21.01.2026
Əgər açıq qrant layihəsidirsə və dövlət vəsaiti hesabına maliyyələşibsə, nəticələr haradadır və kim üçündür?
Duzxeber.az: - QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsi bir daha göstərdi ki, qurumun səsləndirdiyi pafoslu bəyanatlarla real qərarları arasında dərin uçurum mövcuddur. Agentlik rəsmiləri hər fürsətdə Nazirlər Kabinetinin təsdiq etdiyi qrant qaydalarına istinad edərək iddia edirlər ki, qrantlar yalnız QHT-lərin məqsəd və vəzifələrinə uyğun, onların əvvəlki təcrübəsi və digər tələblər nəzərə alınmaqla verilir. Lakin müsabiqənin nəticələri bu iddiaların ən yaxşı halda formal, ən pis halda isə ictimaiyyəti aldatmağa hesablandığını göstərir.
2025-ci il qrant siyahısına nəzər salmaq kifayətdir ki, Agentliyin “ciddi təhlil” iddialarının nə qədər boş olduğu üzə çıxsın. Onlarla QHT var ki, nə təşkilatın adı, nə nizamnamə məqsədi, nə də əvvəlki fəaliyyəti maliyyələşdirilən layihənin mövzusu ilə uyğun gəlir. Bu isə artıq təsadüf yox, sistemli səriştəsizliyin göstəricisidir.
Bu mənzərənin ən bariz nümunələrindən biri “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyidir. QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu təşkilatın “Ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlili” adlı layihəsinə 8 000 manat qrant ayırıb.
Əvvəlcə layihənin adına baxaq. Layihənin adı birbaşa natamamdır, qeyri-müəyyəndir və peşəkar redaktədən keçmədiyi açıq-aşkar görünür. Hansı ərazi? Hansı suverenlik? Hansı bərpa prosesi? Sözsüz ki, biz bilirik söhbət ölkəmizdən gedir. Amma kənar bir şəxs oxuduqda söhbətin nədən getdiyini anlamayacaq. Agentlik bu qədər strateji mövzuda olan bir layihənin adını belə dəqiqləşdirməyə ehtiyac duymayıbsa, layihənin məzmunu necə qiymətləndirilib?
“Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyi uzun illərdir uşaqlarla bağlı sosial və humanitar layihələrlə məşğul olur. Bu fakt açıq mənbələrdə də təsdiqini tapır. İndi isə birdən-birə təşkilat dövlətin ərazi bütövlüyü və suverenliyinin bərpası kimi son dərəcə mürəkkəb, siyasi-hüquqi və analitik yanaşma tələb edən bir mövzunun “təhlili” ilə məşğul olur(?)
Haqlı suallar ortaya çıxır:
Təşkilatın bu sahədə nə təcrübəsi var?
Layihəni icra edən şəxslər hansı elmi, hüquqi və ya analitik bazaya malikdir?
QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu uyğunluğu necə və kim vasitəsilə yoxlayıb? Yoxsa, ümumiyyətlə yoxlamayıb?
Agentlik rəsmiləri tədbirlərdə “layihələrin təşkilatların məqsədlərinə uyğunluğu ciddi yoxlanılır” deməkdən yorulmurlar. Lakin faktlar göstərir ki, bu yoxlama ya kağız üzərində aparılır, ya da ümumiyyətlə aparılmır. Əks halda uşaq təşkilatına “suverenlik prosesinin təhlili” kimi bir layihə necə keçə bilərdi?
Bu vəziyyətdə artıq söhbət təkcə təcrübəsizlikdən getmir. Bu, ya qeyri-peşəkar ekspert qiymətləndirməsinin, ya formalist yanaşmanın, ya da məsuliyyətsiz qərarvermənin nəticəsidir.
Ən narahatedici məqam isə budur: bu cür qərarların arxasında konkret məsul şəxslər var, lakin məsuliyyət anlayışı Agentliyin qrant siyasətində görünmür. Ekspertlər kimdir? Onların səriştəsi necə müəyyən edilir? Bu uyğunluq meyarlarını kim nəzarətdə saxlayır?
Bu suallar cavabsız qaldıqca, QHT sektorunda şəffaflıqdan, ədalətli rəqabətdən danışmaq sadəlövhlükdür.
Yenixeber.org olaraq sözügedən layihənin nəticələri ilə tanış olmaq üçün geniş araşdırma apardıq. Açıq mənbələr, media, Agentliyin saytı, sosial platformalar - heç bir yerdə hər hansı materiala rast gəlinmədi. Nə hesabat var, nə təqdimat, nə də ictimai müzakirə.
Bu zaman məntiqi və son dərəcə ciddi suallar yaranır:
· Bu “təhlil” ümumiyyətlə aparılıbmı?
· Aparılıbsa, niyə ictimaiyyətə açıqlanmayıb?
· Bu layihə məxfi xarakter daşıyırmı?
· Əgər açıq qrant layihəsidirsə və dövlət vəsaiti hesabına maliyyələşibsə, nəticələr haradadır və kim üçündür?
Bir daha vurğulayaq: məsələ “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyində deyil. Problem QHT-lərə Dövlət Dəstəyi Agentliyinin öz funksiyasını necə yerinə yetirməsindədir. Agentlik bu cür qərarlarla həm dövlət vəsaitinin səmərəliliyinə kölgə salır, həm də QHT sektorunu ictimaiyyət qarşısında gözdən salır.
Əgər QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu yanaşmanı davam etdirəcəksə, onda verdiyi bütün bəyanatlar sadəcə pərdə, qrant müsabiqələri isə formallıq təsiri bağışlayacaq.
İctimai vəsaitin taleyi bu qədər məsuliyyətsiz yanaşmaya qurban verilə bilməz. Cəmiyyətin Agentlikdən tələb etdiyi tək şey var: şəffaflıq, peşəkarlıq və cavabdehlik. Bunlar olmadıqda isə tənqid qaçılmazdır.(Yenixeber.org)
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

QHT Agentliyinin “Məlahətli Ana” seçimi -Dövlət suverenliyi necə təhlil edilir?
Əgər açıq qrant layihəsidirsə və dövlət vəsaiti hesabına maliyyələşibsə, nəticələr haradadır və kim üçündür?Duzxeber.az: - QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsi bir daha göstərdi ki, qurumun səsləndirdiyi pafoslu bəyanatlarla real qərarları arasında dərin uçurum mövcuddur. Agentlik rəsmiləri hər fürsətdə Nazirlər Kabinetinin təsdiq etdiyi qrant qaydalarına istinad edərək iddia edirlər ki, qrantlar yalnız QHT-lərin məqsəd və vəzifələrinə uyğun, onların əvvəlki təcrübəsi və digər tələblər nəzərə alınmaqla verilir. Lakin müsabiqənin nəticələri bu iddiaların ən yaxşı halda formal, ən pis halda isə ictimaiyyəti aldatmağa hesablandığını göstərir.
2025-ci il qrant siyahısına nəzər salmaq kifayətdir ki, Agentliyin “ciddi təhlil” iddialarının nə qədər boş olduğu üzə çıxsın. Onlarla QHT var ki, nə təşkilatın adı, nə nizamnamə məqsədi, nə də əvvəlki fəaliyyəti maliyyələşdirilən layihənin mövzusu ilə uyğun gəlir. Bu isə artıq təsadüf yox, sistemli səriştəsizliyin göstəricisidir.
Bu mənzərənin ən bariz nümunələrindən biri “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyidir. QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu təşkilatın “Ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlili” adlı layihəsinə 8 000 manat qrant ayırıb.
Əvvəlcə layihənin adına baxaq. Layihənin adı birbaşa natamamdır, qeyri-müəyyəndir və peşəkar redaktədən keçmədiyi açıq-aşkar görünür. Hansı ərazi? Hansı suverenlik? Hansı bərpa prosesi? Sözsüz ki, biz bilirik söhbət ölkəmizdən gedir. Amma kənar bir şəxs oxuduqda söhbətin nədən getdiyini anlamayacaq. Agentlik bu qədər strateji mövzuda olan bir layihənin adını belə dəqiqləşdirməyə ehtiyac duymayıbsa, layihənin məzmunu necə qiymətləndirilib?
“Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyi uzun illərdir uşaqlarla bağlı sosial və humanitar layihələrlə məşğul olur. Bu fakt açıq mənbələrdə də təsdiqini tapır. İndi isə birdən-birə təşkilat dövlətin ərazi bütövlüyü və suverenliyinin bərpası kimi son dərəcə mürəkkəb, siyasi-hüquqi və analitik yanaşma tələb edən bir mövzunun “təhlili” ilə məşğul olur(?)
Haqlı suallar ortaya çıxır:
Təşkilatın bu sahədə nə təcrübəsi var?
Layihəni icra edən şəxslər hansı elmi, hüquqi və ya analitik bazaya malikdir?
QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu uyğunluğu necə və kim vasitəsilə yoxlayıb? Yoxsa, ümumiyyətlə yoxlamayıb?
Agentlik rəsmiləri tədbirlərdə “layihələrin təşkilatların məqsədlərinə uyğunluğu ciddi yoxlanılır” deməkdən yorulmurlar. Lakin faktlar göstərir ki, bu yoxlama ya kağız üzərində aparılır, ya da ümumiyyətlə aparılmır. Əks halda uşaq təşkilatına “suverenlik prosesinin təhlili” kimi bir layihə necə keçə bilərdi?
Bu vəziyyətdə artıq söhbət təkcə təcrübəsizlikdən getmir. Bu, ya qeyri-peşəkar ekspert qiymətləndirməsinin, ya formalist yanaşmanın, ya da məsuliyyətsiz qərarvermənin nəticəsidir.
Ən narahatedici məqam isə budur: bu cür qərarların arxasında konkret məsul şəxslər var, lakin məsuliyyət anlayışı Agentliyin qrant siyasətində görünmür. Ekspertlər kimdir? Onların səriştəsi necə müəyyən edilir? Bu uyğunluq meyarlarını kim nəzarətdə saxlayır?
Bu suallar cavabsız qaldıqca, QHT sektorunda şəffaflıqdan, ədalətli rəqabətdən danışmaq sadəlövhlükdür.
Yenixeber.org olaraq sözügedən layihənin nəticələri ilə tanış olmaq üçün geniş araşdırma apardıq. Açıq mənbələr, media, Agentliyin saytı, sosial platformalar - heç bir yerdə hər hansı materiala rast gəlinmədi. Nə hesabat var, nə təqdimat, nə də ictimai müzakirə.
Bu zaman məntiqi və son dərəcə ciddi suallar yaranır:
· Bu “təhlil” ümumiyyətlə aparılıbmı?
· Aparılıbsa, niyə ictimaiyyətə açıqlanmayıb?
· Bu layihə məxfi xarakter daşıyırmı?
· Əgər açıq qrant layihəsidirsə və dövlət vəsaiti hesabına maliyyələşibsə, nəticələr haradadır və kim üçündür?
Bir daha vurğulayaq: məsələ “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyində deyil. Problem QHT-lərə Dövlət Dəstəyi Agentliyinin öz funksiyasını necə yerinə yetirməsindədir. Agentlik bu cür qərarlarla həm dövlət vəsaitinin səmərəliliyinə kölgə salır, həm də QHT sektorunu ictimaiyyət qarşısında gözdən salır.
Əgər QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu yanaşmanı davam etdirəcəksə, onda verdiyi bütün bəyanatlar sadəcə pərdə, qrant müsabiqələri isə formallıq təsiri bağışlayacaq.
İctimai vəsaitin taleyi bu qədər məsuliyyətsiz yanaşmaya qurban verilə bilməz. Cəmiyyətin Agentlikdən tələb etdiyi tək şey var: şəffaflıq, peşəkarlıq və cavabdehlik. Bunlar olmadıqda isə tənqid qaçılmazdır.(Yenixeber.org)
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

Oxşar xəbərlər
-
21.01.2026Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR -
17.01.2026Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur? - FOTOLAR -
6.01.2026Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –TƏFƏRRÜAT -
1.01.2026Aygün Əliyevanın təkbaşına idarəçiliyinə son qoyuldu -TƏFSİLAT -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



