2.09.2026

Mərmərədə 2 türk gəmisi toqquşdu: biri 11 dəqiqəyə batdı

Mərmərə dənizində Silivri sahillərində Türkiyə bayrağı altında üzən iki ticarət gəmisi toqquşub.
DuzXeber.az xəbər veri ki, bu barədə İstanbul valiliyi açıqlama yayıb.
Bildirilib ki, Kocaelidən Əliağa limanı istiqamətində Türkiyə bayrağı altında üzən "Alsu" ticarət gəmisi İsgəndərun limanından Karadenizereğliyə gedən Türkiyə bayrağı altında üzən "Tuğberk İmamoğlu" ticarət gəmisi ilə toqquşub.
Hadisə yerli vaxtla saat 03:00-da Silivri sahillərindən 18 mil cənubda baş verib.
Bildirilib ki, hadisə yerinə çoxsaylı dəniz qüvvələri və sahil mühafizəsi helikopteri göndərilib.
Qəza zamanı “Alsu” gəmisinə ziyan dəyməsə də, digər gəminin 10 heyət üzvü ilə əlaqə kəsilib.
Axtrarış-xilasetmə işləri davam etdirilir.
***
Silivri sahillərində batan gəmidən hələlik sağ çıxan yoxdur.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulqadir Uraloğlu bildirib.
O qeyd edib ki, qəza ilə bağlı ilk çağırış saat 03:26-da daxil olub:
“Gəmi cəmi 11 dəqiqə ərzində, çox sürətlə batıb”.

Xəbər lenti