13.02.2026
Duzxeber.az: - Bakı İnzibati Məhkəməsinin (BİM) qeyri-prosessual özbaşınalığı , inzibati orqanların buyruğu ilə oturub-durması (halbuki əksinə olmalıdır, hamı məhkəmənin göstərişi ilə oturub- durmalıdır) elə hədsizliyə çatıb ki, tələbkarın məhkəməyə (icranı tələb edən) müraciətinə qadağa qoyulub.
Bu sətirlər tanınmış jurnalist Məğrur Bədəlsoyun Yenixeber.org-a ünvanladığı yazıda yer alır:
Məhkəmə hakimiyyətinin icra hakimiyyətinin “şilləvuranı” rolunda çıxış etməsi acı gerçəklikdir. Maddi hüquq normalarının pozulmasını bir yana qoyaq, məhkəmələrin prosessual normaları ayaqlaması artıq normaya çevrilib. Qeyri-prosessual özbaşınalığa baxın, məhkəmə (Nəsimi ya Nərimanov, ya da Füzuli, Nizami, Xətai fərqi yoxdur hansı şair, filosofun adını daşısın), hakim ( Vüsalə Musayeva olsun, ya Solmaz Ədilova, Qumru Əliyeva, Həqiqət Əhmədova, ya bir başqası , elə böyük önəm daşımır) işi yekunlaşdırıb müşavirə otağına qərarını hazırlamağa gedir və ... OTAQDAN yeni İCLAS TƏYİN EDİR!(?). Bu qeyri-prosessuallığa, dünya birliyi , Avropa Şurası hələ soraqsız olsa da, milli hökumətimiz, Məhkəmə Hüquq Şurası 11 aydır susur.
Bakı İnzibati Məhkəməsinin (BİM) qeyri-prosessual özbaşınalığı , inzibati orqanların buyruğu ilə oturub-durması (halbuki əksinə olmalıdır, hamı məhkəmənin göstərişi ilə oturub- durmalıdır) elə hədsizliyə çatıb ki, tələbkarın məhkəməyə (icranı tələb edən) müraciətinə qadağa qoyulub. Halbuki qanunvericilik tələbkar ərizə vermədikdə belə MƏHKƏMƏNİN xidməti vəzifəsinə görə İCRA HAQQINDA QƏRARDAD çıxarmalı olmasını diqtə edir. Bəs məhkəməyə müraciətə qadağanı , Konstitusiyaya (2025-Konstitusiya ilində, ya öncə, ya da sonra, önəm daşımır) hörmətsizliyi kim aradan qaldırmalıdır? Hamı yaxasını kənara çəkir, prokurorluq Məhkəmə Hüquq Şurasını (MHŞ) nişan verir (halbuki özü Şuraya müraciət etməlidi(r), MHŞ “Elektron məhkəmə” sisteminin yalnız (?) iddialar üçün nəzərdə tutulduğunu (?) BİM-ə istinadla bildirir. Halbuki, qanunvericiliyin tələbinə görə, bütün sənədlər məhkəməyə elektron kabinetdən təqdim olunur və başqa cür verilməsi tələb oluna bilməz. Belə çıxılmaz, hüquqsuz durumdan necə çıxmaq olar? Əlbəttə, MHŞ-ya qarşı BİM-də iddia qaldırmaqla! Çıxılmazlığa, hüquqsuzluğa baxın, BİM-in məhkəməyə müraciətə qadağa qoyması özbaşınalığına qiymət verməkdən imtinaya görə MHŞ-ya qarşı BİM-ə müraciət etmək! Hüquq dilində buna nə deyilir, kazus, yoxsa “səndən sənə şikayətim var”?
BİM-in vəzifəsindən qeyri-prosessual istifadəsindən dəyən ziyanın Maliyyə Nazirliyi vasitəsilə ödənməsi tələbi ilə Nəsimi və ya Nərimanov məhkəməsinə müraciət etməkdən özgə yol qalmadığından tələbkar 4 ay qabaq hər iki məhkəmənin “qapısını döyüb”. Nərimanov (h. Solmaz Ədilova) və Nəsimi (h. Vüsalə Musayeva) məhkəmələri icraata qəbuldan imtina edib və 2,5 aydan sonra (halbuki maksimal müddət on gündür) , o da MHŞ-ya, MM-ə, PA-ya iki aylıq şikayətlər sonucunda işi Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Apellyasiya instansiyası qeyri-prosessual özbaşınalığa qiymət verməyə borclu olsa da, əksinə, özü elə qeyri-prosessual özbaşınalığa əl atıb ki!.. Özbaşınalığa baxın, tələbkar məhkəməyə müraciətinə qadağadan şikayət edir, iş onu məhkəməyə müraciətinə görə yatağında 400 manat cərimə edən qərəz heyətinə (Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadə, Rəşid Səmədov (sədrlik edən) , iş 514) verilir!(?) Nə etiraza baxılır, nə işə baxma aktı çıxarılır, nə də Ali Məhkəmənin formalaşdırdığı vahid məhkəmə təcrübəsinə. Digər heyətin (Günel Abbasova, Fuad Talışinski və b.) eyni özbaşınalığı da MHŞ-nın araşdırma aparmasına əsasdır. Məhkəmə heyəti 11.02.2026-cı ilə gecə yarısına (saat 00-00-a) yazılı icraat (mahiyyət) təyin edilməsi (?) barədə məlumat verib və yekun akt çıxardığını (?) “E-məhkəmə” sistemindən bildirib.
Məhkəmə işə gecə yarısı baxır? -Bakı Apellyasiya Məhkəməsi gecə 12-də yazılı icraatda akt çıxarıb (?)

Məhkəməyə müraciətinə qadağa qoyulan tələbkar 3 gündür GECƏ YARISI 3 HAKİMİN YAZILI İCRAATDA YEKUN AKTI NECƏ ÇIXARDIĞINI anlamaqda aciz qalıb. (Vüsalə Musayeva da gecə akt çıxardığını bildirib, amma “barıtı az edib”, düz gecə 12-yə salmayıb) “Barıtı bu qədər çox etməyin” məhkəmə hüquq sisteminə nə töhfəsi ola bilər?
Sual ritorik deyil, cavab tələb edir. Di gəl kim verəcək? MHŞ, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, prokurorluq, ombudsman, yoxsa ?(Yenixeber.org)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Duzxeber.az: - Bakı İnzibati Məhkəməsinin (BİM) qeyri-prosessual özbaşınalığı , inzibati orqanların buyruğu ilə oturub-durması (halbuki əksinə olmalıdır, hamı məhkəmənin göstərişi ilə oturub- durmalıdır) elə hədsizliyə çatıb ki, tələbkarın məhkəməyə (icranı tələb edən) müraciətinə qadağa qoyulub.Bu sətirlər tanınmış jurnalist Məğrur Bədəlsoyun Yenixeber.org-a ünvanladığı yazıda yer alır:

Oxşar xəbərlər
-
31.01.2026Leyla Əliyeva Cenevrədə müzakirələrdə iştirak etdi - FOTOLAR -
30.01.2026Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar -
26.01.2026“Tovuzdakı sifarişli “YANĞININ” və qətnamənin arxasında BAZARKOM DAYANIR” - MƏMMƏD Tağıyev // VİDEO -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi