2.09.2026
DuzXeber.az: Bərdə şəhər sakini Qarayeva Kəmalə Yolçu qızı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vüsal Məmmədova müraciət edib. Anaxeberinfo.az məlumat verir ki, vətəndaş müraciətində Bərdə rayon Mərkəzi Xəstəxanasında işləyən Elnurə
Əliyevadan şikayətlənib.
Kəmalə Qarayeva bildirir ki, Elnurə Əliyeva ixtisasca cərrahdır, amma xəstəxanadakı işi icbari tibbi sığorta üçün anketlər yazmaq və xəstələrə göndərməkdir. Vətəndaş qeyd edib ki, Elnurə Əliyeva cərrah işləmir, yalnız anket yazır.
K.Qarayevanın sözlərinə görə, həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkib və dünyasını dəyişib. O, müraciətində başına gələnləri açıqlayıb:
"Elnurə Əliyeva onkoloq olmadığı halda, yoldaşımın analiz kağızlarına baxdı, dedi, onu sağaldacam. Ona bildirdik ki, bu insan onkoloji xəstədir və siz buna müalicə yazırsınız, necə olacaq?
Bildirdi ki, əlbəttə, bilirəm, narahat olma, neçə belə xəstəm olub, bunu da sağaldacam. Mən bildirdim ki, bəlkə bir də müayinə olunsun, kontraskotiya olsun, USM aparatına düşsün. Dedi, narahat olmayın, özüm yönəldəcəm.
Hətta bildirdim ki, ehtiyac varsa, bəlkə Bakıya getsin, kimyaterapiya olunsun? Dedi ki, kimyaterapiyaya ehtiyac yoxdur. Hələ dedi ki, orada kimyaterapiyalıq nə var ki?!"
Şikayətçi bildirib ki, özü və yaxınları Elnurə Əliyevaya dönə-dönə eyni sualı verib:" Soruşduq ki, bu xəstəni saxlaya biləcəksiniz? Hər dəfəsində də qəti şəkildə narahat olmamağa arxayın etdi.
Deməli, xəstələr bu həkimin yanına gəlir. O da xəstələri böyrək həkiminin yanına göndərir. Böyrək həkimi də xəstəyə baxıb resept yazırmış. Xəstələr də yenidən qayıdır bu həkimin yanına. Elnurə həkim böyrək həkiminin yazdığı reseptə baxır, cırıb tullayır, yenidən özü xəstələrə resept yazırmış. Ona bildirdik ki, niyə o biri həkimin yazdıqlarını cırırsınız? Dedi, ondan da yaxşı dərman yazacam".
Şikayətçi bildirib ki,
bir ayın içində xəstə kilo verə bilmədi, yəni arıqlamadı, yeməyindən də qalmadı: "Amma hər şeyi qaydasında olan adamın üç gün içində böyrəkləri işləmədi.
Reseptlərin hamısını aparıb aptekdə satıcıdan maraqlandım ki, bunlar nə üçündür? Aptekdə bildirdilər ki, bu dərmanlar böyrək üçündür. Bu xəstənin limfaları şişmişdi.
İmkan vermədi ki, biz bir başqa həkimin yanına gedək, görək nə idi dərdi... Əgər bu xəstənin böyrəklərində problem var idisə, sən böyrək həkimi deyilsən və niyə qoymursan bu adam böyrək həkiminin yanına getsin? Niyə böyrək həkiminin yazdığı resepti cırıb atırsan?
Bu xəstə kontraskotiyaya düşəndə ona maye içirirlər. O da xəstənin kreatinini yüksəldir. Müayinə vaxtı xəstənin kreatini normal çıxmışdı. Böyrək dayananda isə kreatin qalxır 500-600 olur. Əgər bu xəstənin böyrəyində getdikcə fəaliyyət dayanırdısa, niyə kreatini müayinələrdə yüksək çıxmırdı?
Bu həkimin yazdıqlarından sonra ev dərman, reseptlə dolu olurdu.
Hər həftə yanına çağırırdı. Evdə olan dərmanlardan hər dəfə yeni qutu aldırırdı. Hamısı da firma dərmanları.
Yəni xəstəmiz öz ayağıyla gedib-gəldiyi həkimin müayinələrindən sonra öldü.
