DuzXeber.az: Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.

Bununla bağlı SOCAR prezidenti Rövşən Nəcəf müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kamran Abdullayev şöbə rəisinin müavini vəzifəsinə təyin olunub.

O, daha əvvəl SOCAR-ın Portfelin İdarəolunması və Optimizasiyası Departamentində Baş İnvestisiya Analitiki vəzifəsində çalışıb./Yurd.Media/

Paylaş