30.01.2026
Qrant mexanizmi dövlət siyasətinin aləti olmaqdan çıxıb, dar bir qrupun nəzarət etdiyi paylama mexanizminə çevrilib.
Duzxeber.az: - QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin nəticələrinin təhlili göstərir ki, bu proses artıq sadəcə qeyri-peşəkarlıq deyil, açıq şəkildə sistemli nəzarətsizlik və qanunvericiliyin formal xarakter daşıması səviyyəsinə çatıb. Araşdırmalarımız zamanı üzə çıxan faktlar dövlət büdcəsindən ayrılan vəsaitlərin hansı prinsiplərlə paylanması sualını daha da kəskinləşdirir və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin hüquqi əsaslarını ciddi şəkildə şübhə altına alır.
Şübhəli layihələrlə qrant alan təşkilatlardan biri də, “İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyidir. Təşkilatın adında və nizamnamə məqsədlərində innovativ media, jurnalistika, informasiya mühitinin inkişafı və jurnalist peşəkarlığının artırılması kimi istiqamətlər ön plana çıxır. Lakin Agentlik tərəfindən bu təşkilata ayrılmış qrant layihəsinin adı “Piylənməyə qarşı velohərəkat”dır. Layihənin məqsədi kimi piylənmənin yaratdığı təhlükələr, onun qarşısının alınması yolları və velosiped sürmənin təşviqi göstərilir.

Elə buradaca suallar doğur: media və jurnalistika yönümlü bir QHT-nin səhiyyə və fiziki aktivlik mövzusunda layihə icra etməsi hansı hüquqi və institusional əsaslara söykənir? Bu uyğunluğu kim qiymətləndirib? Yoxsa ümumiyyətlə qiymətləndirmə aparılmayıb?
Nazirlər Kabinetinin təsdiq etdiyi qrant qaydaları bu məsələdə kifayət qədər aydındır. Qaydaların 3.1.1, 4.1.1 və 5.1.1-ci maddələrinə əsasən layihələr QHT-lərin nizamnaməsindəki fəaliyyət istiqamətinə uyğun olmalıdır. Bir sözlə bu uyğunluq əsas meyar kimi göstərilir. Bu maddələr kağız üzərində qalırsa, o zaman qrant mexanizmi hüquqi alət deyil, formal prosedura çevrilmiş olur.
Araşdırmalarımızla açıq mənbələrdə bu layihənin icrası ilə bağlı yerləşdirilmiş qısa və qeyri-müəyyən bir məlumat aşkar edildi. Məlumatda layihənin guya icra olunduğu və “uğurla başa çatdığı” qeyd edilir. Əlavə olaraq təqdim edilən bir fotoşəkil isə ciddi şübhələr doğurur. Şəkil bulanıqdır, uzaq məsafədən çəkilib və açıq-aşkar başqa bir tədbirə aid olduğu təəssüratı yaradır. Ciddi və real layihə icra edən təşkilatlar adətən tədbirin gedişini əks etdirən bir neçə aydın foto, iştirakçı siyahısı, məkan və tarixlə bağlı konkret məlumatlar təqdim edir. Burada isə bunların heç biri yoxdur(?)
Bu vəziyyət belə bir ehtimal yaradır ki, layihə ya formal şəkildə icra olunub, ya da ümumiyyətlə icra edilmədən hesabatlaşdırılıb. Hər iki halda məsuliyyət yalnız QHT-nin üzərində deyil. Əsas məsuliyyət bu layihəni uyğun hesab edən, maliyyələşdirən və icrasına nəzarət etməli olan QHT-lərə Dövlət Dəstəyi Agentliyinin üzərinə düşür.
Daha ciddi problem isə sistemlidir. Yenixeber.org olaraq apardığımız araşdırmalarla məlum olur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyində qrantların paylanması zamanı əsas meyar layihənin keyfiyyəti, məqsədlərə uyğunluğu və ictimai faydası deyil. Əsas məsələ təşkilatın kimə və hansı çevrəyə bağlı olmasıdır. Ekspert qiymətləndirməsi institutu faktiki olaraq ya səriştəsiz şəxslərin əlindədir, ya da formal xarakter daşıyır. Layihələrin məzmunu ya oxunmur, ya da bilərəkdən görməzlikdən gəlinir.
