20.02.2026
Duzxeber.az: - QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı əvvəlki araşdırmalarımızda ortaya çıxardığımız faktlar göstərir ki, burada təkcə səriştəsizlik və məsuliyyətsizlik deyil, sistemli xarakter daşıyan qanunsuzluq mövcuddur. Yenixeber.org: Agentliyin istinad etdiyi əsas normativ sənəd – Nazirlər Kabineti tərəfindən 14 sentyabr 2023-cü il tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi Qaydası” – faktiki olaraq tətbiq edilmir.
Həmin Qaydaların 3.1.1, 4.1.1 və 5.1.1-ci maddələrində açıq şəkildə göstərilir ki, kiçik, orta və böyük qrant müsabiqələrində təqdim olunan layihələr QHT-nin nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olmalıdır. Bu norma formal deyil, əsas şərtdir. Çünki QHT-lərin hüquqi statusu və fəaliyyət sferası onların dövlət qeydiyyatı zamanı təqdim etdikləri nizamnamə ilə müəyyən olunur. Dövlət vəsaitinin ayrılması isə məhz bu hüquqi çərçivəyə uyğun həyata keçirilməlidir.
Lakin 2025-ci ilin qrant müsabiqəsinin nəticələrini təhlil etdikdə mənzərə tam fərqlidir. Aydın olur ki, bir çox hallarda maliyyələşdirilən layihələr nə təşkilatın nizamnamə məqsədlərinə, nə də adına uyğun gəlir. Bu isə təsadüfi texniki səhv deyil, sistemli hüquq pozuntusudur.
Məsələn:
“Kitab Yayımı İşinin İnkişafına Dəstək” İctimai Birliyi – “Bölgələrdə hibrid təhdidlər əleyhinə maarifləndirmə” layihəsi;
“İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi – “Şəhid Ülvi Qulamlı xatirələrdə” layihəsi;
“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi – “Qərbi azərbaycanlıların Qars köçü” layihəsi;
“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi – “Böyük Qayıdışa hazırlaşan keçmiş köçkünlərlə iş” layihəsi;
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi – “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi.
Bu layihələrin mövzusu və ictimai əhəmiyyəti ilə bağlı heç bir irad ola bilməz. Eyni şəkildə, həmin layihələri icra edən QHT-lərin fəaliyyətini də hədəfə almaq niyyətində deyilik. Problem layihələrin mahiyyətində deyil – problem onların hüquqi əsaslandırılmadan, Qaydaların açıq-aşkar pozulması ilə maliyyələşdirilməsindədir.
Əgər Qaydalar açıq şəkildə layihələrin nizamnaməyə uyğunluğunu tələb edirsə, o zaman bu uyğunluq necə yoxlanılıb? Yoxlanılmayıbsa – bu səhlənkarlıqdır. Yoxlanılıb və yenə də maliyyələşdirilibsə – bu artıq qanun pozuntusudur.
Sükutun məsuliyyəti və sistemli təkrarlanan pozuntular
Daha düşündürücü məqam isə odur ki, bu pozuntular təkcə 2025-ci il müsabiqəsinə aid deyil. Yenixeber.org olaraq bu istiqamətdə araşdırmalarımızla məlum olur ki, qaydalar təsdiq olunduğu tarixdən – 14 sentyabr 2023-cü ildən bu günə qədər keçirilmiş müsabiqələrin hamısında oxşar hallar müşahidə olunur. Bu isə problemin epizodik deyil, sistemli xarakter daşıdığını göstərir.
Agentliyin rəsmilərinin pafoslu çıxışlarında şəffaflıqdan, obyektivlikdən, qanunçuluqdan bəhs olunur. Lakin faktlar göstərir ki, Qaydalar real hüquqi mexanizm kimi deyil, formal istinad sənədi kimi istifadə olunur. Sanki sənəd yalnız mövcuddur ki, qərarların arxasında hüquqi pərdə yaratsın. Halbuki normativ aktın mövcudluğu onun icrasını zəruri edir. Əks halda, bu, hüquqi nihilizmin açıq təzahürüdür.