Hər gün işinə, bazarlığına, müalicəsinə özü gedən adam idi. Yəni yataq xəstəsi deyildi ki, ölümcül olduğunu deyək. Xəstəliyi olsa da, ağır deyildi və hər işi özü görürdü. Bu Elnurə həkimin yazdığı müalicələrdən sonra 1 ayın içində öldü. Mən Elnurə Əliyevanın fəaliyyətinin araşdırılmasını xahiş edirəm. Onun ixtisası cərrah olduğu halda, onkoloji xəstəni böyrək dərmanları ilə sıradan çıxardı və bizi də sağaldacağına əmin etdi. Nəticəsi də göz qabağındadır. Dövlət orqanları onun dərman firmaları ilə işbirliyini də araşdırmalıdır". (Xalqxeber.az)
Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... - İTTİHAM VAR...
DuzXeber.az: Bərdə şəhər sakini Qarayeva Kəmalə Yolçu qızı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vüsal Məmmədova müraciət edib. Anaxeberinfo.az məlumat verir ki, vətəndaş müraciətində Bərdə rayon Mərkəzi Xəstəxanasında işləyən ElnurəƏliyevadan şikayətlənib.
Kəmalə Qarayeva bildirir ki, Elnurə Əliyeva ixtisasca cərrahdır, amma xəstəxanadakı işi icbari tibbi sığorta üçün anketlər yazmaq və xəstələrə göndərməkdir. Vətəndaş qeyd edib ki, Elnurə Əliyeva cərrah işləmir, yalnız anket yazır.
K.Qarayevanın sözlərinə görə, həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkib və dünyasını dəyişib. O, müraciətində başına gələnləri açıqlayıb:
"Elnurə Əliyeva onkoloq olmadığı halda, yoldaşımın analiz kağızlarına baxdı, dedi, onu sağaldacam. Ona bildirdik ki, bu insan onkoloji xəstədir və siz buna müalicə yazırsınız, necə olacaq?
Bildirdi ki, əlbəttə, bilirəm, narahat olma, neçə belə xəstəm olub, bunu da sağaldacam. Mən bildirdim ki, bəlkə bir də müayinə olunsun, kontraskotiya olsun, USM aparatına düşsün. Dedi, narahat olmayın, özüm yönəldəcəm.
Hətta bildirdim ki, ehtiyac varsa, bəlkə Bakıya getsin, kimyaterapiya olunsun? Dedi ki, kimyaterapiyaya ehtiyac yoxdur. Hələ dedi ki, orada kimyaterapiyalıq nə var ki?!"
Şikayətçi bildirib ki, özü və yaxınları Elnurə Əliyevaya dönə-dönə eyni sualı verib:" Soruşduq ki, bu xəstəni saxlaya biləcəksiniz? Hər dəfəsində də qəti şəkildə narahat olmamağa arxayın etdi.
Deməli, xəstələr bu həkimin yanına gəlir. O da xəstələri böyrək həkiminin yanına göndərir. Böyrək həkimi də xəstəyə baxıb resept yazırmış. Xəstələr də yenidən qayıdır bu həkimin yanına. Elnurə həkim böyrək həkiminin yazdığı reseptə baxır, cırıb tullayır, yenidən özü xəstələrə resept yazırmış. Ona bildirdik ki, niyə o biri həkimin yazdıqlarını cırırsınız? Dedi, ondan da yaxşı dərman yazacam".
Şikayətçi bildirib ki,
bir ayın içində xəstə kilo verə bilmədi, yəni arıqlamadı, yeməyindən də qalmadı: "Amma hər şeyi qaydasında olan adamın üç gün içində böyrəkləri işləmədi.
Reseptlərin hamısını aparıb aptekdə satıcıdan maraqlandım ki, bunlar nə üçündür? Aptekdə bildirdilər ki, bu dərmanlar böyrək üçündür. Bu xəstənin limfaları şişmişdi.
İmkan vermədi ki, biz bir başqa həkimin yanına gedək, görək nə idi dərdi... Əgər bu xəstənin böyrəklərində problem var idisə, sən böyrək həkimi deyilsən və niyə qoymursan bu adam böyrək həkiminin yanına getsin? Niyə böyrək həkiminin yazdığı resepti cırıb atırsan?
Bu xəstə kontraskotiyaya düşəndə ona maye içirirlər. O da xəstənin kreatinini yüksəldir. Müayinə vaxtı xəstənin kreatini normal çıxmışdı. Böyrək dayananda isə kreatin qalxır 500-600 olur. Əgər bu xəstənin böyrəyində getdikcə fəaliyyət dayanırdısa, niyə kreatini müayinələrdə yüksək çıxmırdı?
