Braziliyanın C Seriyasının ikinci mərhələsinin üçüncü turunda “Santa Kruz” “Floresta” üzərində minimal hesablı qələbə qazanıb.

DuzXeber.az xəbər verir ki, oyunda vurulan yeganə qol haqda az qala bütün dünya danışır.

11-ci dəqiqədə cərimə meydançasına ötürmədən sonra Renato topun trayektoriyasına mükəmməl uyğunlaşıb. Hücumçu cinahdan edilən ötürməyə möhtəşəm qayçı zərbəsi endirib.

Zərbə o qədər dəqiq və təsirli olub ki, qapıçı yalnız topun trayektoriyasını izləyə bilib.

Bu qol matçda yeganə olub və “Santa Kruz”a 1:0 hesablı qələbə qazandırıb.

Paylaş