Daha bir təhlükəli məqam isə ondan ibarətdir ki, heç bir QHT açıq şəkildə bu problemi qaldırmağa cəsarət etmir. Çünki praktikada belə bir addımın nəticəsi qrant müsabiqələrindən kənarlaşdırılma və müxtəlif inzibati çətinliklərlə üzləşmə riski deməkdir. Məsələn: Ədliyyə Nazirliyi tərəfindən reyestr çıxarışının verilməməsi. Bu isə sağlam rəqabət mühitini və vətəndaş cəmiyyəti institutlarının müstəqilliyini faktiki olaraq iflic edir.
Hər il eyni ssenari təkrarlanır. Eyni tip pozuntular baş verir. Lakin nə daxili nəzarət mexanizmi, nə də kənar audit və ya digər dövlət qurumları tərəfindən effektiv hüquqi qiymət verilir. Halbuki hər bir qanun pozuntusu konkret vəzifəli şəxsin məsuliyyəti deməkdir. Qaydaların açıq şəkildə pozulduğu halda heç kimin məsuliyyətə cəlb olunmaması isə cəzasızlıq mühiti yaradır.
Əgər normativ sənəd qüvvədədirsə, ona əməl olunmalıdır. Əgər əməl olunmursa, o zaman ya sənəd ləğv edilməli, ya da pozuntulara hüquqi qiymət verilməlidir. Əks halda, dövlət vəsaitinin bölüşdürülməsi prosesi hüquqi çərçivədən kənara çıxır və bu, artıq təkcə idarəetmə problemi deyil – hüquqi dövlət prinsipinə zidd olan ciddi sistem böhranıdır.(Yenixeber.org)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -Bu, hüquqi nihilizmdir
Duzxeber.az: - QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı əvvəlki araşdırmalarımızda ortaya çıxardığımız faktlar göstərir ki, burada təkcə səriştəsizlik və məsuliyyətsizlik deyil, sistemli xarakter daşıyan qanunsuzluq mövcuddur. Yenixeber.org: Agentliyin istinad etdiyi əsas normativ sənəd – Nazirlər Kabineti tərəfindən 14 sentyabr 2023-cü il tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi Qaydası” – faktiki olaraq tətbiq edilmir.Həmin Qaydaların 3.1.1, 4.1.1 və 5.1.1-ci maddələrində açıq şəkildə göstərilir ki, kiçik, orta və böyük qrant müsabiqələrində təqdim olunan layihələr QHT-nin nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olmalıdır. Bu norma formal deyil, əsas şərtdir. Çünki QHT-lərin hüquqi statusu və fəaliyyət sferası onların dövlət qeydiyyatı zamanı təqdim etdikləri nizamnamə ilə müəyyən olunur. Dövlət vəsaitinin ayrılması isə məhz bu hüquqi çərçivəyə uyğun həyata keçirilməlidir.
Lakin 2025-ci ilin qrant müsabiqəsinin nəticələrini təhlil etdikdə mənzərə tam fərqlidir. Aydın olur ki, bir çox hallarda maliyyələşdirilən layihələr nə təşkilatın nizamnamə məqsədlərinə, nə də adına uyğun gəlir. Bu isə təsadüfi texniki səhv deyil, sistemli hüquq pozuntusudur.
Məsələn:
“Kitab Yayımı İşinin İnkişafına Dəstək” İctimai Birliyi – “Bölgələrdə hibrid təhdidlər əleyhinə maarifləndirmə” layihəsi;
“İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi – “Şəhid Ülvi Qulamlı xatirələrdə” layihəsi;
“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi – “Qərbi azərbaycanlıların Qars köçü” layihəsi;
“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi – “Böyük Qayıdışa hazırlaşan keçmiş köçkünlərlə iş” layihəsi;
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi – “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi.
