2.09.2026

Bakıda 57 yaşlı kişi skuterden yıxılaraq öldü

Yasamalda 57 yaşlı kişi skuterden yıxılaraq ölüb.
DuzXeber.az xəbər verir ki, Bakı şəhər sakini, 1969-cu il təvəlüdlü Həsən Faiq oğlu Xəlilov paytaxtın Tiflis prospektində idarə etdiyi skuterdən yıxılıb.
Müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilən H.Xəlilov orada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.(Axar.az)

Xəbər lenti