Nəticədə qrant mexanizmi dövlət siyasətinin aləti olmaqdan çıxıb, dar bir qrupun nəzarət etdiyi paylama mexanizminə çevrilib. Dövlət büdcəsindən ayrılan vəsaitlər səmərəsiz şəkildə xərclənir, ictimai nəzarət isə demək olar ki, yoxdur. Bu isə artıq təkcə bir layihə və ya bir QHT məsələsi deyil, dövlət maliyyəsinin idarə olunması ilə bağlı ciddi institusional böhrandır.
Ortaya çıxan mənzərə onu göstərir ki, dövlət QHT-lərə Dövlət Dəstəyi Agentliyi üzərində real nəzarət funksiyasını ya itirib, ya da bu nəzarət qəsdən tətbiq edilmir. Dövlət büdcəsinin taleyi ilə bağlı suallar cavabsız qalır. Kimlərsə bu proseslərə göz yumur, ya da birbaşa məsuliyyətdən yayınır. Əgər bu faktlar araşdırılmırsa və hüquqi qiymət verilmirsə, o zaman cəmiyyətdə haqlı olaraq belə bir fikir formalaşır: dövlət büdcəsi ictimai maraqlar üçün deyil, müəyyən maraq qrupları üçün xərclənir.
Bu vəziyyətin dəyişməsi üçün kosmetik islahatlar deyil, real audit, şəffaflıq və hüquqi məsuliyyət mexanizmləri lazımdır. Əks halda “qrant” anlayışı ictimai faydanın deyil, talanın sinoniminə çevriləcək.(Yenixeber.org)
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
Qrant mexanizmi dövlət siyasətinin aləti olmaqdan çıxıb, dar bir qrupun nəzarət etdiyi paylama mexanizminə çevrilib.Duzxeber.az: - QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin nəticələrinin təhlili göstərir ki, bu proses artıq sadəcə qeyri-peşəkarlıq deyil, açıq şəkildə sistemli nəzarətsizlik və qanunvericiliyin formal xarakter daşıması səviyyəsinə çatıb. Araşdırmalarımız zamanı üzə çıxan faktlar dövlət büdcəsindən ayrılan vəsaitlərin hansı prinsiplərlə paylanması sualını daha da kəskinləşdirir və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin hüquqi əsaslarını ciddi şəkildə şübhə altına alır.
Şübhəli layihələrlə qrant alan təşkilatlardan biri də, “İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyidir. Təşkilatın adında və nizamnamə məqsədlərində innovativ media, jurnalistika, informasiya mühitinin inkişafı və jurnalist peşəkarlığının artırılması kimi istiqamətlər ön plana çıxır. Lakin Agentlik tərəfindən bu təşkilata ayrılmış qrant layihəsinin adı “Piylənməyə qarşı velohərəkat”dır. Layihənin məqsədi kimi piylənmənin yaratdığı təhlükələr, onun qarşısının alınması yolları və velosiped sürmənin təşviqi göstərilir.
Elə buradaca suallar doğur: media və jurnalistika yönümlü bir QHT-nin səhiyyə və fiziki aktivlik mövzusunda layihə icra etməsi hansı hüquqi və institusional əsaslara söykənir? Bu uyğunluğu kim qiymətləndirib? Yoxsa ümumiyyətlə qiymətləndirmə aparılmayıb?
Nazirlər Kabinetinin təsdiq etdiyi qrant qaydaları bu məsələdə kifayət qədər aydındır. Qaydaların 3.1.1, 4.1.1 və 5.1.1-ci maddələrinə əsasən layihələr QHT-lərin nizamnaməsindəki fəaliyyət istiqamətinə uyğun olmalıdır. Bir sözlə bu uyğunluq əsas meyar kimi göstərilir. Bu maddələr kağız üzərində qalırsa, o zaman qrant mexanizmi hüquqi alət deyil, formal prosedura çevrilmiş olur.
Araşdırmalarımızla açıq mənbələrdə bu layihənin icrası ilə bağlı yerləşdirilmiş qısa və qeyri-müəyyən bir məlumat aşkar edildi. Məlumatda layihənin guya icra olunduğu və “uğurla başa çatdığı” qeyd edilir. Əlavə olaraq təqdim edilən bir fotoşəkil isə ciddi şübhələr doğurur. Şəkil bulanıqdır, uzaq məsafədən çəkilib və açıq-aşkar başqa bir tədbirə aid olduğu təəssüratı yaradır. Ciddi və real layihə icra edən təşkilatlar adətən tədbirin gedişini əks etdirən bir neçə aydın foto, iştirakçı siyahısı, məkan və tarixlə bağlı konkret məlumatlar təqdim edir. Burada isə bunların heç biri yoxdur(?)