Bu layihələrin mövzusu və ictimai əhəmiyyəti ilə bağlı heç bir irad ola bilməz. Eyni şəkildə, həmin layihələri icra edən QHT-lərin fəaliyyətini də hədəfə almaq niyyətində deyilik. Problem layihələrin mahiyyətində deyil – problem onların hüquqi əsaslandırılmadan, Qaydaların açıq-aşkar pozulması ilə maliyyələşdirilməsindədir.
Əgər Qaydalar açıq şəkildə layihələrin nizamnaməyə uyğunluğunu tələb edirsə, o zaman bu uyğunluq necə yoxlanılıb? Yoxlanılmayıbsa – bu səhlənkarlıqdır. Yoxlanılıb və yenə də maliyyələşdirilibsə – bu artıq qanun pozuntusudur.
Sükutun məsuliyyəti və sistemli təkrarlanan pozuntular
Daha düşündürücü məqam isə odur ki, bu pozuntular təkcə 2025-ci il müsabiqəsinə aid deyil. Yenixeber.org olaraq bu istiqamətdə araşdırmalarımızla məlum olur ki, qaydalar təsdiq olunduğu tarixdən – 14 sentyabr 2023-cü ildən bu günə qədər keçirilmiş müsabiqələrin hamısında oxşar hallar müşahidə olunur. Bu isə problemin epizodik deyil, sistemli xarakter daşıdığını göstərir.
Agentliyin rəsmilərinin pafoslu çıxışlarında şəffaflıqdan, obyektivlikdən, qanunçuluqdan bəhs olunur. Lakin faktlar göstərir ki, Qaydalar real hüquqi mexanizm kimi deyil, formal istinad sənədi kimi istifadə olunur. Sanki sənəd yalnız mövcuddur ki, qərarların arxasında hüquqi pərdə yaratsın. Halbuki normativ aktın mövcudluğu onun icrasını zəruri edir. Əks halda, bu, hüquqi nihilizmin açıq təzahürüdür.
Daha bir təhlükəli məqam isə ondan ibarətdir ki, heç bir QHT açıq şəkildə bu problemi qaldırmağa cəsarət etmir. Çünki praktikada belə bir addımın nəticəsi qrant müsabiqələrindən kənarlaşdırılma və müxtəlif inzibati çətinliklərlə üzləşmə riski deməkdir. Məsələn: Ədliyyə Nazirliyi tərəfindən reyestr çıxarışının verilməməsi. Bu isə sağlam rəqabət mühitini və vətəndaş cəmiyyəti institutlarının müstəqilliyini faktiki olaraq iflic edir.
Hər il eyni ssenari təkrarlanır. Eyni tip pozuntular baş verir. Lakin nə daxili nəzarət mexanizmi, nə də kənar audit və ya digər dövlət qurumları tərəfindən effektiv hüquqi qiymət verilir. Halbuki hər bir qanun pozuntusu konkret vəzifəli şəxsin məsuliyyəti deməkdir. Qaydaların açıq şəkildə pozulduğu halda heç kimin məsuliyyətə cəlb olunmaması isə cəzasızlıq mühiti yaradır.
Əgər normativ sənəd qüvvədədirsə, ona əməl olunmalıdır. Əgər əməl olunmursa, o zaman ya sənəd ləğv edilməli, ya da pozuntulara hüquqi qiymət verilməlidir. Əks halda, dövlət vəsaitinin bölüşdürülməsi prosesi hüquqi çərçivədən kənara çıxır və bu, artıq təkcə idarəetmə problemi deyil – hüquqi dövlət prinsipinə zidd olan ciddi sistem böhranıdır.(Yenixeber.org)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Oxşar xəbərlər
-
6.02.2026QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -FOTOLAR -
30.01.2026QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT -
26.01.2026QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -FOTOLAR -
17.01.2026Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur? - FOTOLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə



