13.01.2026
“Kəpəz” televiziyasının sabiq sahibi Rüfət Əsgərovun 2008-ci ildə “MuğanBank”a qoyduğu 300 min dollar əmanətin yoxa çıxması ilə bağlı iddiasına məhkəmə qaydasında aydınlıq gətirilib.
Duzxeber.az “Telegraf”a istinadən xəbər verir ki, R.Əsgərov iddiasında bildirib ki, 2008-ci ildə bankla “Xüsusi Əmanət (depozit) hesabı haqqında” yeddi müqavilə imzalayıb və 300 min dollar əmanət yatırıb.
Onun iddiasına görə, 2020-ci ildə əmanətini geri götürmək istəyərkən Rüfət Əsgərova bankda hesabının olmadığı bildirilib. Ona əmanətin tam məbləğinin çıxarıldığı bildirilib. R.Əsgərov isə belə bir çıxarış etmədiyini, pulun geri çəkildiyi həmin vaxt, ümumiyyətlə, Azərbaycanda olmadığını dilə gətirib.
Cavabdeh isə bildirib ki, iddiaçı iddia ərizəsində göstərdiyi yeddi ədəd “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilələri 13 il bundan əvvəl bağlanılıb və həmin gün müqavilələrin hər birinin əslinin bir nüsxəsi iddiaçıya təqdim edilib. Bundan əlavə iddiaçıya müqavilələrdə nəzərdə tutulmuş qaydada yeddi ədəd bank kitabçası verilib. İddiaçı iddia ərizəsi verərkən müqavilələri təqdim etsə də, bank kitabçalarını təqdim etməyib:
“Həmin sənədləri iddiaçı ona görə təqdim etməyib ki, müqavilələr üzrə qoyulan vəsait iddiaçının atası Razim İsmayıl oğlu Əsgərova Gəncə şəhəri, 1-ci DNK-da verdiyi və üç il müddətində qüvvədə olan etibarnaməyə əsasən sonuncu tərəfindən çıxarılıb. Etibarnamədə iddiaçı atası Razim İsmayıl oğlu Əsgərova bank orqanlarından ona çatası pulu, əmanəti, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi etibar edib. Göstərilən etibarnaməyə əsasən, Razim İsmayıl oğlu Əsgərov tərəfindən “MuğanBank”ın Gəncə filialı ilə iddiaçı arasında bağlanmış “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilələr üzrə yeddi ədəd bank kitabçası təqdim edilərək əmanətlər və həmin aylar üzrə faizlər çıxarılaraq həmin müqavilələrə xitam verilib. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı 2009-cu il tarixindən bu günə kimi Azərbaycan Respublikasında olub və bankların bağlanması ehtimalı olduğu halda qoyduğu külli miqdarda vəsaitlə maraqlanmaması, eyni zamanda, həmin vəsaitlə əlaqədar faizləri almaması bir daha təsdiq edir ki, iddiaçı əsassız olaraq varlanmaq niyyətinə düşüb.
Qeyd edilən məbləğlər Razim İsmayıl oğlu Əsgərov tərəfindən alındığından bank kitabçaları da banka geri qaytarılıb və müqavilələrə xitam verilib”.
Prosesin yekununda Ali Məhkəmə R.Əsgərovun kassasiya şikayətini təmin etməyib.
Xatırladaq ki, “MuğanBank”ın lisenziyası 2023-cü ildə ləğv edilib.
Əsgərovun banka qoyduğu külli miqdarda pulu atası çıxarıb – Oğlunun xəbəri olmayıb?
“Kəpəz” televiziyasının sabiq sahibi Rüfət Əsgərovun 2008-ci ildə “MuğanBank”a qoyduğu 300 min dollar əmanətin yoxa çıxması ilə bağlı iddiasına məhkəmə qaydasında aydınlıq gətirilib.Duzxeber.az “Telegraf”a istinadən xəbər verir ki, R.Əsgərov iddiasında bildirib ki, 2008-ci ildə bankla “Xüsusi Əmanət (depozit) hesabı haqqında” yeddi müqavilə imzalayıb və 300 min dollar əmanət yatırıb.
Onun iddiasına görə, 2020-ci ildə əmanətini geri götürmək istəyərkən Rüfət Əsgərova bankda hesabının olmadığı bildirilib. Ona əmanətin tam məbləğinin çıxarıldığı bildirilib. R.Əsgərov isə belə bir çıxarış etmədiyini, pulun geri çəkildiyi həmin vaxt, ümumiyyətlə, Azərbaycanda olmadığını dilə gətirib.
Cavabdeh isə bildirib ki, iddiaçı iddia ərizəsində göstərdiyi yeddi ədəd “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilələri 13 il bundan əvvəl bağlanılıb və həmin gün müqavilələrin hər birinin əslinin bir nüsxəsi iddiaçıya təqdim edilib. Bundan əlavə iddiaçıya müqavilələrdə nəzərdə tutulmuş qaydada yeddi ədəd bank kitabçası verilib. İddiaçı iddia ərizəsi verərkən müqavilələri təqdim etsə də, bank kitabçalarını təqdim etməyib:
“Həmin sənədləri iddiaçı ona görə təqdim etməyib ki, müqavilələr üzrə qoyulan vəsait iddiaçının atası Razim İsmayıl oğlu Əsgərova Gəncə şəhəri, 1-ci DNK-da verdiyi və üç il müddətində qüvvədə olan etibarnaməyə əsasən sonuncu tərəfindən çıxarılıb. Etibarnamədə iddiaçı atası Razim İsmayıl oğlu Əsgərova bank orqanlarından ona çatası pulu, əmanəti, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi etibar edib. Göstərilən etibarnaməyə əsasən, Razim İsmayıl oğlu Əsgərov tərəfindən “MuğanBank”ın Gəncə filialı ilə iddiaçı arasında bağlanmış “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilələr üzrə yeddi ədəd bank kitabçası təqdim edilərək əmanətlər və həmin aylar üzrə faizlər çıxarılaraq həmin müqavilələrə xitam verilib. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı 2009-cu il tarixindən bu günə kimi Azərbaycan Respublikasında olub və bankların bağlanması ehtimalı olduğu halda qoyduğu külli miqdarda vəsaitlə maraqlanmaması, eyni zamanda, həmin vəsaitlə əlaqədar faizləri almaması bir daha təsdiq edir ki, iddiaçı əsassız olaraq varlanmaq niyyətinə düşüb.
Qeyd edilən məbləğlər Razim İsmayıl oğlu Əsgərov tərəfindən alındığından bank kitabçaları da banka geri qaytarılıb və müqavilələrə xitam verilib”.
Prosesin yekununda Ali Məhkəmə R.Əsgərovun kassasiya şikayətini təmin etməyib.
Xatırladaq ki, “MuğanBank”ın lisenziyası 2023-cü ildə ləğv edilib.
Oxşar xəbərlər
-
3.01.2026Zakir Qaralovun adı Gürcüstandakı körpü qalmaqalında -
23.12.2025Goranboyun büdcəsinin “ORTAĞI”: “Star Təmir Construction”– 20 manatlıq şirkətə axıdılan milyonlar… - FOTOFAKT -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
13.12.2025"Onun adamı Allahdır" - Nərimanın atası danışdı -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



