Duzxeber.az: - Bir müddət əvvəl Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən “Vest Hospital” MMC-də aparılan yoxlama səhiyyə sistemində nəzarət mexanizmlərinin necə işlədiyi və necə işləmədiyi ilə bağlı ciddi suallar doğurur. Rəsmi məlumata görə, klinikada ümumi cərrahların plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya şəhadətnaməsi olmadan praktik fəaliyyətə buraxılması faktı aşkarlanıb. Bu isə artıq inzibati pozuntu deyil, birbaşa pasiyent təhlükəsizliyi məsələsidir.
Mərkəzin açıqlamasında bildirilir ki, 2023-cü ildən klinikada tibb işləri üzrə direktor müavini vəzifəsində çalışan ümumi cərrah Rəşid Əliyev və digərləri plastik cərrahiyyə üzrə sertifikasiya sənədi olmadan tibbi xidmət göstəriblər.

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna və Nazirlər Kabinetinin təsdiq etdiyi həkimlərin sertifikasiyası qaydalarına əsasən, ixtisas uyğunluğu olmadan tibbi praktikaya buraxılma qadağandır. Plastik cərrahiyyə isə yüksək riskli ixtisas sahəsidir və burada ixtisaslaşma sənədi olmadan fəaliyyət yalnız etik deyil, həm də hüquqi məsuliyyət yaradır.Tibb sahəsində lisenziya və sertifikasiya mexanizmi kağız üzərində sərt olsa da, praktikada belə halların baş verməsi onu göstərir ki, ya nəzarət formaldır, ya da müəyyən dairələr üçün qaydalar fərqli tətbiq olunur.
Əgər bir həkim illərlə plastik cərrah kimi xidmət göstərib və buna baxmayaraq sertifikasiya şəhadətnaməsi olmayıbsa, bu zaman verilən əməliyyat qərarlarının hüquqi statusu nədir?
Xəlil Göyüşov və Cavid Qurbanov "tandemi"
Klinikanın qanuni təmsilçisi Göyüşov Ramin Xəlil oğludur. Şirkət 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Maraqlı məqam isə budur ki, Ramin Göyüşovun atası Xəlil Göyüşov respublikada iri dövlət sifarişləri və tenderlərlə tanınan “Körpü-Bina-Tikinti” MMC-nin rəhbəridir.![]()
Mediada yayılan məlumatlarda onun Azərbaycan Dəmir Yolları QSC-nin keçmiş sədri, hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov ilə yaxın əlaqələrə malik olduğu iddia olunur.Azərbaycan Dəmir Yolları-nın keçmiş sədri, hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov uzun illər iri infrastruktur layihələrinin icrasında qərarverici mövqedə olub.![]()
Dövlət satınalmaları sistemində belə vəzifələr tender proseslərinə təsir imkanları baxımından həssas sayılır.Hər hansı sahibkar və ya şirkət rəhbəri yüksək vəzifəli məmurla yaxın münasibətlərə malikdirsə, bu özü-özlüyündə dövlət tenderlərində davamlı üstünlük,rəqabət mühitinin pozulması,yoxlamalara formal yanaşma və ya vəzifə səlahiyyətlərindən sui-istifadə kontekstində qiymətləndirilə bilər.
“Dövlət satınalmaları haqqında” qanun və korrupsiyaya qarşı mübarizə mexanizmləri məhz belə halların qarşısını almaq üçün nəzərdə tutulub. Əgər hansısa şirkət illər boyu iri həcmli tenderləri udursa və eyni zamanda həmin şirkət rəhbərinin ailə üzvü başqa sahədə – məsələn, səhiyyə biznesində – sürətli kapital formalaşdırırsa, bu, ictimai nəzarət və maliyyə şəffaflığı baxımından suallar yaradır. Bu iddialar ortaya iki paralel sual çıxır ki,sertifikasiyasız plastik əməliyyatlara necə və kimlərin himayəsi ilə göz yumulub,iri dövlət tenderlərini udan şirkət rəhbərinin ailə üzvünün səhiyyə sektorunda böyük həcmli biznes qurması hansı maliyyə mənbələrinə əsaslanır?(mediatv.az)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Davamı var...
Səhiyyədə saxta ixtisas qalmaqalı: “Vest Hospital”a kimlər göz yumub? -TƏFSİLAT
Gündəm / Təhsil / Üst xəbər
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
Gündəm / Hadisə
Mopedlə motosiklet toqquşdu - 2 nəfər xəsarət aldı
Gündəm / Cəmiyyət
Səhv etmək insana xasdır: Uşaqlara sosial məsuliyyəti öyrətməyin 10 yolu
Gündəm / Cəmiyyət
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Gündəm / Səhiyyə / Üst xəbər
“103”ə zəng etməyin, bu nömrədən istifadə edin – Təcili yardımdan AÇIQLAMA
Gündəm / Bölgə / Cəmiyyət
Ağdamdan Xankəndiyə dəmir yolu ilə bağlı SON MƏLUMAT
Gündəm / Cəmiyyət
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Gündəm / Dünya
“Naftoqaz” şirkətinin müəssisəsi məhv edildi
Gündəm / Cəmiyyət
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Gündəm / Cəmiyyət
Azərbaycanda mal əti bahalaşdı
Gündəm / Bölgə
Prezident: Kəlbəcər, Ağdərə və Zəngilanda yataqlar işə salınacaq
Gündəm / Siyasət
İsraildən Ərdoğana “xəbərdarlıq”: Bir israilli əsgər...
Gündəm / Üst xəbər
Diplomsuz kosmetoloq pasiyentə zərər yetirdi - Estetik klinika CƏRİMƏLƏNDİ
Gündəm / Cəmiyyət
Azərbaycan Mərkəzi Bankından "Rabitəbank"la bağlı ŞOK QƏRAR
Gündəm / Cəmiyyət
Niyə uşaqlara qışqırmamalısınız? - Ani nəticələr baha başa gəlir
Gündəm / Sosial
Kamran Abdullayev SOCAR-da yüksək vəzifəyə təyin olundu - FOTO
Gündəm / Üst xəbər
"Araz Supermarket" barədə protokol tərtib olunub
Gündəm / Cəmiyyət / Manşet
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
Gündəm / Səhiyyə
Prokurorluq məşhur klinika ilə bağlı araşdırma apardı
Gündəm / Cəmiyyət
Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix
Gündəm / Manşet
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
Gündəm / Cəmiyyət
Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək
Gündəm / İdman
Dünya bu qoldan danışır - VİDEO
Gündəm / Kriminal
11 “WhatsApp” qrupu açıb, 1,2 milyon manat mənimsəyən qadın qərardan şikayətçidir
Gündəm / Hadisə
Bakı Konqres Mərkəzindəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm / Hadisə
Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü
Gündəm / Cəmiyyət
Havada tozun miqdarı normadan artıqdır
Gündəm / Cəmiyyət
Bakı Bulvarının bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
Gündəm / Manşet
Bölgələrdə pensiya NÖVBƏSİ - Bankomatlar nə üçün işləmir? - FOTOLAR
Gündəm / Təhsil