Bu həkimin yazdıqlarından sonra ev dərman, reseptlə dolu olurdu.
Hər həftə yanına çağırırdı. Evdə olan dərmanlardan hər dəfə yeni qutu aldırırdı. Hamısı da firma dərmanları.
Yəni xəstəmiz öz ayağıyla gedib-gəldiyi həkimin müayinələrindən sonra öldü.
Hər gün işinə, bazarlığına, müalicəsinə özü gedən adam idi. Yəni yataq xəstəsi deyildi ki, ölümcül olduğunu deyək. Xəstəliyi olsa da, ağır deyildi və hər işi özü görürdü. Bu Elnurə həkimin yazdığı müalicələrdən sonra 1 ayın içində öldü. Mən Elnurə Əliyevanın fəaliyyətinin araşdırılmasını xahiş edirəm. Onun ixtisası cərrah olduğu halda, onkoloji xəstəni böyrək dərmanları ilə sıradan çıxardı və bizi də sağaldacağına əmin etdi. Nəticəsi də göz qabağındadır. Dövlət orqanları onun dərman firmaları ilə işbirliyini də araşdırmalıdır". (Xalqxeber.az)
Oxşar xəbərlər
-
15.08.2026Hötenin "FauHötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
13.02.2026Özəl tibb müəssisələrinə onkoloji tibbi xidmət göstərməyə icazə veriləcək -
2.02.2026Onkoloji xəstələr özəl klinikalarda müalicə ala biləcəklər -
27.11.202516 manat sığorta ödənişi bütün işsizlərə aid deyil - Deputat açıqladı
Xəbər lenti
-
2.09.2026167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? – İDDİA
-
2.09.2026Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
-
2.09.2026Prezident müraciət ünvanlayıb
-
2.09.2026Bu şəxsləri işdən çıxarmaq, cəzalandırmaq OLMAZ! - QANUN İCAZƏ VERMİR
-
2.09.2026Xoşqədəm Hidayətqızına elə sözlər dedi ki... - ŞOK İTTİHAM
-
2.09.2026Estoniyada yeni prezident seçildi
-
2.09.2026MİDA adından saxta müqavilələr hazırlayan qadınlar... - Video
-
2.09.2026Gündəlik baxış sayına görə əlavə ödəniş alacaqlar
-
2.09.2026Müəllimlərin maaşı ilə bağlı MÜHÜM XƏBƏR
-
2.09.2026DİN vətəndaşlara ÇAĞIRIŞ ETDİ
-
2.09.2026Türkiyə Rusiyaya uçuşları kütləvi şəkildə ləğv edir - Nə baş verir?
-
2.09.2026ADY-dən Bakı-Tbilisi qatarına bilet satışı ilə bağlı xəbərdarlıq
-
2.09.2026Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... - İTTİHAM VAR...
-
2.09.2026Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
2.09.2026"Apple" da Trampın qərarını tanıdı: “Ontario”nun adı dəyişdirildi
-
2.09.2026Dərnəgüldəki taxta bazarında meyit tapıldı
-
2.09.2026İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur –RƏSMİ
-
2.09.2026Bakıda 57 yaşlı kişi skuterden yıxılaraq öldü
-
2.09.2026Bakıda "cin çıxaran" qadın saxlanıldı: Cinayət işi açıldı
-
2.09.2026Mərmərədə 2 türk gəmisi toqquşdu: biri 11 dəqiqəyə batdı
-
2.09.2026Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır…? -TƏFƏRRÜAT
-
2.09.2026ABŞ və İran qarşılıqlı hücumlar həyata keçirir
-
2.09.2026“Tamstore”dan şikayətlər artır – Video
-
2.09.2026TƏBİB-dən həkimlərlə bağlı MÜHÜM QƏRAR: Maaşlar 3 000 manat olacaq
-
2.09.2026Gəncədə 10 ildən artıqdır “unudulan” yol: Sakinlər çala-çuxurları özləri doldurur, aidiyyəti qurumlar isə susur VİDEO
-
2.09.2026Sursat anbarında baş verən PARTLAYIŞDAN sonra Goranboyda vəziyyət necədir?
-
2.09.2026Hesabına pul köçürülən şəxslər bunu bilməlidir – Dövlətə bu qədər ödəyəcəksiniz
-
2.09.2026Əvvəl bacısını, sonra özünü bıçaqladı
-
2.09.2026İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
-
2.09.2026Kəngərli, Sarıcalı və Xıdırlı sakinlərinin nəzərinə! - Müraciət başladı



