Canlı yayım
20-01-2026, 11:30

Rusların PUA anbarı və iki neft zavodu məhv edildi

Ukrayna ordusunu keçirdiyi əməliyyat nəticəsində Rusiyanın işğal etdiyi Luqansk vilayətindəki gizli PUA anbarı məhv edilib.

Duzxeber.az xəbər verir ki, həmin PUA-lar Rusiyanın 144-cü Motoatıcı Diviziyasının istifadəsində olub.

Həmin raket zərbəsindən sonra anbarın böyük hissəsi sıradan çıxıb. Çoxlu sayda PUA isə məhv edilib.

Bundan başqa, Rusiyanın Krasnodar diyarındakı Tuapse neft emalı zavoduna edilən son hücumun nəticəsi də bəlli olub. Belə ki, müəssiəsəinin neft terminalı dağıdılıb.

Həmçinin Rusiyanın Belqorod vilayətindəki neft anbarı da sıradan çıxarılıb.

Xəbər lenti