2.09.2026

Bu şəxsləri işdən çıxarmaq, cəzalandırmaq OLMAZ! - QANUN İCAZƏ VERMİR

Korrupsiya ilə bağlı hüquqpozma barədə məlumat verən şəxslərin hüquqları qanunla qorunur.
DuzXeber.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
Qeyd olunub ki, korrupsiya ilə əlaqədar məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, təzyiq göstərmək, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ləyaqətini alçaltmaq qadağandır.
Həmçinin məlumat verən işçiyə qisas məqsədilə tənbeh tətbiq edilməsi, əmək müqaviləsinə xitam verilməsi, vəzifədən azad edilməsi, başqa işə keçirilməsi, əməkhaqqından qanunsuz tutulmalar aparılması, vəzifədə irəli çəkilməsinə və ya həvəsləndirilməsinə maneçilik törədilməsi və digər bu kimi tədbirlərin görülməsi yolverilməzdir.
Xidmətdən bildirilib ki, məlumat verən şəxs ona qarşı qisas xarakterli tədbirlərin tətbiq edildiyinə dair dəlillər təqdim etdikdə, həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür.



Xəbər lenti