Bu vəziyyət belə bir ehtimal yaradır ki, layihə ya formal şəkildə icra olunub, ya da ümumiyyətlə icra edilmədən hesabatlaşdırılıb. Hər iki halda məsuliyyət yalnız QHT-nin üzərində deyil. Əsas məsuliyyət bu layihəni uyğun hesab edən, maliyyələşdirən və icrasına nəzarət etməli olan QHT-lərə Dövlət Dəstəyi Agentliyinin üzərinə düşür.
Daha ciddi problem isə sistemlidir. Yenixeber.org olaraq apardığımız araşdırmalarla məlum olur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyində qrantların paylanması zamanı əsas meyar layihənin keyfiyyəti, məqsədlərə uyğunluğu və ictimai faydası deyil. Əsas məsələ təşkilatın kimə və hansı çevrəyə bağlı olmasıdır. Ekspert qiymətləndirməsi institutu faktiki olaraq ya səriştəsiz şəxslərin əlindədir, ya da formal xarakter daşıyır. Layihələrin məzmunu ya oxunmur, ya da bilərəkdən görməzlikdən gəlinir.
Nəticədə qrant mexanizmi dövlət siyasətinin aləti olmaqdan çıxıb, dar bir qrupun nəzarət etdiyi paylama mexanizminə çevrilib. Dövlət büdcəsindən ayrılan vəsaitlər səmərəsiz şəkildə xərclənir, ictimai nəzarət isə demək olar ki, yoxdur. Bu isə artıq təkcə bir layihə və ya bir QHT məsələsi deyil, dövlət maliyyəsinin idarə olunması ilə bağlı ciddi institusional böhrandır.
Ortaya çıxan mənzərə onu göstərir ki, dövlət QHT-lərə Dövlət Dəstəyi Agentliyi üzərində real nəzarət funksiyasını ya itirib, ya da bu nəzarət qəsdən tətbiq edilmir. Dövlət büdcəsinin taleyi ilə bağlı suallar cavabsız qalır. Kimlərsə bu proseslərə göz yumur, ya da birbaşa məsuliyyətdən yayınır. Əgər bu faktlar araşdırılmırsa və hüquqi qiymət verilmirsə, o zaman cəmiyyətdə haqlı olaraq belə bir fikir formalaşır: dövlət büdcəsi ictimai maraqlar üçün deyil, müəyyən maraq qrupları üçün xərclənir.
Bu vəziyyətin dəyişməsi üçün kosmetik islahatlar deyil, real audit, şəffaflıq və hüquqi məsuliyyət mexanizmləri lazımdır. Əks halda “qrant” anlayışı ictimai faydanın deyil, talanın sinoniminə çevriləcək.(Yenixeber.org)
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.
Oxşar xəbərlər
-
26.01.2026QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -FOTOLAR -
21.01.2026QHT Agentliyinin “Məlahətli Ana” seçimi -Dövlət suverenliyi necə təhlil edilir? -
17.01.2026Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur? - FOTOLAR -
6.01.2026Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –TƏFƏRRÜAT -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
6.08.2026Bakıda ofisdən meyit tapıldı
-
6.08.2026FHN: Küləkli havada dənizə girmək təhlükəlidir
-
6.08.2026Pensiyalar bu tarixdə veriləcək
-
6.08.2026ABŞ-ın Yaxın Şərqdə strateji prioriteti dəyişir: Türkiyə ön planda, İsrail təklənir
-
6.08.2026Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
-
6.08.2026“Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır
-
6.08.2026Tərtərdə ər-arvadın yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
-
6.08.2026Məcburi köçkünlərlə bağlı mühüm dəyişiklik: Bu şəxslərə müavinət verilməyəcək
-
6.08.2026DİN-in tabeliyindəki 3 bağça BŞTİ-yə verildi
-
6.08.2026ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
-
6.08.2026Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı
-
6.08.2026DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
-
6.08.2026Qızıl bahalaşdı
-
6.08.2026Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
-
6.08.2026Rusiyanın ən böyük 5 neft emalı zavodunda biri vuruldu
-
6.08.2026“Qarabağ” - “Dinamo” matçının biletləri satışa çıxarılır
-
6.08.2026Bakıda ticarət mərkəzində faciə – Ölən var
-
6.08.2026Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜLƏR
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov



