3.01.2026
Duzxeber.az: - Gürcüstanda Rioni çayı üzərində inşa edilən körpünün uçması ilə bağlı açılmış cinayət işi üzrə prokurorluq yeni ittihamlar irəli sürüb. Təqsirləndirilən şəxslər arasında Gürcüstan Avtomobil Yolları Departamentinin sədrinin keçmiş müavini Levan Kupataşvili ilə yanaşı, Azərbaycanın “Akkord” tikinti şirkətinin direktoru da yer alır.
Tribuna.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, istintaq zamanı müəyyən edilib ki, körpü layihəsi üzrə gündəlik texniki nəzarət Gürcüstan Avtomobil Yolları Departamentinin üzərinə düşsə də, faktiki olaraq bu nəzarət həyata keçirilməyib. Layihənin icrası dövründə nəzarətçi beynəlxalq şirkətin heç bir səlahiyyətli eksperti Gürcüstanda olmadığı halda, tikinti işlərinə dair saxta icra aktları tərtib edilərək təsdiqlənib.
Jurnalist qeyd edir ki, tikinti meydançasında heç vaxt olmayan beynəlxalq ekspert tikinti şirkətinin nümayəndələri tərəfindən hazırlanmış saxta sənədlərə imza atıb. Həmin sənədlər o zamankı sədr müavini Levan Kupataşvilinin imzası ilə də rəsmiləşdirilib. Bu aktlar əsasında guya görülmüş işlərə görə 1 milyon 172 min 539 lari vəsait köçürülüb.
Prokurorluğun açıqlamasına əsasən, layihəni icra edən şirkət yerinə yetirilməmiş və keyfiyyətsiz işlərə görə dələduzluq yolu ilə 3 milyon 859 min 678 lari mənimsəyib. Nəticədə körpü uçub. Sonradan aparılan bərpa işlərinə əlavə olaraq 12 milyon laridən artıq vəsait xərclənib. Beləliklə, dövlət büdcəsinə dəymiş ümumi zərər 16 milyon larini ötüb.
Prokurorluq bütün təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirib. İstintaq davam edir, digər şirkətlərin və vəzifəli şəxslərin mümkün cinayət əməlləri də araşdırılır.
“Akkord” şirkətlər qrupu 2000-ci illərin ortalarından etibarən Azərbaycanın ən iri tikinti brendlərindən biri kimi tanınıb. Media mənbələri və bəzi iqtisadçılar şirkətin sabiq baş prokuror Zakir Qaralovun ailəsinə məxsus biznes strukturu olduğunu iddia edirlər. Rəsmi sənədlərdə Qaralovun birbaşa pay sahibliyi göstərilməsə də, keçmişdə ona yaxın şəxslər vasitəsilə şirkətə dolayı nəzarət etdiyi bildirilir.
Qeyd edək ki, Zakir Qaralov 2020-ci ildə baş prokuror vəzifəsindən azad edilib və hazırda heç bir dövlət postu tutmur. Bununla belə, ekspertlər onun “köhnə təsir dairəsinin” hələ də tam aradan qalxmadığını düşünürlər.
İqtisadçı Natiq Cəfərli Musavat.com-a açıqlamasında bildirib ki, onun məlumatına görə, Zakir Qaralovun şirkətdəki payı hazırda çox kiçikdir:
“Sabiq baş prokurorun şirkətdə payı minimal səviyyədədir. Keçmiş layihələrlə bağlı məsuliyyət onun və ətrafındakı şəxslərin üzərində qala bilər. Ancaq son illər ‘Akkord’ başqa şəxslər və ya qruplar tərəfindən nəzarətə götürülüb. Şirkətin idarəçiliyində artıq fərqli maraqlar var”.
N.Cəfərli qeyd edib ki, “Akkord”un Balkan yarımadasında da iri layihə qazanması bu dəyişikliklərin göstəricisidir:
“Zakir Qaralovun bu miqyasda beynəlxalq layihələrdə iştirak edəcək təsir gücündə olduğunu düşünmürəm. Hazırda şirkətin arxasında başqa biznes maraqları dayanır. Azərbaycan qanunvericiliyində kommersiya müəssisələrinin təsisçiləri ilə bağlı məlumatların gizli saxlanılması şəffaflığa ciddi maneə yaradır”.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin yenidən biznes sferasında aktivləşdiyi də diqqət çəkir. Musavat.com-un məlumatına görə, ötən il 14,9 milyon manat vergi borcu ilə gündəmə gələn şirkətin borcu artıq sıfırlanıb. Bu fakt “Akkord”un yenidən dirçəlməsi ilə bağlı iddiaların əsassız olmadığını göstərir.
Şirkət 2005-ci ildə qeydiyyata alınıb, nizamnamə kapitalı 83 milyon 259 min 750 manatdır. Qanuni təmsilçi Ayhan Keskinkılıçdır. İki il əvvəl ASC-nin Müşahidə Şurası tam tərkibdə dəyişdirilib. Malik Məmmədov sədr seçilib, Müslüm Mürsəlov və Tofiq İsayev üzv olub.
