND CONSULTING” MMC – 11.750 AZN
“GİLLMED ZƏNGİLAN” MMC – 11.599,4 AZN
Nəticələr onu göstərir ki...
Məlumatlar göstərir ki, AMADA-nın tender xərcləri əsasən dopinq nəzarətinin icrası və institusional fəaliyyətin təmin edilməsinə yönəlsə də, bəzi istiqamətlər üzrə ayrılan məbləğlər ictimai nəzarət və şəffaflıq baxımından suallar doğurur. Xüsusilə ofis icarəsi, beynəlxalq laboratoriya xidmətləri, tədbir və media xərclərinin həcmi diqqətdən kənarda qalmır.
Xatırladaq ki, Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə, müşahidə şurasının sədri isə millət vəkili Nigar Arpadaraidir.
32gun.az olaraq bildiririk ki, təqdim edilən məlumatlar açıq rəsmi mənbələrə əsaslanır və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Millət vəkilinin şura sədri, Təhminə Tağı-zadəmin direktor olduğu AMADA-da 2 milyon manat vəsait hara xərclənib?
Duzxeber.az: - 32gun.az cari il üzrə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Publik Hüquqi Şəxsin bağladığı satınalma müqavilələrini araşdırıb. Açıq mənbələrdə yer alan rəsmi məlumatlara əsasən, qurum il ərzində yerli və xarici şirkətlər, beynəlxalq təşkilatlar və xidmət təminatçıları ilə çoxsaylı tender müqavilələri imzalayıb.Aparılan araşdırma göstərir ki, AMADA-nın cari il ərzində bağladığı tender müqavilələrinin ümumi maliyyə həcmi 1.962.770,03 AZN təşkil edir.
Dövlət vəsaiti hansı istiqamətlərə yönəlib?
Araşdırma zamanı müəyyən edilib ki, Azərbaycan Milli Antidopinq Agentliyinin cari il üzrə xərcləri təkcə dopinq nəzarətinin icrası və bioloji nümunələrin analizinə deyil, eyni zamanda geniş spektrli xidmət və satınalmalara yönəlib. Dövlət vəsaitinin əhəmiyyətli hissəsi xarici laboratoriyalar və beynəlxalq antidopinq qurumları ilə əməkdaşlığa, eləcə də ofis və anbar sahələrinin yüksək məbləğlərlə icarəsinə sərf olunub. Bununla paralel olaraq, qurumun fəaliyyətinin rəqəmsallaşdırılması adı altında informasiya-kommunikasiya texnologiyaları avadanlıqları və proqram təminatlarının alınmasına, müxtəlif təlim, seminar və audit xidmətlərinə də xeyli vəsait xərclənib. Bundan başqa, media qurumlarında materialların dərcinə, çap və promo məhsullarına, xidməti nəqliyyat vasitələrinin alınması və yanacaq təminatına, həmçinin tibbi avadanlıqların əldə edilməsi və tibbi tullantıların utilizasiyasına dövlət büdcəsindən maliyyə ayrıldığı diqqət çəkir.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, xərclərin böyük hissəsi xarici laboratoriyalar və beynəlxalq antidopinq strukturları ilə bağlı xidmətlərin payına düşür.
32gun.az bağlanmış tender müqavilələrinin bəzilərini təqdim edir:
Turkish Doping Control Center – 550.000 AZN
Institute of Biochemistry – German Sport University Cologne Laboratoriyası – 350.000 AZN
Nümunə Toplama Heyəti – 220.000 AZN
“Bakı Hotel Kompani” QSC – 210.560 AZN
“Berlinger & Co AG” – 90.000 AZN
“SMARTEXPO” MMC (tədbirlər üzrə) – 88.618 AZN
“YENİMOTOR” MMC – 75.000 AZN
“Professional Worldwide Controls” (PWC) – 60.000 AZN
“NIMPEX” MMC – 58.284,92 AZN
“VIVA MEDICAL GROUP” MMC – 36.580 AZN
“OCE SOLUTION” MMC – 15.664,5 AZN
“SOFTRICK SOLUTIONS” MMC – 17.022,62 AZN
Azərkosmos PHŞ – 17.200 AZN
“LINGUA TRANSLATION COMPANY” MMC – 10.200 AZN
“Clip TV” MMC – 10.422,18 AZN
“SMARTEXPO” MMC (mətbəə və çap) – 10.000 AZN
Professor Dr. Edvard Kolar – 11.620 AZN
Professional Worldwide Controls (PWC) – təlim xidməti – 11.736 AZN
“ABACUS AUDIT AND CONSULTING” MMC – 11.750 AZN
“GİLLMED ZƏNGİLAN” MMC – 11.599,4 AZN
Nəticələr onu göstərir ki...
Məlumatlar göstərir ki, AMADA-nın tender xərcləri əsasən dopinq nəzarətinin icrası və institusional fəaliyyətin təmin edilməsinə yönəlsə də, bəzi istiqamətlər üzrə ayrılan məbləğlər ictimai nəzarət və şəffaflıq baxımından suallar doğurur. Xüsusilə ofis icarəsi, beynəlxalq laboratoriya xidmətləri, tədbir və media xərclərinin həcmi diqqətdən kənarda qalmır.
Xatırladaq ki, Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə, müşahidə şurasının sədri isə millət vəkili Nigar Arpadaraidir.
32gun.az olaraq bildiririk ki, təqdim edilən məlumatlar açıq rəsmi mənbələrə əsaslanır və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər
-
24.12.2025Elm və Təhsil Nazirliyi 2 milyona aldığı odun yanacağını 1,5 milyona daşıtdırır – Analoqu olmayan işdi -
17.12.2025Baytarlıq xidmətinin sabiq rəisi indi də AXA-ya peyvənd satır: Vaxtılə özü də saxta dərmanlar paylayıb - İLGİNC FAKTLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir? -
10.12.202590-RB-009 nömrəli “Gelandewagen” görün kimin imiş: Biznes, siyasət və qalmaqallarla bağlı mediada geniş əks-səda doğuran şəxs (FOTO-VİDEO)
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