Media “Akkord”un faktiki sahibi kimi uzun illər Zakir Qaralovun adını çəkir.
Gununsesi.info yazır ki, Müslüm Mürsəlov şirkət rəhbərliyinə məhz Qaralovun təşəbbüsü ilə gətirilib. Saytın iddiasına görə, “Akkord”un dirçəldilməsi işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və tikinti layihələri ilə bağlıdır və şirkət bu prosesdə pay sahibi olmağa çalışır.
Onlarla məhkəmə işi
Bir müddət əvvəl “Akkord” kütləvi şəkildə məhkəməyə verilib. İddiaçılar arasında “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Azəriqaz” İB, “Texnikabank” ASC, “Azturmak” MMC, Dövlət Radiotezliklər İdarəsi, “Zəyəm Texnologiyaları” ASC, “Aqrarkredit” QSC kimi qurumlar da olub. Ümumilikdə şirkətə qarşı 43 iddia qaldırıldığı, hətta işçilərin də iddiaçı qismində çıxış etdiyi bildirilir.
Görünən odur ki, hazırda Müslüm Mürsəlov məhz bu problemlərin aradan qaldırılması və şirkətin yenidən mövqelərinin bərpası ilə məşğuldur.//Musavat.com
Zakir Qaralovun adı Gürcüstandakı körpü qalmaqalında

Oxşar xəbərlər
-
27.12.2025ƏLƏKBƏROVLARIN DÜNYAYA YAYILAN BİZNEZİ - Azərbaycanda milyonlarla vergi borcu, Avropda isə... -
27.12.2025Ermənilərin məhkəməsində məhkəmə baxışı BAŞA ÇATDI -
18.12.20252025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI) -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.202590-RB-009 nömrəli “Gelandewagen” görün kimin imiş: Biznes, siyasət və qalmaqallarla bağlı mediada geniş əks-səda doğuran şəxs (FOTO-VİDEO)
Xəbər lenti
-
29.05.2026ABŞ Kastronu ekstradisiya etmək istəyir
-
29.05.2026İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb
-
29.05.2026İntensiv yağış, şimşək, dolu və QAR - Sabahın HAVASI
-
29.05.2026Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb
-
29.05.2026Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
-
29.05.2026Hökməli evləri su basıb sakinlər evlərini tərk edib
-
29.05.2026Putin və Lukaşenko Ermənistan məsələsini müzakirə etdi - Detallar
-
29.05.2026Rusiya Ukraynada dörd yaşayış məntəqəsini nəzarətə götürdü
-
29.05.2026Çexiyanın Baş naziri: Azərbaycan ölkəmizə xam neftin ən böyük təchizatçısıdır
-
29.05.2026“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvan şəhərində fermer və sahibkarlarla görüş keçirib
-
29.05.2026Həbsdən qaçan şəxsi qatar vurub öldürdü
-
29.05.2026Avropa çempionatı: Azərbaycan millisi bu gün İtaliya ilə qarşılaşacaq
-
29.05.2026MMA döyüşçüsünü ayı parçaladı
-
29.05.2026Qəzzanın 70%-nin tutulması üçün əmr verildi
-
28.05.2026"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
28.05.2026Belçika klubunun futbolçusu millimizdə
-
28.05.2026Saleh Məmmədovun adamları dindirilir - Korrupsiya araşdırması başladı
-
28.05.2026Azərbaycandan Ermənistana un göndəriləcək
-
28.05.2026Qəhvə qocalmağın qarşısını alırmış - Yeni araşdırma
-
28.05.2026Azərbaycan İƏT-ə sədrlik dövründə iqtisadiyyat və iqlimə diqqət yetirməyi planlaşdırır
-
28.05.2026"İdeal"ın bank hesablarına həbs qoyuldu
-
28.05.2026Niyə smartfon üzlükləri istidə təhlükəli ola bilər?
-
28.05.2026BMT-dən ciddi xəbərdarlıq: Asiyada su qıtlığı təhlükəsi artır
-
28.05.2026DTX onu axtarışa verib:Nuriyev nə edib?— FOTO
-
28.05.2026Rusiya həbsxanasında dəhşət iddiası: ukraynalı jurnalistin kəllə sümüyü sındırılıb
-
28.05.2026İki avtobus dayanacaqda yanıb
-
28.05.2026Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Rəssamlar Birliyinin sədri seçilib
-
28.05.2026Macarıstanda Orban dövrünə ilk zərbə: Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ləğv edildi.
-
28.05.2026Ermənistan Rusiyadan qaz sazişinin ləğvi ehtimalı ilə bağlı məktub aldığını təsdiqləyib
-
28.05.2026"Qara günlər" başlayır - Yay ayları ilə bağlı xəbərdarlıq edilib